Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanda dövlət çevrilişi ilə bağlı bəyanatlarına reaksiya verib.
O, bunu “ölkənin daxili işi” adlandırıb.
“Paşinyan Ermənistanda dövlət çevrilişi cəhdinin qarşısının alınması ilə bağlı bəyanatı İrəvanın daxili işidir. Moskva İrəvanda qanunların qorunmasında və Ermənistanın firavan, Rusiya ilə dost ölkə olmasında maraqlıdır”, – Peskov vurğulayıb.
