Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • Səməd Seyidov: Azərbaycan insanları bombalardan belə xilas edir

Səməd Seyidov: Azərbaycan insanları bombalardan belə xilas edir

admin 17/06/2025
331664

 

Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, Cənubi Qafqazda və qlobal müstəvidə Azərbaycanın sərgilədiyi mövqeni necə şərh etmək olar? Hazırda İsrail-İran qarşıdurması fonunda Bakının davranışları daha çox hansı aspektlərdə diqqəti çəkir?

– Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət dünya üçün xilas yoluna çevrilir. Müxtəlif ölkələrin vətəndaşları məhz Azərbaycan tərəfindən bombaların altından xilas edilərək, öz ərazimizdən evlərinə göndərilir. Rəsmi Bakının apardığı siyasət imkan verir ki, bu regionda sülh və sabitlik olsun. Bölgədən keçən təyyarələrin marşrutuna baxsaq görərik ki, Azərbaycanın üzərindən bütün uçuşlar tam təhlükəsiz formada həyata keçirilir. Bu təyyarələr nə İrandan, nə də Rusiya ərazisindən keçə bilir. Təyyarələr məhz Azərbaycandan Asiyaya və geriyə rahat və təhlükəsiz formada qayıdır. Sözsüz ki, bunun çox ciddi nəticələri var. İndi beynəlxalq münasibətlər dəyişib, mövcud olan qlobal sistem artıq çöküb. Bunu biz sağda-solda, şimalda-cənubda atılan bombaların səsindən daha aydın şəkildə eşidirik.

– Keçmiş qlobal sistem dedikdə nəyi nəzərdə tutursunuz?

– Əslində bu sual çox sadə bir cavaba malikdir. Böyük və kiçik dövlətlərin potensialı, maraqları, istəkləri, təsir imkanlarının fərqli olmasına baxmayaraq II Dünya müharibəsindən sonra süni bərabərləşdirmə aparmaq istədilər. Bu bərabərləşdirmə bir müddət davam etdi. Bundan sonra böyük dövlətlər öz maraqlarını təmin etmək üçün bu sistemi qoruyub saxlamaq naminə ikili standartlardan istifadə etməyə başladılar. Yəni formal olaraq sistemi saxlayıb, reallıqda isə tamamilə fərqli siyasət həyata keçirdilər. Amma bu sistem hamımızın gördüyü kimi uzun çəkmədi. Beləliklə, sistem dağılmağa başladı və hər bir ölkənin öz dəyəri, əhəmiyyəti, gücü, təsir imkanları, digər məsələlər gündəmə gəldi. Kim nəyə qadirdirsə, ölkəsini müdafiə etmək imkanına malikdirsə, dürüst siyasət aparırsa, milli maraqlarını qoruyub saxlaya bilirsə, nəyi və necə etməyi bilirsə, o da müasir dünyada daha yüksək səviyyədə, normal vəziyyətdə olur.

– Sizcə, indi regional və qlobal miqyasda baş verənlər nəyin nəticəsidir? Baş verənlər fonunda Azərbaycanın rolu və yeri necə görünür?

– İndi gördüyümüz mənzərə faktiki olaraq iddiada olan, ancaq buna malik olmayan ölkələrin iflasıdır. Azərbaycan isə bu nöqteyi-nəzərdə öz iddiası, imkanı, gücü və təsirləri, atdığı addımları ilə vəhdət təşkil edən nadir ölkələrdən biridir. Cənubi Qafqazda yeni bir reallıq yaratdıqdan sonra Azərbaycan sözünün, əməlinin arxasında dayana bilir. Ölkəmiz nəyə qadirdirsə, onu da nümayiş etdirir. Bu məsələdə ölkəmiz heç bir halda ağlasığmaz ambissiyaları ortaya qoymur. Bununla belə dövlətimiz öz milli maraqlarını kiminsə marağına qurban vermir. Reallığı əks etdirən bu siyasət, sülh naminə beynəlxalq qanun çərçivəsində, ikili standartlardan tamamilə kənardır. Bu, eyni zamanda dünyanın biabırçılıqlarını üzə çıxarıb onu tənqid etmək qabiliyyətidir. Həmin uğurlu siyasətin bəhrəsini isə hamı görür. Söhbət yalnız sabitlikdən getmir. Azərbaycanda dünyanı gələcəkdə hansı üsullarla, hansı istiqamətdə və metodlarla idarə etmək prinsipləri günbəgün formalaşır və yüksək formada tətbiq edilir. Ölkəmiz bu gün fərqli bir dövlətdir. Bu isə dünyada formalaşan yeni beynəlxalq münasibətlər sisteminin faktiki olaraq əsasını, bünövrəsini təşkil edən siyasətdir.

PAYLAŞIN:

Continue Reading

Previous: Rəsmi Bakı İran azərbaycanlıları ilə bağlı İsrailə mesaj göndərdi
Next: Tramp bir daha İrandan kapitulyasiya tələb etdi – “Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik”

OXŞAR MÖVZULAR

milli-meclis-yeni

Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi

admin 01/05/2026
şahin-mus

Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı

admin 30/04/2026
nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.