Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 17
  • Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı…

Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı…

admin 17/06/2025
baki-yeni

 

İsrail qarşısında ciddi itkilər verən İran rejiminin seçimləri müharibənin inkişına yön verə biləcək faktorlar arasındadır. Rəsmi Tehran İsrailə raket zərbələri endirsə də, hazırda iki istiqamətdə səy göstərir:

1. ABŞ-ın İsrail cəbhəsində müharibəyə qoşulması ssenarisinə imkan verməmək;

2. Vaşinqtonu Təl-Əvivi dayandırmağa inandırmaq və nüvə danışıqlarını bərpa etmək.

İran Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən vasitəçilik etməsini xahiş edir, lakin bütün səylər nəticəsizdir. Çünki minimum hədəf hücum əməliyyatı ilə Tehranı danışıqlar masasındakı tələbləri qəbul etməyə məcbur etmək olan müharibədə İsrailin əldə etdiyi nəticələr İranın tamamilə təslim olması – teokratik sistemin dəyişməsi perspektivlərini yaradıb və Tramp Administrasiyası diplomatiyanı əlavə variantlar sırasında saxlamaqla, şərtlərin yetişməsini gözləyir.

Və bu mənzərə fonunda sual yaranır: bütün yolları tükənərsə, İran rejiminin son seçim kimi atacağı radikal addımlar nələr ola və nə qədər effekt verə bilər?

a) Hörmüz boğazını bağlamaq: İran artıq bunu gündəmə gətirib, lakin məsələ hələ ki, təhdid xarakteri daşıyır;

Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd, Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin belə radikal addım İranın dost hesab etdiyi ölkələri – misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil – ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı “strateji çəkindirmə” aləti olaraq qalır.

b) Müharibəni regional müstəviyə yaymaq: İran rejimi başda daha zəif hesab etdiyi Körfəz ölkələri olmaqla, ABŞ bazalarının yerləşdiyi regionları hədəfə ala, belə demək mümkünsə, “tarana” gedə bilər.

Bu, İran üçün şansının az olduğu “qumar oyunu” olacaq, çünki müharibə arealının regiona yayılması hədəf seçilən ölkələrin də İsrail cəbhəsində aktiv iştirakını şərtləndirə və Tehranın məhvini legitimləşdirə bilər;

c) Dini silahın işə salınması: Xamenei sələfi Xomeyninin son seçimini təkrarlaya bilər.

Bu, İsrail və ona dəstək verən ölkələrə qarşı “cihad” elanıdır. İraqa qarşı müharibədə Xomeyni bu taktikadan istifadə etməklə yüz minlərlə müsəlmanı bir-birinə qırdırsa da, rejimin regional dayaqlarını möhkəmləndirə bildi. Xameneinin də son seçimlərindən biri kimi eyni taktikadan istifadə edə biləcəyi istisna edilməməlidir. Bu taktika İrana qələbəni gətirməyəcək, amma müqavimət zəmini formalaşdıra bilər. İranın proksi qüvvələrinin ciddi “qan itirməsi” belə bir müqavimətin effektini şübhə altına alsa da, tamamilə sıradan çıxmadığı da bəllidir: Hizbullah və HƏMAS zəifləsə belə, hələ də qalır, husilər və İraqdakı şiə qrupları mövcudluğunu qoruyur; mümkün “dini müharibə” fitvası ilə qüvvələr İsrailə və ABŞ-ın bölgədəki mövqelərinə “baş ağrısı” ola, regionu toqquşmalar platformasına çevirə bilər.

İran rejimi son seçimləri saxlayır, çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələsinə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil.

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: “Azərbaycanın İsraillə İran arasında vasitəçilik imkanları daha yüksəkdir” – Elxan Şahinoğlu
Next: İsrailin kəşfiyyat rəhbəri: “İranın ali hərbi rəhbərliyinə zərbə endirməyə hazırlaşırıq”

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.