Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 24
  • Bakının Güney Azərbaycan həssaslığı: savaş davam edərsə…

Bakının Güney Azərbaycan həssaslığı: savaş davam edərsə…

admin 24/06/2025
güney-az

 

Toğrul İsmayıl: “Əgər müharibə daha geniş miqyas alarsa, vəziyyət Azərbaycan üçün daha kritikləşə bilər”

On gündən çoxdur davam edən İsrail-İran arasındakı raket meharibəsinə savaşın 9-cu günündə ABŞ da qoşulmuş oldu. Belə ki, iyunun 22-nə keçən gecə ABŞ hərbi Hava Qüvvələri tərəfindən İranın əsas nüvə mərkəzlərinə – Forda, Natanz və İsfahan daxil olmaqla üç mərkəzinə zərbələr endirilib. Amerika lideri Donald Tramp bildirib ki, İranın uranın zənginləşdirilməsi proqramı tarix olub və indi Tehran sülhə gəlməlidir. Ağ Ev sahibi İranı cavab verməkdən çəkindirib və əks halda, daha ağır nəticələrin olacağı barədə xəbərdarlıq edib.

Ekspertlər İsrail-İran müharibəsi və savaşa ABŞ-ın da real olaraq qoşulmasının bölgədəki vəziyyətə ciddi təsir edəcəyini proqnozlaşdırırlar. Analitiklər hesab edir ki, savaşda olan tərəflərdən biri olan İranın Azərbaycanın qonşusu olması rəsmi Bakını ehtiyyatlı addımlar atmağa vadar edir. Eyni zamanda, bu müharibənin qardaş Türkiyəyə də təsirlərinin olduğu bildirilir.

Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl mövzu ilə bağlı sualları cavablandırarkən bildirib ki, regionda müharibə gedir və həssas dönəm yaşanmaqdadır:

– Bu savaşın təməlində İranın uranın zənginləşdirilməsi proqramı dayanır. İsrail və ABŞ uzun illərdir ki, İranın nüvə proqramının ləğvinə çalışır, İran isə israrla nüvə çalışmaları həyata keçirir, nüvə başlıqları əldə etməyə çalışır. Bununla bağlı İsrail və Amerika Tehrandan tələbləri var. Bu istiqamətda danışıqlar aparılsa da, uğurlu nəticələr əldə olunmadı və ABŞ Prezidenti Donald Tramp birinci dəfəki hakimiyyətinin sonunda İranla razılaşmadan çıxdı. Ondan sonra İran yenidən nüvə çalışmalarını bərpa etmişdi. Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yenidən danışıqlar başlamışdı ki, İsrail İrana hücum etdi. Görünür bu danışıqların nəticə verməyəcəyi proqnozu Vaşinqton və Təl-Əvivdə artmış oldu. İsrailin İrana hücumunda bəhanə etdiyi əsas məsələlərdən biri odur ki, nüvə silahının əldə edilməsinə Tehranın yaxın olmadısır. Əslində isə beynəlxalq hüquq baxımından nə İsrailin, nə də İranın nüvə silahı əldə etməsi mümkündür. Mən burada hansısa dövlətə haqq vermək niyyətində deyiləm və mütəxəssis kimi fikir bildirirəm. Azərbaycan cəmiyyətində belə yanaşma var ki, hansısa tərəf tutulmalıdır və s. Unutmayaq ki, İran ayrı, İsrail ayrı dövlətdir, onların öz maraqları var, bizim isə öz maraqlarımız var. Əsas olan Azərbaycandır, türk dünyasıdır, Türkiyədir. Biz məsələlərə türk mərkəzli baxmalıyıq. Bu elə bir hadisədir ki, biz bunda diqqətli olmalıyıq. Məsələnin arxasında İsrailin hücumu dayanır ki, xronologiyada bu vacibdir. İsrailin bəhanəsi aydındır: İranın nüvə proqramı. Amma unutmaq olmaz ki, bu, İsrailə hansısa ölkəyə hücum etmək, təcavüz etmək hüququ vermir. Hesab edirəm ki, İsrailin addımı təcavüzdür və qınanılmalıdır. Amma biz görürük ki, nə ABŞ, nə də digər Qərb ölkələri hansısa ciddi tədbir görməməkdədirlər. Əksinə, ABŞ müharibəyə qoşulur, İranı bombalayır. Bu isə beynəlxalq hüquqa ziddir.

İndi bəziləri deyə bilər ki, İrandakı molla rejimi Qarabağ məsələsində Azərbaycanın əleyhinə oldu, İsrail Azərbaycana dəstək verdi və s. Məsələ o deyil. İranın Azərbaycan və Türkiyə ilə münasibətlərdə öz maraqları var ki, o ayrı məsələdir. Bu gün Azərbaycanın İsraillə yaxın münasibətləri ola bilər, amma bu o demək deyil ki, bu münasibətlər sabah da eyni müstəvidə olacaq. Bəzən görürük ki, Türkiyə Azərbaycanın dost və müttəfiqidir, amma Türkiyənin İsraillə münasibətləri olduqca fərqlidir. Hər bir döcvlətin öz siyasəti var. Demək istədiyim odur ki, İsrailin hücumu beynəlxalq hüquqa ziddir və dayandırılmalıdır. İsrail faktiki olaraq İranı yer üzündən silməyə çalışır.

– Amma İran da zaman-zaman İsraili yer üzündən silməklə hədələyir…

– Əlbəttə, bu da doğru deyil. Amma bir var söz deyəsən, bir də var hərəkət edəsən. İran bu təhdidləri təbii ki, yolverilməzdir, amma söylənilənlər ayrı, tətbiq isə ayrıdır. İsrail də təhdid edirdi, İran rejimini dağıdacağını, İranı parçalayacağını bəyan edirdi. İsrail bu söylədiklərinin tətbiqinə başladı, məsələ budur. Məsələn, bir insan başqa birinə deyir ki, səni öldürəcəm, yox edəcəm, amma dediyini etmir, buna görə cinayət işi açılmır, sadəcə xəbərdarlıq edilə bilər. Amma biri də var, deyir və öldürür. Bu, cinayətdir. İsrailin etdiyi cinayətdir və qəbuledilməzdir. Dövlətlərarası münasibətlərdə deyə bilərsiniz, amma real həyatda bunu həyata keçirmək tamam başqa məsələdir.

– Nəzərə almaq lazımdır ki, İran ərazisində 40 milyona yaxın soydaşımız yaşayır və burada bizim bir məsuliyyət payımız nə qədərdir və Azərbaycanın burada mövqeyini necə qiymətləndirmək olar?

– Azərbaycan artıq bu prosesdə istəsə də, istəməsə də rol alıb. Məndə olan dəqiq məlumatlara görə Azərbaycan həm diplomatik kanallar vasitəsilə, həm də müxtəlif yollarla İsrailin Güney Azərbaycan türkləri yaşayan bölgələri vurmaması məsələsini gündəmə gətirib. Hesab edirəm ki, bu, ciddi məsələdir. Bəziləri deyir ki, Azərbaycan soydaşlarımıza atəş açılmasına göz yumur, İsraili açıq şəkildə dəstəkləyir. Bu, doğru deyil. Azərbaycan ilk gündən bu məsələdə beynəxalq hüquq çərçivəsində siyasət aparır. Rəsmi Bakı İranın vurulmasını pisləyib, hücumun dayandırılmasını tələb edib və danışıqlarla problemin həllinə çağırıb. Eyni zamanda, Təbrizin və Azərbaycan türklərinin yaşadığı digər bölgələrin vurulmasının dayandırılmasını tələb edib. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın bu məsələyə yanaşması təqdir edilməlidir və beynəlxalq hüquqa uyğundur.

Təbii ki, biz soydaşlarımıza zərər gəlməməsini, onların öldürülməməsini, yaralanmamasını istəyirik. Amma nəzərə almaq lazımdır ki, soydaşlarımızın yaşadığı bölgələr İran dövlətinin ərazisidir və həmin ərazilərdə də hərbi sənaye kompleksləri var. Bu baxımdan, həmin bölgələrin də hədəfdə olması reallığı var.

Başqa bir məsələ də odur ki, əvvəlcə ailənin içi düşünülməlidir. Əlbəttə, Güney Azərbaycandakı soydaşlarımızla bağlı həssas yanaşma var və olmalıdır. Lakin əgər müharibə daha geniş miqyas alarsa, vəziyyət Azərbaycan üçün daha kritikləşə bilər.

– Söhbət hansı kritik durumdan gedir?

– Çox olmasa da, müharibənin geniş miqyas alacağı ehtimalı var, bunu arxaya atmamaq lazımdır. Bu halda qaçqınlar məsələsi gündəmə gələcək ki, bu başqa bir həssaslığı tələb edəcək. Nə qədər soydaşlarımız da olsa, Azərbaycan qaçqın yükünü qəbul edə biləcəkmi? Güneydə yaşayanlar uzun illərdir başqa mühitdə, başqa dəyərlərlə yaşayıblar. Azərbaycanın 30 il ərazində bir milyon qaçqını oldu, amma bu, Azərbaycanın öz içərisindən idi. Güneydən qaçqın düşəcəyi ehtimal edilən insanlar soydaşlarımız olsa da, ayrı bir cəmiyyətin, ayrı mənəvi dəyərlərə malik insanlardırlar. Bu, hansı problemləri yarada bilər, düşünmək lazımdır. Ona görə də, Azərbaycan məsələyə həssaslıqla yanaşmalıdır və hesab edirəm ki, bu həssas yanaşma mövcuddur./ayna.az

PAYLAŞIN:

Continue Reading

Previous: “İran meydanda tək qaldı, müharibəni uduzdu” – Tofiq Zülfüqarov
Next: Sosial müavinətlər və təqaüdlər yenə artırılacaq

OXŞAR MÖVZULAR

irevan-900

Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi

admin 12/05/2026
ilham-eliyev-musahibe

İlham Əliyevdən sərt xəbərdarlıq: Radikallar seçilsələr, lazımi addımlar atılacaq

admin 12/05/2026
solovyov-yeni

Solovyov efirdə yenə sərsəmlədi: Azərbaycana qarşı növbəti hörmətsizlik – VİDEO

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026
  • Moskvadan Cənubi Qafqazla bağlı etiraf: Həyat qədər vacibdir 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.