Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 12
  • SDU-da şübhəli satınalma – Bir aylıq MMC ilə müqavilə bağlayır

SDU-da şübhəli satınalma – Bir aylıq MMC ilə müqavilə bağlayır

admin 12/06/2025
sdu2

 

Sumqayıt Dövlət Universiteti tərəfindən 30 aprel 2025-ci il dəftərxana və təsərrüfat mallarının satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda Bakı şəhəri, Suraxanı ray, Hövsan ŞTQ, Hövsan yolu ev 21B m 3 ünvanında qeydiyyatda olan “Rigel təchizat” MMC (VÖEN: 1906342611) qalib elan olunmuş və 94 834,37 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 03.06.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RİGEL TƏCHİZAT”  (VÖEN: 1906342611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.04.2025-ci il tarixdə  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, HÖVSAN YOLU, ev.21B, m.M3,  qanuni təmsilçisi kimi isə Sadıxov Elmar İlqar oğlu qeyd olunub.

Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, “RİGEL TƏCHİZAT”  MMC Sumqayıt Dövlət Universiteti tərəfindən 30 aprel 2025-ci ildə başlanılmış kotirovka sorğusundan cəmi 27 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Maraqlıdır, kotirovka sorğusundan cəmi bir ay əvvəl yaradılmış bu MMC-nin satınalmalarda iştirakına hansı hallarda yol verilir və MMC-nin fəaliyyəti ilə Nazirlər Kabinetinin qərarları uyğunluq təşkil edirmi?

Görəsən Sumqayıt Dövlət Universitetinin Satınalma Komissiyası alib seçərkən “RİGEL TƏCHİZAT” MMC-nin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyaya aid edilməsi, “Şərtlər toplusunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 503 nömrəli Qərarı müəyyən edilmiş Forma 3 ( Texniki baza), Forma 5 (Təchizatçı haqqında) və Forma 7  (Oxşar işlər üzrə təcrübə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını nəzərə alıbmı?

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilmişdir. 23.5. Təchizatçıların uyğunluq göstəriciləri satınalma metodlarına aşağıdakı qaydada şamil olunur:

23.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; 23.5.1. bu Qanunun 23.3-cü ( 23.4.3. texniki imkanlarının və maddi-texniki bazasının olması; ) maddəsində qeyd olunan tələblər – satınalmanın bütün metodlarına; 23.5.2. bu Qanunun 23.4.1-ci ( 23.4.1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;) maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.5. bu Qanunun 23.4.4-cü ( 23.4.4. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.)  maddəsində qeyd olunan tələblər – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına.

Amma göründüyü kimi Sumqayıt Dövlət Universiteti kotirovka sorğusu müsabiqəsində “RİGEL TƏCHİZAT”   MMC-nin bir çox uyğunluq göstəricilərini nəzərə almadan satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu məlumatlardan da göründüyü kimi Sumqayıt Dövlət Universiteti ilə “RİGEL TƏCHİZAT”  MMC arasında bağlanmış satınalma müqaviləsində təchizatçı şirkətin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması nəzərə alınmamışdır.  Bu da keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovdu. O, bu vəzifəyə 12 fevral 2025-ci ildə gətirilib. Daha əvvəl isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Next: Rusiyanın dağılmasına gətirəcək 5 şərt- Süni intellekt müəyyən etdi

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.