Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 19
  • Baş prokurorluğa dəfələrlə şikayət edən vətəndaşın ümidi Prezident İlham Əliyevə qalıb – MÜRACİƏT

Baş prokurorluğa dəfələrlə şikayət edən vətəndaşın ümidi Prezident İlham Əliyevə qalıb – MÜRACİƏT

admin 19/06/2025
baş-pro

 

Bakı, Sabunçu  rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Qaraxan”MTK, bina 3, mən., 56-da yaşayan Əliyev Cahangir Ağaməli oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, digər aidiyyatı dövlət qurumlarına və  media orqanlarına müraciət ünvanlanıb. 

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Əvvəlcə bildirim ki, mən bir iş adamı olaraq şəxsi əmlaklarım olan yük avtomobilləri və digər texnikaların köməyilə bir sıra inşaat işlərində sifarişlər həyata keçirməklə məşğul olmuşam. Belə ki, mən uzun müddət( 2019-2021-ci illərdə) “Sea Breeze” istirahət mərkəzində ərazinin istirahət məkanlarının tikintisi ilə əlaqədar işləmişəm. İş əsnasında Şərik işlədiyim Qasım (rəsmi adı Əbdül olan) adlı şəxs bildirdi ki, onun yaxın tanışı olan Allahverdiyev Ruhid Rasim oğlu rəsmi podratçı olaraq müqavilənin imzalanması üçün şirkətinin adını təklif edir, gəl onun firması adından sifarişləri müqavilələrlə götürüb şərik işləyək. Mən razı oldum və işə  başladıq. Lakin bir müddət sonra etimadımdan süi-istifadə edən Ruhid mənə çatmalı olan ödənişləri sonradan verməkdən imtina etdi. Əvvəlcə yalandan bəhanələr gətirdi ki, guya “SEA BREEİZE” rəhbərliyi pulları onun hesabına köçürməkdə gecikmələr edir və s. Uydurmalar. Mən vəziyyəti belə görüb 2021-ci ildən onlarla əməkdaşlıq etməyi dayandırıb borclandığım pulları almağa çalışdım. Bunlar isə özlərini arxalı adamlar kimi aparararaq get hara istəyirsən şikayət et, biz sənə pul verən deyilik” dedilər. Son 3 ildir ki, mən bütün aidiyyatı yuxarı orqanlara şikayətlər vermişəm.

Bu günə qədər  Bakı şəhər Sabunçu rayon Polis idarəsində məsələ araşdırılmış və CM-nin 39.1-ci madəsi tətbiq edilərək “Cinayət işinin başlanması barədə” əsassız qərarlar qəbul edilmişdir. 22 aprel 2025-ci ildə Sabunçu rayon Prokurorluğunda cənab Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. O tapşırıq verdi ki, ərizənin araşdırılması Bakı şəhər prokurorluğuna həvalə edilsin, nəzarətə götürülsün və məruzə edilsin. Həqiqətən də işin yenidən araşdırlması Bakı Baş Polis İdarəsində müstəntiq Əsgərov Xəlilin icratına verildi. Sağ olsun bütün istintaq hərəkətləri icra olundu. Yəni mən məcbur olub şəxsi evimi kimə satmışam, kimlərdən nə qədər borc almışam və kimlərə pular vermişəm. Dəvət olunanların hamısı faktları təsdiq etdilər. Lakin müstəntiq iki dəfə işi bağladı. Və xüsusi qeyd etdi ki, mən cinayət işini nədənsə aça bilmirəm. Qoy zəhmət çəkib Başı şəhər Prokurorluğu cinayət işini başlasın mən də uyğun istintaqı davam etdirim. Mən yenidən vəkilim Ramil Rüstəmovla birlikdə Bakı şəhər prokuroru cənab Elşən Abbasovun qəbulunda olduq. Ondan əvvəl isə Baş Prokurorluqda cənab Natiq Abdullayevin qəbulunda olub məsələni müzakirə etmişdik.

Baş prokurorluğa dəfələrlə şikayət edirəm baxan yoxdur. Soncu dəfə, 8 ay əvvəl  cənab baş prokur müavini Elçin Məmmədovun qəbulunda olmuşam. O da ərizəmə baxılmasını birbaşa Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi Gövdətə həvalə etmişdir.

Ruhid isə lap əvvəldən  məni hədələyərək “… hara gedirsən get hər iki qurumda bu məsələyə yanaşacaq məmur tapa bilməyəcəksən” ifadəsi onun həmin qurumlarda havadarının olduğunu bir daha subut edir. Və nəticə hələlik göz qabağındadır ki, bu gün hələlik heç bir hüquq-mühafizə orqanı konkret olaraq dələduz Ruhidi dəstəsinin əməllərinə hüquqi qiymət verməyi bacarmır.

Bu arada xatırlatmaq yerinə düşərdi ki, Ruhid Allahverdiyev əvvəllər Dövlət Gömrük Komitəsində aksiz markalar idarəsinin rəisi olmuş general Vəzir Həsənovun yanında işləmiş və onun kölgəsində yaşamış və indi də onun nüfuzundan –adından süi-istifadə edir.  

Bir daha xatırladım ki, Əbdül və onun yaxın tanışı Ruhid Allahverdiyev mənə qarşı dələduzluq əməli törədərək mənim külli miqdarda  415 000 manat pulumu mənimsəmişlər. Bu günə qədər 7 dəfə araşdırma aparılmış və əsassız olaraq bağlanmış, Prokurorluq da müstəntiqlərin bütün 7 dəfə əsassız qərarlarını ləğv edib yenidən araşdırmaya göndərmişdir. ( amma təəssüf ki, yenə də Əsgərov Xəlilin icraatına verilmişdir -3-cü dəfə)

Cənab Prezident, Biz hamılıqla Azərbaycanda hüquqi dövləti ona görə qurmamışıq ki, arxasında bir iki nəfər vəzifəli şəxslərin adından süi-istifadə edən Ruhid kimilər cəmiyyətdə mənim kimi iş adamlarına qarşı onun bunun adından süi-istifadə edib at oynatsınlar. Əkisinə, vəzifəli şəxslərin adından istifadə edib dələduzluq edən belələrini və onları himayə edən hüquq-mühafizə orqanlarının üz qaralarını dərhal məsuliyyətə cəlb etmək lazımdır ki, cəmiyyət də görsün ki, Ali Baş Komandanın “DƏMİR YUMURUĞU” tək ermənilər üçün deyil, daxili korrupsiyalaşmış dəstələr üçün də istifadə oluna bilər. Sizdən çox xahiş edirəm hazırda Bakı Baş Polis İdarəsinin İstintaq Şöbəsinin  icraatında olan həmin iş üzrə ədalətli yanaşılaraq tədbir görüməsi üçün Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

 

Aktualinfo.org

Məqaləyə dair fotomateriallar:

Kamaz 333.jpgSeebrizde kamaz.jpg

ağır texnika cahangir44.jpgKontüeyner cahangir.jpg

Seebreez tikinti.jpgSeebrez 2222.jpg

Traktor 11.jpgYanacaq avtomobili 22.jpg

 

PAYLAŞIN:

Continue Reading

Previous: “İranda rejim dəyişikliyi çətin görünür…” – “ABŞ İranda bu iki variant arasında seçim edəcək”
Next: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi olub, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak ediblər

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.