Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • “Access Bank” şəhid ailəsini Prezidentdən kömək istəməyə vadar etdi – MÜRACİƏT

“Access Bank” şəhid ailəsini Prezidentdən kömək istəməyə vadar etdi – MÜRACİƏT

admin 17/06/2025
accesbank

 

Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, Ş.İ.Xətai küçəsində yaşayan və  qeydiyyatda olan, şəhid ailəsi Dadaşova Aida Zakir qızı tərəfindən Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova, «Access Bank» ASC-nin İdarə Heyətinin sədrinə,  «Access Bank» dan götürdüyü kreditin aylıq ödəniş miqdarının azaldılması ilə bağlı müraciət ünvanlanıb. 

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir. 

Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı xüsusi qeyd edirsiniz ki, “mən hər bir azərbaycanlının Prezidentiyəm.” Bəli, biz də həmişə bir şəhid ailəsi olaraq  Sizə hər seçki zamanı səs verir və güvənirik ki, bizim belə bir müzəffər Ali Baş Komandanımız var. Allah Sizi saxlasın. Ona görə də hazırda ailəmizin indiki vaxtda qəfil olaraq düşdüyü iqtisadi çətinliyi nəzərə alaraq  bir ümid yeri kimi yalnız Sizə müraciət etməkdə görürük. Hazırda 3 azyaşlı övladlarımla və ciddi ürək xəstəliyindən əziyyət çəkən həyat yoldaşımla çıxılmaz vəziyyətdə qalmağıma köməklik göstərilməsini əvvəlcədən  xahiş edirəm.

 Belə ki, mən cari ilin fevralında “Access Bank”ın Bakı şəhəri, Babək prospekti 76-da yerləşən Babək filialından yaşadığımız və malik olduğumuz bircə mülkümüz olan evimizi girov qoyub 36 ay müddətinə ödəmək şərtilə 47000 manat kredit götürdük ki, ticarətlə həmişəki kimi məşğul olub ailəmizi dolandıraq. Aldığım kreditə satış üçün nəzərdə tutulan malların bir hissəsini icarəyə götürdüyüm mağazada, bir hissəsini realizə etməklə, digər hissəsini isə nisyə verməklə kiçik sahibkarlıq fəaliyyətimizi davam etdirmək istədik. Əvvəl işlərimiz pis getmirdi. Nəzərdə tutlan aylıq 1803 manat pulu banka ödəniş edə bilirdik. Lakin çox təəssüflər olsun ki, aldığımız malların çoxu əlimizdə qaldı. Mart-may aylarının kredit ödənişlərini vaxtında ödəyə bildiksə hazırda iyun ayı üçün kredit ödənişini nəzərdə tutulan qaydada həyata keçirə bilmirik. Yaranan vəziyyətlə bağlı banka müraciət etdik. Bankın işçisi cənab Şərifov Taleh Kamal oğlu gəlib dövriyyəmizə -alınan və qalan mallara evimizə gəlib baxış keçirdi və 15000 manatlıq malın həqiqətən anbarda olduğunu aşkar etdi. Qalan malların realizədə və nisyədə olmasına görə banka ödənilməli pulları vaxtında yığmaqda çətinlik çəkirik. Mağazamızda da bizə məlum olmayan səbəblərdən satış tam dayanmışdır. Biz yaranmış böhranla bağlı bankın Xətai filialının rəhbərliyinin qəbulunda olub vəziyyəti izah etdik və xahiş etdik ki, faizi qalmaqla aylıq banka ödənişin məbləğinin nisbətən azaldılması üçün bizə köməklik göstərsin ki, vəziyyətdən çıxa bilək. Yəni, 36 aylıq kreditin bağlanması üçün nəzərdə tutulan aylıq 1803 manatı əvəzinə müvəqqəti olaraq hər ay 500 manat ödəməyimizə icazə verilsin. Biz faizə görə ziyana düşsək də hələlik bu qədər ödəmək imkanımız var. Lakin Bankın filal rəhbəri olan Elnur müəllim bizə qarşı kobudluq etdi. Dedi ki, biz bilmirik siz şəhid ailəsisiniz-nəsiniz. Götürdüyünüz kredit pulunu yaşadığınız evi satıb qəpiyinəcən ödəməlisiniz. O çox kobud rəftarından qışqırmasından sonra qolumdan tutub bankın qapısından itələyib bayıra qovdu. Baxmayaraq ki, bu filial rəhbəri məni və ailəmi şox yaxşı tanıdığı halda belə kobudluğa yol verməsi başa düşülən deyil. Və tələb edir ki, yaşadığınız evinizi satıb bankın kreditini ödəməlisiniz.  Bank rəhbərliyinin belə kobud davranışına görə 2 ədəd şikayət ərizəm də var. Eləcə də bu barədə bankın 151 qaynar xətinə də zəng vurub iradımı bildirmişəm. Bir daha xatırlatmaq istəyirəm ki, kiçik sahibkar kimi bu günədək banklardan çox kredit götürmüşəm və hamısını da vaxtında qaytarmışam. İndi isə ölkədə yaranmış iqtisadi fors major vəziyyətlə bağlı əhalinin alıcılıq qabiliyyəti çox aşağı düşdüyünə görə krediti də tam olaraq ödəyə bilmirəm.

   Cənab Prezident Siz həmişə şəhid və qazi ailələrinin işinə həssasslıqla yanaşmış və məmurlardan lazımi köməklik göstərilməsini tələb etmisiniz. Ona görə çox xahiş edirəm ki, Mərkəzi Bank sədrinə göstəriş verəsiniz ki, “Access Bank” rəhbərliyi hazırkı iqtisadi vəziyyətimi nəzərə alaraq aylıq kredit ödənişinin azaldılmasına şərait yaratsın.

Aida shex 1.jpegAida bank 11.jpegAida bank 22.jpeg

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: 30-40-50 yaşlarında bədəndə nə baş verir? – Gələcək xəstəliklər və qorunma yolları
Next: Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə…

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.