Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 10
  • Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir – Milyonlarla manata

Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir – Milyonlarla manata

admin 10/06/2025
əəsmn-milman

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınması üzrə 07.02.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “BİS CO” MMC seçilib və tərəflər arasında 1.172.589,6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.06.2025-ci ildə dərc edilib.

Bu məlumata baxdıqda ilk yaranan sual belədir. “BİS CO” MMC özü necə, fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdıra bilibmi?

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyinin “BİS CO” MMC ilə bağladığı ilk satınalma müqaviləsi deyil. Belə ki, 23.10.2019-cu ildən 05.06.2025-ci ilə qədər Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC ilə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidməti, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmət, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işləri, insan resursları üzrə strategiya sənədinin hazırlanması xidməti üzrə ümumi dəyəri 6 423 033 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Maraqlı orasıdır ki, “BİS CO” MMC son illər ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların keçirdiyi açıq tenderlərin qalıbi olub. Bunu satınalmaların portalına yerləşdirilmiş məlumlar da təsdiq edir. Bu isə “BİS CO” MMC -nin udduğu tenderləri heç də azad rəqabət yolu ilə deyil, Sosial Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirdiyini sübut edir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİS CO”  (VÖEN: 1001721661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, RƏŞİD BEHBUDOV , ev.1A, m.13,  qanuni təmsilçisi kimi isə Hüseynov Heydər Yusif oğlu  qeyd olunub. Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Reyestr məlumatlarına 2019-cu ildə edilən  dəyişiklikdən sonra Fariz Hüseynlini atası Heydər Hüseynov əvəz edib.

Qeyd edək ki, “BİS CO” MMC haqqında olan rəsmi məlumatlar bu qədərdir. Elektron medianın yaydığına görə “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilir. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib.

Burada xüsusilə diqqət yetirməli bir məqam da var. yuxarıda göstərilən məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC bağladığı müqavilələrdə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidmətinin , yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmətnin, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınmasını açıqlayıb.

Amma elektron mediada və açıq internet resusrsları üzərindən apardığımız araşdırmada “BİS CO” MMC tərəfindən özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 18 mart 2019-cu ildə yerləşdirilmiş məlumatda sözügedən nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatdığı bildirilir.

Qeyd edilir ki, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanmışdı. Beləliklə, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcək.

Məlumatdan da göründüyü kimi, Dövlət Məşğulluq Xidməti təlimçilərin hazırlanması prosesinin başa çatdığını, özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcəyini açıqlayıb.

Belə olan təqdirdə, Dövlət Məşğulluq Agentliyi müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərə niyə özlərinin hazırladığı təlimçiləri deyil, “BİS CO” MMC-ni cəlb edir. Üstəlik bu xidmətin göstərilməsi üçün MMC-yə milyonlarla manat dövlət vəsaiti xərcləyir. 

Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 24 yanvar 2025-ci ildə yerləşdirilmiş məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama ( özünüməşğulluq) cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb. Ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub. Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. 

Qeyd edək ki, nazirliyin portalına 27 yanvar 2025-ci ildə yerləşdirilmiş başqa bir məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi və “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri Türkiyənin Peşə Kvalifikasiya Təşkilatında (Mesleki Yeterlilik Kurumu – MYK) təcrübə səfərində olub. Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi güdür. “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri əsasən Dövlət Məşğulluq Agentliyindən və Dünya Bankından ibarətdir. Layihənin nümayəndələri aşağıdakı funksiyaları yerinə yetirirlər: Layihənin təməl məqsədlərinin təyin edilməsi, Layihənin icrası üçün maliyyə və texniki dəstəyin təmin edilməsi, Özünüməşğulluq proqramlarının təşviq edilməsi, İştirakçıların təlimləndirilməsi və dəstəklənməsi, Layihənin uğurlu icrasının təmin edilməsi. 

Bütün bu məlumatlardan da göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçiləri özü hazırlayır. Belə olan təqdirdə, barəsində heç bir məlumat olmayan, hətta sosial şəbəkələrdə adi bir veb səhifəsi olmayan “BİS CO” MMC-yə hər il milyonlarla manat dövlət vəsaiti nə üçün ayrılır. Təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətləri göstərən bu MMC-nin görəsən təlim keçməyə hansısa bir beynəlxalq sertifikatı varmı?

Göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir. Ümid edək ki, Dövlət Agentliyi təlim keçirilməsi məqsədi ilə milyonlarla manat dövlət vəsaiti ayırdığı bu MMC-nin fəaliyyətinə aydınlıq gətirəcək.

Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Vətəndaş Vilayət Eyvazova müraciət etdi – Yusif Səfərov küçəsində bu işıqfor niyə qoyulub?
Next: Ramana-Maştağa yolunu “yedilər” – Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.