Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 19
  • İrana heç gözləmədiyi ölkədən dəstək – Onlar da “müharibə”yə qoşulsa…

İrana heç gözləmədiyi ölkədən dəstək – Onlar da “müharibə”yə qoşulsa…

admin 19/06/2025
ş-korea-o

 

İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrindən sonra bölgədə gərginlik daha artmaqdadır. Artıq qarşıdurma regional çərçivədən çıxararaq qlobal miqyasa keçib. Bu proses fonunda dünya ölkələri biri-birinin ardınca mövqe nümayiş etdirir. Bu mövqelər arasında ən çox diqqət çəkəni isə Şimali Koreya lideri Kim Çen In-ın çıxışı olub.

Şimali Koreya rəhbəri Kim Çen In İsrailin İran ərazisinə etdiyi hücumları “imperialist təxribat” adlandıraraq, bu münaqişədə açıq şəkildə İranın yanında olduqlarını bəyan edib. Kim bildirib ki, əgər Tehran tərəfindən rəsmi şəkildə müraciət olunsa, Şimali Koreya yardım göstərməkdən çəkinməyəcək. Bu açıqlama yalnız sözlərlə məhdudlaşmayıb, Şimali Koreya rəhbəri həm də “qlobal imperializmin muzdlu əsgərləri” ifadəsini işlədərək Qərb ölkələrinin İsrailə dəstəyinə sərt münasibət bildirib.

Kim Çen In-ın bu bəyanatı regionda gedən hadisələrə birbaşa təsir etməsə də, beynəlxalq səviyyədə səs-küyə səbəb olub. İllərdir qapalı və izolyasiya olunmuş şəkildə siyasət yürüdən Şimali Koreyanın belə bir dönəmdə, belə həssas mövzuda açıq mövqe sərgiləməsi diplomatik dairələrdə birmənalı qarşılanmayıb.

Hazırda İsrailə ABŞ və Böyük Britaniya kimi Qərb ölkələri dəstək verir. Rusiya, Çin, Suriya və Livan isə İranla eyni mövqedədir. Şimali Koreyanın da açıq şəkildə bu sıraya qoşulması bölgədə baş verən hadisələrin təkcə regional güc mübarizəsi olmadığını, eyni zamanda dünya miqyasında yeni siyasi qütbləşmənin getdiyini göstərir.

Beynəlxalq münasibətlər üzrə ekspertlərin fikrincə Şimali Koreya bu addımı ilə həm də özünün unudulmadığını, siyasi mənzərədə hələ də rol oynamaq niyyətində olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu bəyanat vasitəsilə İranın beynəlxalq müstəvidə tam təcrid olunmadığını göstərmək də hədəflənmiş ola bilər.

İranın illərdir sanksiyalar altında yaşadığı, Şimali Koreyanın isə Qərblə uzun müddətli qarşıdurma vəziyyətində olduğu bir zamanda bu iki ölkənin geosiyasi mövqelərinin yaxınlaşması diqqətçəkən tendensiya kimi qiymətləndirilir.

Şimali Koreyanın “yardım göstərməkdən çəkinmərik” sözləri isə bəzi müşahidəçilər tərəfindən yalnız diplomatik jest yox, həm də mümkün texniki və ya hərbi dəstəyə açıq qapı kimi şərh edilir. Bu isə gələcəkdə bölgədə baş verəcək hərbi və ya kəşfiyyat hadisələrinə Şimali Koreya izlərinin qarışa biləcəyini istisna etmir.

Bütün bu proseslər onu göstərir ki, İran və İsrail arasında baş verənlər artıq sadəcə regional qarşıdurma deyil, qlobal güclərin bir-birinə qarşı səfərbər olduğu yeni mərhələyə çevrilib. Şimali Koreya kimi uzun illər dünya siyasətindən kənarda dayanan bir ölkənin bu cür açıq və konkret mövqe ortaya qoyması isə hadisələrin nə qədər dərinləşdiyini göstərir. Gələcək günlərdə bu bəyanatların real addımlara çevrilib-çevrilməyəcəyi, qarşıdurmanın nə qədər genişlənəcəyi və hansı yeni mövqelərin üzə çıxacağı xeyli sual doğurur./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət bu şəxslərə 59 yaşından pensiya ödəyəcək
Next: Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma…

OXŞAR MÖVZULAR

devlet-baxcali

“Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir”

admin 17/03/2026
c9422f34-98a5-4c94-8ce4-6eae2273fa17

“Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış

admin 16/03/2026
2026-02-28-18-05-22MzORoSaGI1uOHnXoIS2t_file

Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək…

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.