Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 13
  • FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

admin 13/06/2025
fhn-ofis

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən keçirilmiş satınalma prosedurlarında çox ciddi qanun pozuntularına yol verilir. B u sözügedən qurumun dövlət satınalmalarının portalın yerləşdirdiyi məlumatlarda özünü açıq-0aşkar göstərir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi əşya və geyim formasının satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “SMART STYLE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.367.832,4 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.03.2025-ci ildə dərc edilib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART STYLE”  (VÖEN: 1304571891) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2016-cı il tarixdə  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, BAĞLAR, ev.3,  qanuni təmsilçisi kimi isə Xaniyev Rahim Rəvvaq oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Lazımov Babalar Faiq oğlu olub. O, həm də”GRAPHİTE OFFİCE” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən nəzərdə tutulmuş əşya və geyim formasının alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 1.942.599,19  manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “SMART STYLE” MMC  ilə satınalma müqaviləsi bağlamışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən 25.12.2024-cü ildə satınalmaların portalına yerləşdirilmiş bildirişdən məlum olur ki, cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə Hüquqi ünvanı, AZ5004, SUMQAYIT ŞƏHƏRİ, SÜLH KÜÇƏSİ, ev 2, GİLTEX” MMC (VÖEN: 2903375461) tərəfindən təqdim edilən 1.233,037,46 manat dəyərində təklifin aksept olunması qərarı verilmişdir. “SMART STYLE” MMC tərəfindən təqdim edilən təklif qiyməti daha yüksək olduğundan satınalma komissiyasının qərarı ilə təklifi 2-ci yerdə müəyyənləşdirilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, cari satınalma üzrə gözləmə müddəti 26.12.2024-cü il tarixdən qüvvəyə minir və 06.01.2025-ci il iş gününün sonu bitir.

Göründüyü kimi Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Satınalma Komissiyası 25.12.2024-cü ildə “GİLTEX” MMC-nin qalib olduğunu elan edir. Lakin 07.02.2025-ci ildə dərc etdiyi bildirişdə cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə Hüquqi ünvanı, AZ1044, BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, BAĞLAR, ev 2, “SMART STYLE” MMC (VÖEN: 1304571891) tərəfindən təqdim edilən 1.367,832,40 manat dəyərində təklifin aksept olunması qərarı verir.

Əsaslı şübhələrdə elə buradan başlayır. Qurumun Satınalma Komissiyası birinci dəfə GİLTEX” MMC-nin qalib elan edir, “SMART STYLE” MMC tərəfindən təqdim edilən təklif qiyməti daha yüksək olduğundan satınalmadan kənarlaşdırılır. Sonradan isə “SMART STYLE” MMC ilə müqavilə bağlayır.

Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, “SMART STYLE” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi ilə daim işbirliyində olub, həm yumşaq inventarlar, həm havalandırma sistemi üçün cihaz və avadanlıqlar, həm də şəxsi heyət üçün müxtəlif növ əşya-geyimlər satır.

Göründüyü kimi “SMART STYLE” MMC Fövqəladə Hallar Nazirliyinə yaxınlığı ilə tanınır. MMC-nin əvvəl tenderdən kənarlaşdırılması, sonra isə müqavilə bağlaması bu bağlılığı, yaxınlığı bir daha təsdiq edir. Çox güman ki, elə bu yaxınlığa görə də milyon manat dəyəri olan tender əövvəl qalib olan “GİLTEX” MMC-dən alınaraq “SMART STYLE” MMC-yə verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədlidir. Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə Asif Məmmədliyə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

 

Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: 10-dan çox beynəlxalq reys Bakı aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib
Next: “Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.