Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 24
  • Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur

Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur

admin 24/06/2025
göynük-med

 

Şəki rayonun Baş Göynük kəndindən redaksiyamıza verilən məlumatdan aydın olur ki, 1950-ci ildə “Qafqaz” kolxozu dövründə kənd camaatının iməciliklə tikib istifadəyə verdiyi kənd klubu 2016-cı ildə naməlum səbəbdən yanmışdır. Yanğının hansı səbəbdən baş verməsi də indiyədək sakinlər üçün müəmmalı olaraq qalmaqdadır. Çünki yanğın baş verən zaman klubda işıq və qaz xətti olmamışdır. Əsas məsələ isə son 9 il ərzində Şəki Mədəniyyət İdarəsinin balansında fəaliyyət göstərən “Mədəniyyət evi” adlanan və ( hazırda “Sənətkarlar evi” kimi) fəaliyyət göstərən 300 kv m sahəsi olan klub binası hələ də təmir edilməmişdir. Doğrudur, hadisəsdən 1 il sonra, yəni 2017-ci ildə Bakıdan gəlmiş və özlərini Mədəniyyət Nazirliyinin işçiləri kimi təqdim edən 4 nəfər rəsmi şəxs yanmış “Mədəniyyət evi”nə baxış keçirmiş və yerli əhaliyə də söz vermişlər ki, biz bu məsləni nazirlikdə qaldıracağıq və tezliklə də sizin “mədəniyyət evi”niz daha gözəl və müasir formada bərpa edilərək yenidən kənd sakinlərinin istifadəsinə veriləcəkdir. Kasıb camaat da MN-nin rəsmi qonaqlarına yaxşıca süfrə açıb sonra yola salmışlar. Aradan 9 il keçsə də hələ də Mədəniyyət Nazirliyindən, ya da Şəki-Zaqatala Regional Mədəniyyət idarəsi rəhbərliyi tərəfindən 10000 əhalisi olan, 4000 illik qədim tarixi kəndin mədəniyyət ocağının bərpası məsləsilə maraqlanmamışlar. Yerli sakinlərin sözlərinə görə, “divarının qalınlığı 70 sm olan bu binanın bərpası üçün o qədər də xərc tələb edilmir. Yerli tikinti materiallarından istifadə etməklə də binanın bərpası mümkündür. Təki, Mədəniyyət Nazirliyi cəmi 20-30 min manat pul vəsaiti ayırsa kifayətdir. Biz özümüz babalarımız kimi bu tarixi binanı yenidən olduğu kimi bərpa edə bilərik”.

Biz Baş Göynük kəndinin son 300 illik tarixinə nəzər yetirdikdə məlum olur ki, burada yaşayan insanlar heç bir qorxu-hürkü bilməyən, cəsarətli , mübariz və çox mərd olublar.  Belə ki, 1734-cü ildə Şəki-Qax yolunun 21-ci km-də yerləşən Biləcik kəndi yaxınlığında fəaliyyət göstərən Nadir şahin 100 nəfərdən ibarət töycü yığan dəstəsinin yerli sakinlərə qarşı tətbiq etdikləri zülmlərə qarşı üsyan qaldıraraq bir gecədə onların hamısını fiziki olaraq məhv etmişlər. 1807-ci ildə Baş Göynük kəndinə rəhbərlik edən sərkərdə Sultan Murad yüzbaşı 2 il Çar Rusiyası İmperiyası Şəki xanlığına təyin etdiyi Cəfərqulu xana itaət etməkdən imtina etmişlər. Xanın ilisudan götürdüyü 1100 nəfərlik suvari dəstəsi və mobil toplardan ibarət dəstəsi üsyançıların üsyanını 3 gün döyüşdən sonra yatırmışlar. 1930-cu ilin aprelin 13-də Sovet İmperiyasınn zonadakı ( Balakəndən Ağdaş-Qəbələyədək) hakimiyyətini devirmiş yeni hökumət formalaşdırmışlar. Tarixə “Şəki üsyanı” kimi daxil olmuş bu üsyanı da Stalinin göstərişi əsasında amanzızlıqla yatırmışlar.

Budur, bu gün fakt bundan ibarətdir ki, İran, Çar Rusiyası və Sovet İmperiyalarına qarşı təkbaşına mübarizə aparmış Baş Göynük kənd sakinləri adicə bir “mədəniyyət evi”ndən məhrum edilmişdir. Bu sadəcə Mədəniyyət Nazirliyi rəhbərliyinin yerli sakinlərə qarşı sərgilədiyi hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir. Bəli, biz redaksiya olaraq dəflərlə Şəki Mədəniyyət İdarəsində istər satınalmalarla bağlı, istər təmir-tikinti işlərinə ayrılan vəsaitlərin necə xərclənməsilə bağlı silsilə araşdırma məqalələr yazmışıq. Xatırladaq ki, MN-yi dövlət büdcəsindən ona ayrılan illik vəsaitin təxminən 20 milyon manatı da Şəki Regional Mədəniyyət İdarəsinə ayırır. Bəs bu vəsaitdən heç olmasa ilkin olaraq region müdiri 20 000 manat da Baş Göynük kəndində fəaliyyət göstərən “Sənətkarlar evi” nin binasının təmirinə ayıra bilməzmi? Bilər. Təbii ki, əgər maraq olsa. Bəs bu pulların əsas hissəsi hara xərclənir? Şəki və digər rayon mərkəzlərində yerləşən musiqi məktəblərinin hər il təkrar təkrar təmir işlərinə.

Qeyd edək ki, müəyyən vaxtlarda ölkəmizin hər yerində olduğu kimi Baş Göynük kəndində də prezident, deputat, bələdiyyə seçkiləri keçirilir. Məlum olduğu kimi bu seçkilərdə namizədlər təbliğat-təşviqat kompaniyalarını müəyyən klublarda, mədənəyyət evlərində keçiririlər. Bu əvvəllər Baş Göynük kəndində də belə olub. Lakin son 9 ildir, istər prezident seçkiləri, istərsə də deputat seçkilərində hava şəraitindən asılı olmayaraq təbliğat kompaniyalarını kəndin küçələrində keçirirlər. Bütün bunlar rayon İcra Hakimiyyəti rəsmilərininin, rayon ictimaiyyətinin gözləri qarşısında olur. Lakin təəssüflər olsun nə rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi bu problemin aradan qalxmasına səy göstərmir.

 

Aktualinfo.org

Məqaləyə dair fotomateriallar:

 

PAYLAŞIN:

Continue Reading

Previous: İrana zərbələrin 3-cü hədəfi başladı: elə obyektlər vurulur ki…
Next: Hörmüz boğazının bağlanması iqtisadiyyata necə təsir edə bilər? – ŞƏRH

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.