Aktulainfo.org xatırladır ki, 23.06.2025-ci il tarixdə “Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur” başlıqlı məqalə yaymışdır. Məqalədə Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət satınalmalarında yol verilən bəzi şübhəli məqamlara toxunulmuşdur. Məlumatda adı hallana şirkətlərdən biri, “Bayramlı Group” MMC-nin rəhbərliyi tərəfindən məqalədə göstərilənlərə münanasibət bildirilmişdir.
Qeyd edilir ki, 23.06.2025-ci il tarixdə aktulainfo.org xəbər portalında yayınladığınız Aqrar Xidmətlər Agentliyi haqqında araşdırmada “Bayramlı Group” MMC-nin qalib olduğu tenderlər barədə məlumatlar dərc edilmişdir.
Məlumat olaraq bildirmək istəyirik ki, “Bayramlı Group” MMC şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Şirkət əsasən tibb mərkəzlərində və elmi-tədqiqat institutlarında, xəstəxanalarda, həmçinin molekulyar və hüceyrə biologiyası, genetika, sitogenetika, mikrobiologiya, virusologiya, biotexnologiya, biokimya və s. laboratoriyaların olduğu bütün müəssisələrdə istifadə olunan diaqnostik dəstlərin, reagentlərin, laboratoriya avadanlıqlarının və istehlak materiallarının idxalı və satışı üzrə ixtisaslaşmışdır.
Bu günə kimi şirkət onlarla yerli və beynəlxalq tenderlərin qalibi olmuş, bütün layihələri uğurla icra etmişdir.
Sözügedən tender zamanı şirkətimiz prinsiplərinə uyğun olaraq optimal qiymət və keffiyətli xidmət təklif edərk qalib olmuşdur.
Nəzərinizə çatdırmaq istəyirik ki, bizim hədəfimiz hər zaman dövlət büdcəsinə qənaət etmək və keyfiyyətli uyğun qiyməti təklif etməkdir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən keçrilmiş qalıb olduğumuz bütün tenderlərdə şirkət şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsiplərindən kənara çıxmamışdır.
Aktualinfo.org
