Penitensiar Xidmətin növbəti uğuru –Hüquq elmində yenilik–18.06.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsinə dair normativ hüquqi sənədlər Toplusu” kitabının təqdimatı keçirilib.
Bu barədə Aktualinfo.org-a cəzaçəkmə müəsisiəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Azərbaycanda ilk dəfə 9 saylı cəzçəkmə müəssisəsində cəza çəkən ali təhsili olmayan bir məhkum Rauf Rauf oğlu Rəhimov hüquq elmində yeniliyə imza atmışdır. Belə ki, bu günə kimi məhkumlar öz hüquq və vəzifələrini müdafiə etmək üçün bir sıra qanunvericilikləri əldə etmək məcburiyyətində idilər. Yəni cəza çəkən bir məhkum öz hüquqlarından istifadə etməsi üçün müəyyən çətinliklərlə üzləşirdi. Məhkumlar artıq bu kitab vasitəsi ilə cinayət məcəlləsini, cinayət prosessual məcəlləsini, cəzaların icrası məcəlləsini, ailə məcəlləsinin, əfv etmə haqqında əsasnaməni, əmək pensiyaları haqqında AR qanununu, icra haqqında AR qanununu, dövlət rüsumu haqqında AR qanununu və sair qanunları əldə edə bilərlər.
Rauf Rəhimovun qanunlar toplusu adlı kitabında yuxarıda qeyd olunan bütün qanunlar öz əksini tapmışdır. Bu kitabı əldə etməklə məhkumlar həm cinayət, həm də mülki işləri barədə öz hüquqlarını asanlıqla öyrənəcəklər.
Məhkum Rauf Rəhimov kitabın 2-ci səhifəsində dəstəyini əsirgəməyən və təhsilə olan marağının həyata keçirilməsində əməyi olan aşağıda adları qeyd olunan ziyalılara öz dərin minnətdarlığını bildirmişdir.
Məhkum Rauf Rəhimov kitabın 2-ci səhifəsində dəstəyini əsirgəməyən və təhsilə olan marağının həyata keçirilməsində əməyi olan aşağıda adları qeyd olunan ziyalılara öz dərin minnətdarlığını bildirmişdir.
Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Mirsaleh Seyidov – Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi
Sərvər Süleymanlı – Bakı Dövlət Universitetinin dosenti
Tahir Xudiyev – Beynəlxalq Əlillər Cəmiyyətinin sədri
Hüseyn Əlixanov – Beynəlxalq Əlillər Cəmiyyətinin İdarə heyətinin üzvü
Elçin Şıxlı – Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bəhruz Quliyev – “Səs” media qrupunun rəhbəri
Bu kitabı əldə etmək istəyən şəxslər aşağıdakı E-mail adresinə müraciət edə bilər
E-mail: rauf.rehimov.rauf.89@gmail.com




