Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • “Rusiya İranı satmağa razı olsa belə…” – “Bu, Ukraynada qələbə zəmanəti deyil”

“Rusiya İranı satmağa razı olsa belə…” – “Bu, Ukraynada qələbə zəmanəti deyil”

admin 17/06/2025
rus-ir-pre

 

“ABŞ və Rusiya arasında münasibətlərin sabitləşdirilməsi ilə bağlı növbəti diplomatik danışıqlar Vaşinqtonun təşəbbüsü ilə təxirə salınıb”.

Bunu politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sabitləşmə prosesi Ukraynadakı müharibədən asılı olmayaraq aparılırdı və Moskva tərəfindən müəyyən uğur kimi təqdim olunurdu.

Ekspert qeyd edib ki, danışıqların təxirə salınması ABŞ-nin Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra baş verib. Sözügedən danışığın əsas mövzusu İran olub. Məmmədovun fikrincə, ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması prosesinin dondurulması Vaşinqtonun Moskvanı İrana təzyiq göstərməyə cəlb etmək niyyəti ilə bağlıdır.

“ABŞ İranın hər hansı formada nüvə proqramından və raket silahlanmasından imtina etməsini, əslində, bir növ kapitulyasiyanı qəbul etməsini istəyir. Vaşinqton bu istiqamətdə sərt və koordinasiyalı şəkildə hərəkət edir,” – deyə politoloq vurğulayıb.

Məmmədov hesab edir ki, Rusiya üçün ikiüzlü vəziyyət yaranıb. Belə ki, İsrail və İran arasındakı müharibə Donald Trampın diqqətini Yaxın Şərqə yönəldir və ABŞ silahlarının bu bölgəyə axını Ukrayna müharibəsində Rusiyanın lehinə işləyə bilər. Lakin eyni zamanda Rusiya İranın tam şəkildə məğlub olmasına və xüsusən də Tehranda rejimin dəyişməsinə imkan verə bilməz. Çünki bu, Rusiya və Çin üçün regionda strateji məğlubiyyət demək olar.

“Sanksiyalarla boğulan və resursları məhdud olan Rusiya artıq proseslərə real təsir imkanlarını itirib. Hətta ABŞ ilə münasibətlərin sabitləşdirilməsi də gözləmə rejiminə keçib. İndi ekspert çevrələrində “İranı Ukraynaya dəyişmək” kimi yanaşma müzakirə edilir,” – politoloq bildirib.

O qeyd edib ki, İranın ABŞ-nin tələblərini qəbul etməsi fonunda Rusiya vasitəçiliyə başlayarsa, bu, Putinin Trampın ‘klienti’ rolunu qəbul etməsi kimi dəyərləndirilə bilər. Bu isə Pekin tərəfindən mənfi qarşılanacaq. Məmmədovun fikrincə, əslində, Rusiya İran rejiminə yardım edə biləcək vəziyyətdə deyil. Bu dəstəyi yalnız Çin – o da Pakistan vasitəsilə göstərə bilər. Ancaq İsrail artıq İranın hava məkanında üstünlük əldə edib və bu üstünlüyü geri vermək niyyətində deyil.

Ekspert hesab edir ki, Moskva üçün ideal variant İran rejimini Trampın şərtlərini qəbul etməyə razı salmaq, qarşılığında isə rejimin qorunub saxlanması və İsrailin hava məkanından çıxması şərtini razılaşdırmaq olardı. Lakin bu ideal ssenarinin yaxın perspektivdə reallaşması real görünmür.

Fərhad Məmmədov əlavə edib ki, Tehran da Rusiyaya soyuq münasibət göstərir. İran diplomatiyası ABŞ – Rusiya münasibətlərinin normallaşmasını diqqətlə izləyir və bu prosesin özlərinə də təsir edəcəyini anlayır. Məhz bu səbəbdən Tehran birbaşa Vaşinqtonla danışıqlara cəhd göstərib, lakin bu alınmayıb.

“Hazırkı mərhələdə Rusiya İrandan imtinaya yalnız Ukrayna üzrə zəmanət qarşılığında razı ola bilər. Digər tərəfdən isə İran rejimi hər gün daha da zəifləyir,” – deyə politoloq vurğulayıb.

O, Türkiyə Prezidentinin də vasitəçilik istiqamətində aktivlik nümayiş etdirdiyini bildirib. Lakin Ankaranın Tehranla, daha doğrusu, oradakı rejimlə effektiv danışıqlar aparmaq üçün resursları məhduddur.

Fərhad Məmmədov qeyd edib ki, əgər İran rejimi Trampın tələblərini qəbul etməyə məcbur olarsa, böyük ehtimalla, birbaşa ABŞ ilə danışıqlara üstünlük verəcək.

“İsrail və İran arasında müharibənin başa çatması bölgədə yeni bir status-kvonun yaranmasına gətirib çıxaracaq. Bu status-kvo kifayət qədər uzunmüddətli ola bilər və hazırda bütün oyunçular gələcək mövqelərini bərkitmək üçün fəal hərəkətə keçiblər. Ancaq hadisələrin gedişini yalnız İran rejiminin müqavimət səviyyəsi və üçüncü ölkələrin ərazilərinin münaqişəyə cəlb olunub-olunmaması dəyişə bilər. Və hazırda belə təhlükəni məhz İran rejimi yaradır,” – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər və diplomatiya çox zaman “yerdəki reallıqlar”dan asılı olur. Lakin İsrail – İran müharibəsi kontekstində artıq bu reallıqlar “hava məkanında vəziyyətlə” müəyyən edilir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İran – İsrail savaşının Azərbaycana iqtisadi təsiri – Ərzaq qiymətləri bahalaşa bilər?
Next: İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.