Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • İran – İsrail savaşının Azərbaycana iqtisadi təsiri – Ərzaq qiymətləri bahalaşa bilər?

İran – İsrail savaşının Azərbaycana iqtisadi təsiri – Ərzaq qiymətləri bahalaşa bilər?

admin 17/06/2025
ir-isr

 

Son günlər Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. İranın nüvə proqramı ətrafında illərdir davam edən gərginlik 2025-ci ilin iyun ayında hərbi fazaya keçib. İsrailin İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirməsi, İranın isə cavab olaraq Tel-Əviv başda olmaqla, digər şəhərlərə raket hücumlarına başlaması regionu böyük müharibə təhlükəsilə üzləşdirib.

İran ilə İsrail arasında hazırda da davam edən hərbi toqquşmalar yalnız region üçün deyil, bütövlükdə Avrasiya coğrafiyası üçün ciddi təhlükə siqnalıdır.

Bizim üçün ən mühüm suallardan biri isə budur: Bu gərginliyin Azərbaycan üçün iqtisadi nəticələri nə ola bilər?

Qeyd edək ki, İran və İsrail regionda ərzaq, sənaye məhsulları və enerjiyə çıxış imkanlarına təsir edən iki mühüm dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün əhəmiyyətli tranzit qovşaqları ilə bağlıdır. Məlumata görə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub. Hesabat ilində Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Cənub qonşumuzdan alınan məhsullar ölkəmizin ümumi idxalının 3,01 faizini təşkil edib. Bu tendensiya 2025-ci ilin ilk aylarında da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30 faiz həcmində olub.

Bu ilin birinci rübündə Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 1,7 milyon dollar və ya 50,7 faizlik artım qeydə alınıb. Eyni zamanda, hesabat dövründə İrandan ölkəmizə 248,8 milyon dollar dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon dollar və ya 15,7 faiz artım deməkdir. İrandan idxal edilən ərzaq məhsulları (xüsusilə meyvə-tərəvəz, çay və ət) Azərbaycanın bazarında ucuz alternativlər hesab olunur. Müharibə səbəbindən bu kanalların bağlanması daxili bazarda ərzaq qiymətlərini yüksəldə bilər.

İsrailə gəlincə, 2024-cü ildə Azərbaycan ilə İsrail arasında ticarət əlaqələri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. İki ölkə arasında ümumi ticarət dövriyyəsi 760,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz azalma deməkdir. Ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycan tərəfindən İsrailə ixrac olunan məhsullar – xüsusilə də xam neft təşkil edib. Belə ki, 2023-cü ildə bu göstərici 1,4 milyard dollar olduğu halda, 2024-cü ildə İsrailə ixrac 733,5 milyon dollara düşüb. Bu, Azərbaycanın ümumi ixracında İsrailin payının da azalmasına səbəb olub. İsraildən Azərbaycana idxal olunan məhsullar əsasən kimyəvi maddələr, sənaye avadanlıqları, tibbi və optik cihazlar, həmçinin aqrar texnologiyalar sahəsinə aid məhsullardır.

Mövzunu  şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hələlik İran və İsrail arasında başlayan hərbi münaqişənin Azərbaycana birbaşa iqtisadi təsirlərindən danışmaq tezdir: “Lakin müharibə getdikcə genişlənir, sənaye obyektləri, enerji stansiyaları, qaz hasilatı sahələri bombalanır. Bu vəziyyət yaxın 2-3 həftədə bölgə üzrə ticarət və logistika sisteminə mənfi təsir edə bilər”.

Ekspert qeyd edir ki, İran Azərbaycan üçün vacib ticarət və tranzit tərəfdaşlarından biridir: “Xüsusilə də Naxçıvana quru yolla mal göndərməkdə İran marşrutu həlledici rol oynayır. Əgər müharibə səbəbindən bu yol bağlanarsa, yüklərin Gürcüstan üzərindən daşınması tələb olunacaq ki, bu da həm məsafəni artıracaq, həm də logistika xərclərini yüksəldəcək. Bu dəyişiklik nəqliyyat sahəsində əlavə yüklənməyə və tədarük zəncirində gecikmələrə də səbəb ola bilər. Digər əhəmiyyətli məsələ isə İranın Bəndər-Abbas limanıdır. Bu liman vasitəsilə Azərbaycan Çin və digər Uzaq Şərq ölkələri ilə ticarət aparır. Əgər müharibə limanın fəaliyyətinə təsir edərsə, həmin istiqamətdəki ticarət əlaqələri iflic ola bilər. Bu isə idxal məhsullarının azalması və qiymət artımı ilə nəticələnəcək”.

“Bölgədəki gərginlik enerji bazarına da təsir göstərməkdədir. Müharibənin başladığı gündən etibarən neftin dünya bazar qiyməti yüksəlməkdədir. Həmçinin qaz qiymətlərində də artım müşahidə olunur. Bu, Azərbaycan üçün müəyyən dərəcədə müsbət iqtisadi nəticə yaradır. Bununla belə, münaqişənin davam etməsi daha geniş problemlər doğura bilər. Azərbaycan İranla təkcə tranzit sahəsində deyil, eyni zamanda ərzaq və sənaye məhsullarının idxalında da əməkdaşlıq edir. İranda vəziyyətin pisləşməsi nəticəsində ərzaq məhsullarının təchizatında pozulmalar baş verə bilər. Bu da ölkəmizdə ərzaq qiymətlərinin artmasına və bazarda təzyiqlərin yüksəlməsinə səbəb ola bilər. Ən ciddi risklərdən biri isə mümkün qaçqın axınıdır. Əgər müharibə daha da şiddətlənərsə və İran əhalisi təhlükəsizlik məqsədilə ölkəni tərk etməyə məcbur qalarsa, bu zaman Azərbaycan sosial və humanitar problemlərlə qarşılaşa bilər“, – ekspert qeyd edib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum – VİDEO
Next: “Rusiya İranı satmağa razı olsa belə…” – “Bu, Ukraynada qələbə zəmanəti deyil”

OXŞAR MÖVZULAR

milli-meclis-yeni

Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi

admin 01/05/2026
şahin-mus

Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı

admin 30/04/2026
nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.