Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 23
  • Azərbaycan Konsitutsiyası referandumuna gedir – Naxçıvanın statusu dəyişdirilir, icra hakimiyyətləri ləğv olunur…

Azərbaycan Konsitutsiyası referandumuna gedir – Naxçıvanın statusu dəyişdirilir, icra hakimiyyətləri ləğv olunur…

admin 23/06/2025
4541fc4e-d4ff-41eb-aa50-58563901ce7b

 

Zaur Məmmədov: “2025-ci ildə Azərbaycan Konstitusiyası və dövlət idarəetməsi üzrə yeni mərhələyə keçir”

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi və siyasi sistemdə dərin transformasiyanın başlanğıcıdır”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyini bildirən ekspertin sözlərinə görə, qarşıdakı dövrdə planlaşdırılan ümumxalq səsverməsi – referendum, yalnız texniki dəyişiklikləri deyil, dövlətin suverenlik anlayışı, idarəetmə modeli və ərazi-inzibati arxitekturası üzrə strateji dönüşü nəzərdə tutur.

Zaur Məmmədov qeyd etdi ki, referendumun əsas fəlsəfəsi Azərbaycanın post-münaqişə dövründə yeni reallıqları nəzərə alaraq milli hüquqi sistemini xarici hüquq istinadlarından təmizləmək və tam suveren normativ bazaya keçməkdir: “Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərə uğrasa da, bu dəfə planlaşdırılan dəyişikliklər daha genişmiqyaslı və strateji olacaq. Bu dəyişikliklər dövlətin hüquqi sistemini müasirləşdirmək və suveren hüququ gücləndirmək məqsədi daşıyır”.

O bildirdi ki, Konstitusiyaya təklif olunan düzəlişlər 4 əsas faktora əsaslanır:

Post-münaqişə reallıqları – işğaldan azad edilən ərazilərin vahid hüquqi çərçivəyə inteqrasiyası;

Suverenlik anlayışının yenidən tərifi – beynəlxalq müqavilələrə istinadın azaldılması, milli hüququn əsas götürülməsi;

Rəqəmsal dövrün çağırışları – informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi;

İdarəetmənin modernləşdirilməsi – Prezident və hökumət arasında səlahiyyət bölgüsünün çevikləşdirilməsi.

Zaur Məmmədov vurğuladı ki, Konstitusiyanın 3-cü maddəsinə əsasən referendum xalqın birbaşa iradəsini ifadə edən ali hüquqi vasitədir: “Bu baxımdan nəzərdə tutulan dəyişikliklərin referendum vasitəsilə həyata keçirilməsi dəyişikliklərə legitimlik qazandırır, eyni zamanda xalqın siyasi proseslərdə iştirakçılığını gücləndirir”.

Onun sözlərinə görə, dəyişikliklər yalnız dövlət idarəçiliyinə deyil, ictimai konsensusa, qərarverici mərkəzlərin legitimliyinə və vətəndaşlarla dövlət arasındakı etimada da ciddi təsir göstərəcək.

Politoloq diqqətə çatdırdı ki, Konstitusiya dəyişiklikləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının statusunda ciddi dəyişikliklər baş verə bilər: “Çox böyük ehtimalla, “muxtar respublika” ifadəsi “vilayət” anlayışı ilə əvəz olunacaq. Bu, Naxçıvanın müstəqil qanunverici və icra strukturlarının – Ali Məclis və yerli hökumətinin funksiyalarının daralmasına səbəb olacaq”.

Məmmədov deyə bildirib ki, yeni islahat paketi Naxçıvanda yerli icra orqanlarının rəhbərlərinin birbaşa Prezident tərəfindən təyin olunmasını nəzərdə tutur. Bu isə vahid idarəetmə modelinin formalaşması, ərazi idarəçiliyinin mərkəzləşdirilməsi və paralel strukturların aradan qaldırılması baxımından mühüm addım olacaq.

Zaur Məmmədov qeyd etdi ki, 2025-ci ildə regional və yerli idarəetmə sistemində də köklü struktur islahatları planlaşdırılır. Onun sözlərinə görə, icra hakimiyyətləri sovet mirası kimi tarixə qovuşacaq və onların yerini koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq: “Bu dəyişiklik vahid hüquqi məkanın yaradılması, idarəetmədə çevikliyin təmin olunması və hesabatlılıq prinsipinin gücləndirilməsi baxımından önəmlidir”.

Politoloq vurğuladı ki, idarəetmə mexanizmlərinin mərkəzdən vahid şəkildə koordinasiya olunması institusional səmərəliliyi artıracaq, eyni zamanda regionlarda dövlət nəzarətini gücləndirəcək.

Məmmədov deyib ki, konstitusional dəyişikliklər həm də dövlət-vətəndaş münasibətlərində yeni mərhələ yaradacaq:

“Hədəf yalnız struktur dəyişikliklər deyil. Bu, idarəetmədə şəffaflıq, vətəndaş mərkəzli yanaşma və qərarların çevik icrası ilə müşayiət olunan innovativ modelin tətbiqidir”.

O əlavə edib ki, bu dəyişikliklər dövlətin strateji inkişaf xəritəsinə uyğun həyata keçirilir və uzunmüddətli dövr üçün hüquqi-inzibati sabitlik yaradacaq.

Zaur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu konstitusion islahatlar, Azərbaycanın müasir çağırışlara uyğun idarəetmə sistemini formalaşdırmaq iradəsinin təzahürüdür: “Bu dəyişikliklər dövlətin suveren hüquqi bazasının gücləndirilməsi, milli idarəetmənin təkmilləşdirilməsi və ictimai legitimliyin dərinləşdirilməsi baxımından fundamental əhəmiyyət daşıyır”.

PAYLAŞIN:

Continue Reading

Previous: “Yaşayış minimumu haqqında” Qanun qəbul edildi: sosial yardım məbləği nə qədər artacaq?
Next: “SEPAH Xameneini devirmək istəyir” – “Danışıqlar aparılır”

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.