Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 19
  • Müharibənin ilkin təsirləri: Azərbaycanda bu məhsullar bahalaşacaq – Açıqlama

Müharibənin ilkin təsirləri: Azərbaycanda bu məhsullar bahalaşacaq – Açıqlama

admin 19/06/2025
baku-ir
Son altı gündə İran və İsrail arasında müharibə iqtisadi əlaqələr və ticarət marşrutlarına da təsirsiz ötüşmür. Azərbaycan üçün isə bu vəziyyət xüsusilə həssasdır. Çünki ölkənin mühüm ticarət yollarının bir hissəsi İran ərazisindən keçir. Eyni zamanda Azərbaycan bazarına xeyli sayda İran məhsulları gətirilir.
Bəs münaqişə uzanarsa, bu, Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bahalaşma ola bilərmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, hələlik ciddi təhlükə görünməsə də, münaqişənin uzanması qiymət artımına səbəb ola bilər:
Bakupost.az
“Əslində, keçən ilin məlumatlarına baxanda görürük ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi təqribən 500 milyon dollardır və bunun 90 faizinə yaxını İrandan Azərbaycana göndərilən və satılan məhsullardır. Azərbaycan isə İrana cəmi 40 milyon dollardan bir qədər çox dəyərində mal satır. Hələlik ticarət dövriyyəsində hər hansı bir axsamaya rast gəlinmir, çünki mal dövriyyəsi davam edir. Azərbaycanda satılan İran məhsullarının spesifik xüsusiyyətləri var. Bu, əsasən kənd təsərrüfatı, ərzaq məhsulları və məişət kimyasıdır. Bunlar əvəz olunması mümkün olan məhsullardır. Bir anlıq fərz etsək ki, İran məhsullarının Azərbaycana göndərilməsində problem yaşanacaq, bu o demək deyil ki, analoji məhsullar Azərbaycan bazarında olmayacaq. Sadəcə olaraq, İran məhsulları, xüsusilə də məişət kimyası məhsulları daha ucuz olduğuna görə vətəndaşlar seçimlərini onlara yönəldirlər”.
Natiq Cəfərli bildirib ki, müharibə uzandıqca “risk marjı” adlı anlayış gündəmə gəlir.Yəni geosiyasi gərginlik dərinləşdikcə logistika, yükdaşıma riskləri artır və bu da qiymətlərə təsir edir:
“Bu nöqteyi-nəzərdən, əgər müharibə qarşıdakı həftələrdə də davam etsə, İrandan gələn məhsullarda müəyyən qiymət artımı müşahidə oluna bilər. İş adamları artıq həmin risk marjını qiymətlərin üzərinə əlavə edəcəklər.”
Ekspert əlavə edib ki, İran həm də Şimal-Cənub nəqliyyat dəhlizinin əsas ayaqlarından biridir və bu dəhliz Azərbaycandan keçir. Lakin bu marşrut əsasən, İran və Rusiya arasında mal dövriyyəsinə xidmət edir:
“Çünki digər ölkələr hələ ki bu dəhlizə qoşulmayıb. Həm İran, həm də Rusiya sanksiyalar altındadır. Bu səbəbdən, Azərbaycan üzərindən keçən ticarət dövriyyəsində müəyyən axsamalar mümkündür. Çünki Azərbaycana digər ölkələrdən gələn məhsulların böyük əksəriyyəti əsasən, Gürcüstan vasitəsilə daxil olur. Ona görə də bu mərhələdə Azərbaycana hansısa təhlükənin olduğunu düşünmürəm.”
N.Cəfərlinin sözlərinə görə, müharibə uzandıqca geosiyasi gərginliyin artması yol, nəqliyyat və logistika xərclərinin daim bahalaşmasına gətirib çıxaracaq:
“Bu baxımdan proses ümumilikdə dünyada inflyasiyaya, qiymət artımına, o cümlədən xaricdən gətirilən məhsulların yol xərclərinin yüksəlməsinə səbəb ola bilər. Çünki müharibənin getdiyi bölgələr – Fars körfəzi, Qırmızı dəniz, Süveyş kanalı əsas ticarət xətlərinin, dəniz yollarının keçdiyi bölgədir. Müharibə uzandıqca bu, qaçılmaz olaraq bütün dünyada logistika və yükdaşıma xərclərinin artmasına təsir göstərəcək. Azərbaycan da idxaldan asılı ölkə olduğuna görə, bu qiymət artımı ona da təsirsiz ötüşməyə bilər.”/bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi olub, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak ediblər
Next: “Haber Global”: Kahramanmaraşda Azərbaycan Prezidenti insanların böyük sevgisi ilə qarşılaşıb

OXŞAR MÖVZULAR

h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026
qüdrət

“O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq”

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.