Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 12
  • Rusiyanın buğda ixracı kəskin azalır – Azərbaycan tədarükü necə tənzimləyir?

Rusiyanın buğda ixracı kəskin azalır – Azərbaycan tədarükü necə tənzimləyir?

admin 12/06/2025
e31f0da4-7695-300f-8523-f408e0ebd05c_850

 

Son aylar dünya buğda bazarında baş verən dəyişikliklər Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyi və idxal strategiyasına birbaşa təsir göstərməkdədir. Rusiya uzun illər ərzində Azərbaycanın əsas buğda tədarükçüsü kimi çıxış etsə də, 2025-ci ilin əvvəlindən etibarən bu mövqeyini tədricən itirməyə başlayıb. Rusiya buğda ixracında görünməmiş azalma müşahidə olunduğu bir vaxtda, Qazaxıstan subsidiyalar vasitəsilə Azərbaycan bazarındakı payını sürətlə artırır. Bu tendensiya həm regiondakı buğda tədarük zəncirini, həm də daxili qiymət sabitliyini yenidən formalaşdırır. Mövcud vəziyyətə nəzər salaraq, bu dəyişikliklərin səbəbləri və nəticələri üzərində dayanmaq zəruridir.

Bu ilin iyun ayında Rusiyadan xaricə buğda ixracının təxminən 1,1 milyon tona qədər azalacağı gözlənilir. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 4,6 milyon ton təşkil edib. May ayının nəticələri də müsbət olmayıb: 2025-ci ilin mayında ixrac cəmi 2,16 milyon ton olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.

Analitiklər buğda ixracındakı əhəmiyyətli azalmaya iki əsas amillə izah verirlər. Birinci səbəb ixrac kvotasının azaldılması ilə bağlıdır. Belə ki, 2024-cü ildə ixrac üçün ayrılan kvota 29 milyon ton olduğu halda, 2025-ci ildə bu göstərici 10,6 milyon tona endirilib. Nəticədə ixrac imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.
İkinci səbəb isə dünya bazarlarında qiymətlərin aşağı səviyyədə qalmasıdır. Buğda da daxil olmaqla, qlobal taxıl qiymətləri aşağıdır və bu da Rusiya fermerlərinin və ixracatçılarının satış marağını azaldır. İyunda Rusiyanın buğda tədarükü üzrə orta ixrac qiyməti 1 ton üçün cəmi 227 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki gözləntiləri doğrultmur.

Mövsümi ümumi nəticələr də mənfi tendensiyanı təsdiqləyir: cari mövsümün əvvəlindən bu ilin may ayına qədər Rusiya təxminən 41 milyon ton buğda ixrac edib. Halbuki ötən mövsümdə bu rəqəm 51 milyon ton idi.

Ümumilikdə analitiklər hesab edirlər ki, cari mövsümün buğda ixrac kampaniyası minimal göstəricilərlə yekunlaşa bilər. İyun ayı üzrə ilkin proqnozlar onsuz da aşağı idi, lakin bəzi analitik qurumlar bu rəqəmləri daha da azaldırlar.

Hazırda aqrar sektorun nümayəndələri və ixracatçılar əsas ümidlərini növbəti mövsümə bağlayıblar. Əgər hava şəraiti əlverişli olsa və məhsuldarlıq yüksək olarsa, ixrac həcminin də artacağına real imkanlar mövcuddur.

Azərbaycanın idxal strukturu dəyişir

Azərbaycanın illik buğda tələbatı təxminən 2,8 milyon ton təşkil edir. Bunun təxminən 1,1 milyon tonu idxal hesabına ödənilir. Rusiya bu sahədə illərlə əsas tədarükçü olub. Son beş ilin statistikası bunu açıq göstərir: 2020-ci ildə 1,37 milyon ton buğdanın 98,9 %-i, 2021-ci ildə 1,15 milyon tonun 95,3 %-i, 2022-ci ildə 1,29 milyon tonun 78,2 %-i, 2023-cü ildə 1,17 milyon tonun 87 %-i, 2024-cü ildə 1,29 milyon tonun 90,2 %-i Rusiyadan tədarük edilib.

Lakin 2025-ci ilin ilk rübündə vəziyyət dəyişib. Yanvar–mart aylarında Azərbaycana ümumilikdə 287 995 ton buğda idxal olunub. Bunun 231 423 tonu Qazaxıstandan (48,44 milyon ABŞ dolları dəyərində), 56 563 tonu Rusiyadan (13,8 milyon ABŞ dolları dəyərində) tədarük olunub.

Bu, ötən ilin ilk rübü ilə müqayisədə Rusiyadan buğda idxalının 3,7 dəfə azalması deməkdir. Əvəzində Qazaxıstandan idxal həcmi ötən ilin bütün ili ərzindəki tədarükü 85 % üstələyib.

Qazaxıstan subsidiyaları və Azərbaycanın yeni tədarük xətti

Qazaxıstan buğdasının Azərbaycan bazarına fəal şəkildə daxil olmasının əsas səbəbi bu ilin yanvarından qüvvəyə minən yeni dövlət dəstəyidir. Belə ki, buğda ixracatçılarına daşınma məsafəsinə görə hər ton üçün 20-30 min tenge arasında subsidiya verilir. Bu subsidiyalar sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda belə rəqabət qabiliyyətli hala gəlib.

Buğdanın daşınma xərclərinin subsidiyalaşdırılması çərçivəsində Qazaxıstan buğdasının ixrac edildiyi əsas ölkə Azərbaycan olub. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyunun 10-na Qazaxıstanın ümumi 740,7 min ton buğda ixracının 329,3 min tonu Azərbaycana yönəlib. Bu daşımalar üçün ixracatçılara artıq 1,1 milyard tenge (təxminən 2,15 milyon ABŞ dolları və ya 3,66 milyon manat) dəyərində kompensasiya ödənilib.

Qazaxıstanın ixrac göstəriciləri də müvafiq artımı təsdiqləyir: cari marketinq ilinin səkkiz ayında bu ölkə 5,4 milyon ton buğda ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çoxdur və artıq bütöv 2023/24 mövsümünün nəticəsini geridə qoyub.

Qiymətlər və daxili bazara təsir

Maraqlıdır ki, idxal mənbələrinin dəyişməsi qiymətlərə də təsir göstərməyə başlayıb. 2025-ci ilin ilk rübündə Qazaxıstandan alınan buğdanın orta idxal qiyməti 209 ABŞ dolları/ton, Rusiyadan alınan buğdanın orta idxal qiyməti isə 244 ABŞ dolları/ton təşkil edib.

Hazırda bu dəyişikliklər ölkə daxilində unun topdansatış qiymətlərinə ciddi təsir etməyib. Məsələn, mayın 26-na olan vəziyyətə görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 26,6–28,2 manat arasında dəyişir. Müqayisə üçün, bu ilin yanvar ayında bu göstərici 26-28 manat idi.

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Next: Azərbaycanda yeni dövlət standartlarının layihələri müzakirə edilib

OXŞAR MÖVZULAR

kreditkarti

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.