Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 16
  • “İsrailin 48 saata etdiyini Rusiya 3.5 ildə edə bilməyib” – “Ukraynanın uğurlarından dərs alıblar…”

“İsrailin 48 saata etdiyini Rusiya 3.5 ildə edə bilməyib” – “Ukraynanın uğurlarından dərs alıblar…”

admin 16/06/2025
gen-david

 

İranla müharibə başlayandan sonra 48 saat ərzində İsrail Tehran da daxil olmaqla İranın qərb hissəsində hava üstünlüyünə nail olub. 

“The Wall Street Journal”-dakı məqalədə belə deyilir.

Qəzet yazır ki, bununla da İsrail nəhəng Rusiya Hərbi Hava Qüvvələrinin 3,5 illik müharibədə Ukraynada əldə edə bilmədiyinə İranda nail ola bilib. Yazıda qeyd olunur ki, Rusiyanın hava üstünlüyünə nail ola bilmədiyi üçün onun qüvvələri böyük itkilər verərək səngər müharibəsində ilişib qalıb.

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Devid Deptula deyib: “Biz Rusiya və Ukrayna arasındakı müharibənin timsalında tərəflərdən heç biri hava üstünlüyünə nail ola bilməyəndə nə baş verdiyini görürük: dalana dirənmə və tükənmə müharibəsi. İsrail və İran arasındakı müharibədə isə hava üstünlüyü onlara bu üstünlüyə malik olduqları yerlərdə zərbə endirmək üçün qeyri-məhdud azadlıq verir”.

Yazıda bildirilir ki, İsrailin ilk hava hücumları radarlar üçün görünməyən, bahalı “F-35” təyyarələri ilə həyata keçirilib. İndi isə İranın hava hücumundan müdafiə vasitələrinin əksəriyyəti sıradan çıxarıldığı üçün “F-15” və “F-16” kimi köhnə döyüş təyyarələri mübarizəyə girir. İsrail həmçinin bunun sayəsində raketlərdən daha ucuz başa gələn və daha asan əldə edilən qısa mənzilli “JDAM” və “Spice” idarə olunan bombaları ata bilir.

Qəzetin qeyd etdiyi kimi, israillilər İrana qarşı öz kampaniyalarını planlaşdırarkən Rusiyanın uğursuzluqlarından və Ukraynanın uğurlarından dərs alıblar: “Ancaq müdafiə rəsmiləri və analitiklərinin fikrincə, indiyə qədər ən bariz dərs odur ki, İsrail Hərbi Hava Qüvvələri mahiyyət etibarilə Rusiyadan daha bacarıqlıdır, Ukrayna isə özünü müdafiə etməkdə İrandan qat-qat üstündür”.

Britaniyanın istefada olan Hərbi Hava Qüvvələri Marşalı Edvard Stringer qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələrinin mükəmməl təlimi, innovasiyası, kəşfiyyat və kiber imkanları olduğu üçün onlar ruslardan daha uğurlu nəticələr əldə ediblər: “Rusların olan-qalanı pilotlarıdır. Onlar bu pilotlara “uçan artilleriyanı” idarə etməyi öyrədirlər, vəssalam”.

Qeyd olunur ki, öz növbəsində, Ukrayna kimi İranın da düşmənlə hava döyüşündən sağ çıxa biləcək döyüş təyyarələri yoxdur. Bununla belə, Ukraynadan fərqli olaraq, Tehran öz ərazisi üzərində düşmən təyyarələrinin əməliyyatlarına əhəmiyyətli dərəcədə mane ola biləcək yerüstü hava hücumundan müdafiəni təşkil edə bilmədi. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp Ukraynaya hərbi dəstəyi dayandırdı – Kiyev nə edəcək?
Next: Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian”dan şok

OXŞAR MÖVZULAR

uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026
tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.