Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian”dan şok

Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian”dan şok

admin 17/06/2025
tramp_netanyaxu

Bu, qaçılmaz deyildi. Bu, İsrailin seçdiyi müharibədir. Bunun qarşısını almaq olardı. Bombardmançılar İrana doğru havaya qalxarkən diplomatik danışıqlar hələ də davam edirdi. İsrailin davam edən, qeyri-qanuni və əsassız hava hücumları çətin ki, Tehranın iddia edilən nüvə proqramına həmişəlik son qoymaq kimi bəyan edilmiş məqsədlərinə çatsın, əslində, bu müharibə onu sürətləndirə bilər. Bunlar dərhal dayandırmalıdır. Eyni şəkildə, İran cavab zərbələrini dərhal dayandırmalı və ABŞ və Böyük Britaniya bazalarına hücum təhdidlərindən əl çəkməlidir.

Axar.az xəbər verir ki, bu sözləri “Quardian”da beynəlxalq analitik Simon Tisdall yazıb.

“Bu münaqişə artıq ötənilki zərbələr və məhdud sayda hərbi hədəflərə “nöqtə hücumlar”la məhdudlaşmır. Bu, tamamilə yeni səviyyəyə çatıb. Potensial olaraq, hər şey plandan kənardadır. Hər iki tərəfdən mülki əhali ölür. Liderlər hədəf alınır. Ritorika nəzarətdən çıxıb. Bir neçə cəbhədə döyüşən İran rejimi divara dirənib, Yaxın Şərq heç vaxt fəlakətli yanğına bu qədər yaxın olmayıb.

Müharibəyə başlamaq üçün həmişə səbəblər var. Böyük konfliktlərin kökləri çox vaxt onilliklərə gedib çıxır, məsələn, 1979-cu il İslam İnqilabından sonra başlayan İsrail-İran qarşıdurması. Son illərdə iki ölkə arasında “kölgə müharibəsi” adlanan vəziyyət intensivləşib. Bununla belə, tammiqyaslı münaqişənin qarşısı alınıb – indiyə qədər. Bəs bu qəfil, görünməmiş zorakılıq partlayışına görə əsas məsuliyyət kimin üzərinə düşür?

Cavab: Davranışları, mühakimələri, sağlam düşüncələri, motivləri və hətta ağlı ilə bağlı ciddi suallar olan üç qəzəbli qocanın.

Onlardan biri olan İsrailin Baş naziri Benyamin Netanyahunun illərdir İranla toqquşma istəməsi bu müharibənin qaçılmaz olduğu anlamına gəlmir. Tehran rejiminin keçən il İsrailin zərbələri nəticəsində xüsusilə həssas vəziyyətdə qalması və müttəfiqi Hizbullahın məğlubiyyəti onun suveren ərazisinə qəfil hücumu qanuniləşdirmir. Bəli, BMT müfəttişləri İranın razılaşmaları pozduğunu deyirlər. Ancaq bu, müharibə üçün yaşıl işıq deyil.

Netanyahu “ekzistensial təhlükənin” qarşısını almaq üçün İrana hücum etdiyini bildirir. Bəlkə də o, vəziyyəti daha da pisləşdirdi.

75 yaşlı Netanyahu həyata təsir edən qərarlar qəbul etmək bir yana, İsrailə rəhbərlik etməyə də qadir deyil. O, 2023-cü il hücumlarının qarşısını ala bilmədi, sonra məsuliyyətdən qaçdı. Ordusu Qəzzada 55 mindən çox fələstinlini öldürsə də, o, HƏMAS-ı məhv etmək və girovları qaytarmaq vədini yerinə yetirə bilməyib. O, Livan və Suriyanı işğal edib. İndi – İrandır. Harada dayanacaq? Növbəti Türkiyədir? Bunu istisna etmək olmaz.

Müharibə Netanyahunun seçimidir. Onu yataqdan qaldıran budur. Onu və Britaniyanın sanksiya tətbiq etdiyi ifrat sağçı müttəfiqlərini həbsdən qoruyan və hakimiyyətdə saxlayan budur. Onun hərəkətləri İsrailin reputasiyasına böyük zərbə vuraraq, bütün dünyada antisemitizmi qızışdırıb. O, İsrailin yaşaması üçün mübarizə apardığını iddia edir, lakin özünün siyasi sağqalması hər şeydən önəmlidir. Netanyahu Qəzzada hərbi cinayətlərdə ittiham olunur. Daha çox cinayət törətməmiş onu həbs etmək lazımdır, qorumaq və həvəsləndirmək yox.

Ayətullah Əli Xamenei, İranın hərbi ali lideri – ikinci əsas günahkardır. O, çoxdan Quma getməli, təqaüdə çıxmalı idi. 86 yaşlı qoca cəmiyyət və xalqla əlaqəni itirmiş repressiv, korrupsioner teokratik rejimə rəhbərlik edir. Seçkilər saxtalaşdırılır, hakimlər korrupsiyaya uğrayıb, senzura geniş yayılıb.

Netanyahu kimi, Xamenei də mühafizəkarlar tərəfindən dəstəklənir və islahatçılar tərəfindən rədd edilir – lakin əsas qərarları o verir. Mülki istifadə tələbinin olmamasına baxmayaraq, onun uranın zənginləşdirilməsini sürətləndirməkdə şübhəli israrı, nəhayət, Netanyahuya zərbə vurmaq üçün bəhanə verdi.

Baxmayaraq ki, səhhətinin pis olduğunu deyirlər, Xamenei İranın nüvə proqramından əl çəkməməsinin səbəblərindən biridir. Hətta onsuz (Xameneisiz – red.) Netanyahunun onu (İranın nüvə proqramını – red.) məhv etmək fikri bir fantaziyadır.

Bu özünü aldatma rejimin dağılmasına səbəb ola bilər. İsrailin zərbələri yüksək rütbəli hərbçilərin ölümünə, nüvə obyektlərinə, ballistik raketlərə və pilotsuz təyyarələrə ziyan vurub. Növbəti hədəf Xameneinin özü və İranın neft ixracı ola bilər.

Netanyahu video-müraciətdə iranlıları ayağa qalxmağa və “azadlıqlarını tapmağa” çağırıb. Çoxları bunu istərdi. Amma sözlərin mənbəyini (bunu Netanyahunun dediyini – red.) nəzərə alsaq, bu fikirlər yalnız ictimaiyyəti və ərəb liderlərini İran rejiminin ətrafında toplaya bilər.

İranın İsraili müdafiə edəcəyi təqdirdə ABŞ, Britaniya və Fransa bazalarına zərbə endirmək və Hörmüz boğazını bağlamaq təhdidləri genişmiqyaslı müharibə və qlobal enerji böhrabı riskini doğurur – hansı ki, Qərbi vuracaq və Rusiyanın əlinə oynayacaq. Bunlar Donald Trampın zəif, ardıcıl olmayan siyasətinin birbaşa nəticələrindəndir.

79 yaşlı Tramp bu qarşısı alına bilən faciənin üçüncü iştirakçısıdır. O, daha əvvəl demişdi ki, İranla yeni nüvə sazişi üzrə danışıqlar aparmaq istəyir – halbuki əvvəlki sazişi axmaqcasına cırmışdı. Lakin o, şərtlərlə bağlı qərar verə bilmədi və diletant komandası mövqeyini dəyişməyə davam etdi. Qismən ona görə ki, Tramp, Fələstin və Ukrayna məsələlərində olduğu kimi, vəziyyəti anlamaqda çox tənbəldir. O, həmişə səhv olan instinktlərinə güvənir. Bu, onu Netanyahu kimi hiyləgər oyunçu üçün asan hədəfə çevirir.

Trampın zəifliyinə görə, Netanyahu keçən həftə İrana zərbə vurmağın vaxtının gəldiyini təkid edəndə, o, təslim oldu. Amma hücum başlayan kimi Tramp ənənəvi olaraq mövqeyini dəyişdi, nailiyyətləri öz üzərinə götürməyə və boş təhdidlər yağdırmağa başladı. O, hər dəfə ağzını açanda özü də istəmədən ABŞ və İsrailin əlbir olması ilə bağlı İranın şübhələrini təsdiqləyir.

…Əgər kimsə hələ də Trampın beynəlxalq siyasətdə uzaqgörən təsəvvürə malik olduğunu düşünürsə, qoy son bir neçə gündə baş verən dəhşətli hadisələri öyrənsin. Putinə satılmaqla, tariff manipulyasiyaları ilə, Qəzzada atəşkəs təklifi və qonşularına sataşmaqla – Tramp özü real təhlükədir. İngiltərənin ondan mümkün qədər uzaqlaşması və ABŞ-dan asılı olmadan hərəkət etməsi daha müdrik yanaşmadır və təhlükəsizdir.

Bu üç qəzəbli qoca hamımızı öldürə bilər”, – o bildirib./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: “İsrailin 48 saata etdiyini Rusiya 3.5 ildə edə bilməyib” – “Ukraynanın uğurlarından dərs alıblar…”
Next: 30-40-50 yaşlarında bədəndə nə baş verir? – Gələcək xəstəliklər və qorunma yolları

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.