Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 7
  • Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?

Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?

admin 07/06/2025
1281707

 

Son illər Çin istehsalı avtomobillərin Azərbaycan bazarına daxil olmasından sonra rəqibsiz hesab edilən Almaniya istehsalı olan avtomobillərə maraq azalıb. Hətta bir çox modellərdə qiymətlərin 15-20%-ə qədər enməsinin şahidi oluruq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Trend-ə qeyd edib ki, Çin avtomobil industriyası nəinki Azərbaycanı, artıq dünyanı zəbt etməyə doğru böyük addımlar atır:

“İstər Asiya regionunda, istər ərəb ölkələrində istər Amerika qitəsinin bir çox ölkələrində 10 ildən çoxdur Çin avtomobillərinin satışı həyata keçirilir.

Artıq MDB ölkələrinin özündə də Çin avtomobillərinin satışı və ölkədəki avtomobil industriyasındakı payları bəlli dərəcədə görsənir. Qazaxıstan və Rusiya kimi ölkələrdə də artıq Çin avtomobillərinin hegemonluğu göz önündədir”.

E.Əliyev qeyd edib ki, Azərbaycan bazarında Çin avtomobillərinin ucuz olmasının müxtəlif səbəbləri var:

“Burada rəsmi distrubutor xətti ilə gələn, yaxud Çinin daxili bazarı üçü nəzərdə tutulan avtomobillər var. Çinin daxi bazarı üçün nəzərdə tutulan avtomobillərin ucuz olmasının səbəbləri var. Həmin avtomobillər distrubutor xətti ilə deyil, fərdi şəxslər ölkəyə gətirirlər. O avtomobillər əlbəttə ki, ucuz olur. Amma mən deməzdim ki, burada Yaponiya, Koreya, Avropa avtomobilləri tam uduzub. Sadəcə müəyyən bir dönəmdir,bu dönəmdə hər kəs bu avtomobillərə yönəlir. Amma bir müddətdən sonra bu avtomobillərin mənfi və müsbət tərəfləri kəşf olunduqdan sonra onların da bəzilərinə maraq azalacaq, bəziləri bazarda mövqeyini itirəcək, bəziləri isə mövqeyini daha da gücləndirəcək. Bunu zaman göstərəcək”.

Müsahibimizin sözlərinə görə, ölkəmizdə 20-dən çox Çin avtomobil markasının rəsmi distrubutoru var:

“Bundan başqa qeyri-rəsmi xətlə gələn avtomobillərin bazar payı həddən artıq çoxdur. Çinin daxili bazarı üçün nəzərdə tutulan, amma ölkəmizə gətirilən avtomobillərin bir dönəm sonra servis və ehtiyat hissələri problemləri ortaya çıxdıqda həmin avtomobillərə maraq itəcək. İnsanlar artıq distrubutor xətti ilə gələn avtomobillərə yönələndə əlbəttə ki, Çin avtomobillərinin bazar payında bir qədər azalmalar müşahidə edəcəyik. Amma sözsüz ki, bu 2025-ci il üçün olmayacaq. Bu tendensiya 2026-cı ilin sonlarına yaxın baş verəcək”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, burada Çin istehsalı olan yox, zəmanətsiz gətirilən avtomobillərə fokuslanmaq lazımdır:

“Avtomobilin harada istehsal olunmasından çox hansı ölkə üçün istehsal olunması, hansı spesifikasiyalara malik olması vacibdir. Çində bir sıra markaların avtomobil markaları istehysal olunur. O cümlədən ölkəmizə gətirilən Çin istehsalı avtomobillər var ki, bir qismi zəmanətlidir, rəsmi diler və disturbutorları var, ölkədə daha çox istismar olunur”.

Ekspertin sözlərinə görə, paralel olaraq həmin avtomobillərin analoqları da Çindən gətirilir:

“Amma onların zəmanəti olmur. İstehsalçı belə avtomobillərə zəmanət vermir. Bu da artıq müəyyən şübhələr yaradır ki, nə üçün bu avtomobillərə zəmanət verilmir. İkincisi isə həmin avtomobillər çox ucuz qiymətə gətirilib Azərbaycan bazarında satılır. Burada da qeyri-sağlam rəqabət yaranır. Faktiki olaraq həmin avtomobilləri rəsmi dilerlər tərəfindən zəmanəti olan, Avropa təhlükəsizlik spesifikasiyalarına cavab verən avtomobillərdən təxminən 30% daha ucuz qiymətə təklif edirlər. Bu da bazarda qeyri-sağlam rəqabət yaradır”.

“Gördüyünüz kimi artıq 2 ildir ki, Azərbaycan avtomobil bazarında durğunluq yaşanır. Ölkəmizdə rəsmi Çin avtomobilləri satan şirkətlər var ki, onlar artıq bu qeyri-sağlam rəqabətə tab gətirə bilmirlər. Elə bu səbəbdən də işlərini yekunlaşdıracaqlar və ixtisarlar olacaq. Bu da ölkə iqtisadiyyatı üçün böyük ziyandır”- deyə E.Cəfərov bildirib.

Nəqliyyat eksperti Bulud Bağırov isə Trend-ə qeyd edib ki, Çin avtomobilləri Azərbaycan bazarına daxil olandan digər ölkələrin avtomobillərinin qiymətləri aşağı düşüb:

“Çin avtomobilləri müasir standartlara cavab verir və gömrük rüsumu azdır. Ona görə də hər kəs bu avtomobillərə üstünlük verir. Bu halda da digər avtomobillərin qiymətləri aşağı düşür. Bütün avtomobillərdə yeni gələn model baha olur, bir müddətdən sonra qiymətləri enir. Yeni avtomobillə 1 il əvvəl alınan avtomobildə qiymət fərqi olması təbiidir”.

Ekspert qeyd edib ki, Çin avtomobilləri bazara daxil olandan hələki xüsusi bir nasazlıqla yadda qalmayıblar:

“Kiçik texniki problemlər isə istənilən avtomobildə qarşılaşmaq olur. Bu avtomobillərə maraq böyükdür, mənim pulum olsa mən də alaram. İndi hamı ucuza qaçır, onları qınamaq olmur. Biraz da Çin avtomobillərinin müasirliyi onlara marağın artmasına səbəb olur. Ola bilsin ki, bu avtomobillərin detalları digərlərinə nisbətən tez sıradan çıxa bilər. Çindən, İrandan nə gəlirsə tez sıradan çıxır, amma bu avtomobillərin ehtiyat hissələri digərlərindən ucuzdur”.

PAYLAŞIN:

Continue Reading

Previous: Elnur Soltanov: “Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir”
Next: ABŞ və İran arasında gərginlik artır? – “Başqa seçimimiz qalmayacaq”

OXŞAR MÖVZULAR

tap-qaz

Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

admin 05/03/2026
bank-merk

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

admin 27/02/2026
395a7cd1637567753ea38552e9434ec7_Untitled-1

Azərbaycanın aqrar sektoru niyə axsayır: Əcnəbi mütəxəssis çıxış yoludurmu?

admin 11/02/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.