Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 18
  • Məmurlarımızın diplomu SAXTA İMİŞ – Şimali Kipr mediasından ŞOK İDDİA

Məmurlarımızın diplomu SAXTA İMİŞ – Şimali Kipr mediasından ŞOK İDDİA

admin 18/06/2025
bahçeşehir uni

 

Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.

Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı, miqrasiya qeydləri ilə təsdiqlənib.

İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının – YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.

Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlanıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub. Onlar üçün qanunvericilikdə yer almayan “Hibrid Doktorantura Proqramı” tətbiq olunur.

Diplom almaq üçün tələb olunan ödəniş isə 3000-4000 ABŞ dolları arasında dəyişir. Məsələ ilə bağlı danışan bir akademik bildirib ki, qaydalara əsasən, doktorantura dərslərinin yalnız üçdə biri onlayn ola bilər və bu da yalnız xüsusi hallar üçün nəzərdə tutulub. Hər semestrdə tələbə ən azı 45 gün adada qalmalıdır. Hibrid doktorantura proqramı isə qanunla qadağandır.

***

Xəbər verdiyimiz kimi, “Bugün Kıbrıs” qəzeti Bahçeşehir Universitetinin Kipr filialında bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir. Qeyd olunur ki, qanunsuz əsaslarla diplom alanların içərisində Azərbaycandan olan şəxslər də var. Bu iddia cəmiyyətdə ciddi rezonansa səbəb olub.

Məsələ ilə bağlı sözügedən universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik:

“17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.

Xəbərdə qeyd olunan “xüsusi imtahanlar”, “hibrit doktorantura adı altında diplom verilməsi”, “3–4 min dollar qarşılığında sənəd alınması” kimi iddialar tamamilə yalandır və heç bir hüquqi və ya faktiki əsas daşımır. Bahçeşehir Kipr Universiteti öz fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətinin qüvvədə olan qanunvericiliyi və YÖDAK tərəfindən müəyyən edilmiş akademik prinsiplər əsasında həyata keçirir.

Bütün proqramlarımız — istər bakalavr, istər magistr, istərsə də doktorantura səviyyəsində — şəffaflıq, ədalət və yoxlanıla bilən əsaslarla həyata keçirilir. Universitetimizdə təhsil alan hər bir tələbənin imtahanlara fiziki şəkildə qatılması və uğurla nəticə əldə etməsi zəruri şərtdir. Tələbələrin dərs və imtahan iştirakları universitetimizin daxili sistemində qeyd olunur və tələb olunduğu halda, bu məlumatlar rəsmi orqanlar – o cümlədən Kipr-in Miqrasiya İdarəsi tərəfindən də təsdiqlənə bilər.

Xəbərdə göstərilən qeyri-real iddialardan biri də guya Kiprdə olmayan tələbələrin yüksək qiymət almasıdır. Bildirmək istəyirik ki, universitetimizdə imtahan nəticələri yalnız dərsə davamiyyət göstərən, qiymətləndirmə meyarlarına cavab verən tələbələrə verilir. Hazırda universitetimizdə, xüsusilə xarici tələbələr arasında bəzi fənlərdən uğursuz olmuş tələbələrin mövcudluğu, qiymətləndirmə sistemimizin nə dərəcədə obyektiv və prinsiplərə əsaslandığını açıq şəkildə göstərir.

Bununla yanaşı, Kiprdə hər bir tələbə üçün tədris dövründə minimum 45 günlük fiziki iştirak tələbi qanunla müəyyən edilmişdir.

Bahçeşehir Kipr Universiteti olaraq biz, beynəlxalq səviyyədə tanınan, etibarlı və dürüst təhsil modeli ilə seçilən bir ali təhsil müəssisəsi olmaqdan qürur duyuruq. Müxtəlif ölkələrdən minlərlə tələbənin bizə etibar etməsi, göstərdiyimiz akademik səviyyənin və şəffaflığın ən böyük sübutudur.

Universitetimizə qarşı aparılan bu planlı qaralama kampaniyasına qarşı bütün hüquqi addımlar atılmış və məsələ ilə bağlı Kipr-in müvafiq qurumlarına – o cümlədən YÖDAK və Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər təqdim edilmişdir. Həmçinin, xəbər yayımında iştirak edən media qurumu və məsul şəxslər barəsində yerli və beynəlxalq hüquq çərçivəsində müvafiq hüquqi prosedurlar başladılmışdır.

Bahçeşehir Kipr Universiteti olaraq bir daha bəyan edirik ki, biz etik dəyərlərə, akademik dürüstlüyə və ali təhsildə keyfiyyət prinsipinə sadiq qalmağa davam edəcəyik. Universitetimizin və ölkəmizin nüfuzunu hədəf alan bu cür kampaniyaların qarşısında hüquq çərçivəsində qətiyyətlə dayanacağımızı ictimaiyyətin diqqətinə çatdırırıq”./editor.az

Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”

 

PAYLAŞIN:

Continue Reading

Previous: İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?
Next: Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət…

OXŞAR MÖVZULAR

medaura-klinik

240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir?

admin 06/03/2026
bsih

BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir

admin 06/03/2026
nerimanov-tik

Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.