Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 10
  • “Rusiyanın qarşısını almasaq, rusca öyrənməli olacağıq” – NATO baş katibindən həyəcanlı çağırış

“Rusiyanın qarşısını almasaq, rusca öyrənməli olacağıq” – NATO baş katibindən həyəcanlı çağırış

admin 10/06/2025
058cd20f-70aa-45d5-b6cd-05975b6ce595

 

NATO-nun yeni baş katibi Mark Rütte alyans ölkələrini Rusiyanın artan hərbi təhdidlərinə qarşı müdafiə qabiliyyətlərini 400 faiz artırmağa çağırıb. Londonun nüfuzlu “Chatham House” beyin mərkəzində çıxış edən Rütte, alyansın “kvant sıçrayışı” səviyyəsində hərbi strategiyaya keçməsinin vacibliyini vurğulayıb.

“Ukraynada Rusiya havadan terror səpir. Bu səbəbdən biz göylərimizi qoruyan qalxanı gücləndirəcəyik”, – deyə NATO rəhbəri bildirib.

Rütte hesab edir ki, Rusiya hazırda silahlanmanı sürətlə artırır və növbəti 5 il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Onun sözlərinə görə, Moskva alyansa qarşı birbaşa təhdid səviyyəsinə yaxınlaşır və bu, NATO ölkələrinin müdafiə hazırlığını çox qısa müddətdə fundamental şəkildə dəyişdirməsini tələb edir.

NATO baş katibi üzv dövlətləri hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa çağırıb. Onun təklifinə görə, 3,5 faiz ÜDM müdafiə sahəsinə, əlavə 1,5 faiz isə daha geniş təhlükəsizlik tədbirlərinə ayrılmalıdır. Bu təşəbbüs, ABŞ-nin Prezidenti Donald Trampın səsləndirdiyi və NATO ölkələrinin ümumi hərbi xərclərinin 5 faiz ÜDM həddinə çatdırılması ideyasına kompromisli cavab kimi təqdim edilir.

Qeyd edək ki, hazırda NATO-nun rəsmi hədəfi hərbi xərcləri ÜDM-in 2 faizi səviyyəsində saxlamaqdır.

Rüttenin çıxışına Kreml dərhal cavab verib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov NATO-nu “aqressiya və qarşıdurma aləti” adlandıraraq, alyansın siyasətinin gərginliyi artırdığını deyib.

Rütte çıxışı zamanı Rusiya ilə NATO arasındakı silah istehsalı fərqinə də diqqət çəkib. Onun sözlərinə görə, Moskva 3 ay ərzində o qədər sursat istehsal edir ki, bu həcmi NATO bir il ərzində təmin edə bilir.

Bu fərqi aradan qaldırmaq üçün NATO ölkələrinin minlərlə yeni tank və zirehli texnika, milyonlarla artilleriya mərmisi istehsalına və alışına ehtiyac duyulduğu vurğulanıb.

NATO rəhbəri çıxışı zamanı yalnız Rusiya ilə kifayətlənməyib, o Çinin hərbi gücünü sürətlə artırdığını və bunun da NATO üçün strateji təhlükə olduğunu deyib. Bu kontekstdə alyansın yalnız Avroatlantik məkanla deyil, həm də Asiya-Sakit okean regionunda təhlükəsizlik balansını nəzərə almalı olduğu vurğulanıb.

Çıxışının sonunda Rütte NATO ölkələrinə son xəbərdarlıq ünvanlayıb: “Əgər siz səhiyyəni, pensiya sistemini qorumaq istəyirsinizsə, o zaman rus dilini öyrənməyə də hazır olun. Çünki bu yolda davam etsək, nəticə bu olacaq”.

PAYLAŞIN:

Continue Reading

Previous: Hitler, Putin və Trampı nə birləşdirir? – Psixoloq ortaq xüsusiyyətlərini açıqladı
Next: Prezident sərəncam imzaladı

OXŞAR MÖVZULAR

paşn-rus

Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir?

admin 19/05/2026
çin-pt

“O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib?

admin 19/05/2026
kalon-rus

Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.