Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 25
  • “İran zəifləyib, münasibətlər dəyişəcək” – Politoloqdan post-müharibə təhlili

“İran zəifləyib, münasibətlər dəyişəcək” – Politoloqdan post-müharibə təhlili

admin 25/06/2025
ferhad-polit1

 

Politoloq Fərhad Məmmədov hesab edir ki, İsrail və İran arasında baş verən müharibənin atəşkəslə nəticələnməsi formal olaraq münaqişənin sonu sayılsa da, əslində bu, olduqca qeyri-adi bir sonluqdur. Onun sözlərinə görə, tərəflər arasında heç bir sənəd imzalanmayıb, BMT Təhlükəsizlik Şurası səviyyəsində qərar qəbul edilməyib, diplomatik razılaşmalar hüquqi status qazanmadan, sadəcə şifahi atəşkəslə yekunlaşıb.

“Bu, beynəlxalq hüquq çərçivəsindən kənarda baş vermiş bir müharibədir. İran hələ də İsraili dövlət kimi tanımır, İsrail isə İranın nüvə proqramından imtinasına dair heç bir öhdəlik ala bilmədi. Beləliklə, biz yalnız müvəqqəti dayandırılmış bir münaqişənin şahidiyik,” – deyə F.Məmmədov bildirib.

Onun sözlərinə görə, ABŞ bu müharibədən maksimum strateji fayda əldə etməyə çalışıb. Zərbələr əsasən üç istiqamətdə olub:

1.İranın regional siyasəti və “müqavimət oxu”nun (Hizbullah, Husilər, Suriya rejimi və s.) zəiflədilməsi;

2.Nüvə proqramının infrastrukturu və kadr potensialına zərbə;

3.Ballistik raket proqramının məhdudlaşdırılması.

“Bu hədəflərə tam nail olunmasa da, ciddi ziyan vurulub. ABŞ bu fürsət pəncərəsindən maksimum istifadə etdi,” – deyə o, əlavə edib.

Fərhad Məmmədov bildirir ki, bu müharibə Cənubi Qafqaz üçün də təhlükə mənbəyi idi. Regionda radioloji risklər, İran daxilində sabitliyin pozulması və müəyyən döyüş elementlərinin bölgəyə keçməsi ehtimalı real idi. Lakin atəşkəs bu təhlükəni müəyyən qədər neytrallaşdırıb.

“İran, son iki ildə savaşdan zəifləyərək çıxan ikinci qonşu dövlətdir. Bundan sonra baş verəcək proseslər İranın seçəcəyi siyasi kursdan asılı olacaq – ya yaralarını sağaldaraq konstruktiv yol tutacaq, ya da ‘yaralı vəhşi’ kimi davranacaq.” -– deyə o, qeyd edib.

Politoloq hesab edir ki, İranın gələcək davranışı konstruktiv bəyanatlarla aqressiv ritorikanın qarışığından ibarət olacaq. Lakin istənilən halda İranın hərbi infrastrukturu və xalqın psixoloji sabitliyi zədələnib: “İran xalqı artıq illərlə formalaşdırılmış ‘təhlükəsizlik illüziyası’nı itirib. Hakimiyyətlə xalq arasında olan yazılmamış ictimai müqavilə pozulub. Bu, gələcək etirazların başlanğıcı ola bilər.”

Fərhad Məmmədovun fikrincə, İran–Azərbaycan münasibətləri də yeni mərhələyə qədəm qoyacaq:“Azərbaycanın ərazisi və hava məkanı bu müharibədə İrana qarşı istifadə olunmadı. Tehran bu qədərini kifayət hesab etməlidir. İran Azərbaycandan necə ehtiyatlı siyasət gördüsə, eyni münasibəti gözləməlidir.”

O əlavə edib ki, əgər İran hakimiyyəti daha konstruktiv davranmaq qərarı versə, bu həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Araz koridoru (Azərbaycan–Naxçıvan bağlantısı) layihələrinin irəliləməsinə səbəb ola bilər: “İran iqtisadiyyatı ciddi ziyan görüb və bu səbəbdən Tehranın xarici sərmayələrə, regional iqtisadi layihələrə daha açıq yanaşacağı gözləniləndir. Azərbaycan isə bu sahədə hər zaman əməkdaşlığa hazırdır.” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq – MƏBLƏĞLƏR
Next: Ölüm xəbəri yayılan İsmayıl Qaani Tehranda üzə çıxdı – Video

OXŞAR MÖVZULAR

kerki-nax

Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü…

admin 18/05/2026
ferhad-polit1

Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək

admin 14/05/2026
solovyov-nov

Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama

admin 13/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.