Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 26
  • Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş…

Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş…

admin 26/06/2025
emin-şehriyar

 

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin son bir neçə aydır qəribə hadisələr baş verir. Mart ayında məlumat yayıldı ki. sözügedən kollecin direktoru Şəhriyar Laçınov döyülüb. Hadisədən sonra döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib: “Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır”, – deyə o bildirib.

Daha sonra kollecin tarix müəllimi Qələndər Muxtarlı sosial şəbəkələrdə müəyyən iddialarla çıxış edib. Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci “cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə” çevirib. Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib.  Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q. Muxtarlı həmçinin qeyd edib ki, direktorun bu cür məsələlərə deyil, kollecin ərazisində olan maşın təmiri sexlərindən, icarəyə verdiyi kollecin idman zalından, kollecin bufetinin arendasını 1000 manata qaldırmaqdan başı açılmadığı üçün kollecdə belə bir mənzərə yarandı. Necə olur ki, yuxarıda sadaladığım məsələlər həmən həllini tapdı, amma Kollecin əsas vəzifəsi olan məsələlər təhsil, imtahan kimi həyati əhəmiyyətli məsələlər öz həllini tapmadı? Bu qədər kəsir yarandı? Ən maraqlısı da odur ki pedaqoji heyətə bu biabırçılığı uğur kimi təqdim edə biləsən.

Bu məlumatlardan da göründüyü kimi Sosial İqtisadi Kollecin idarəetməsində müəyyən problemlər var. Qeyd edək ki, Kollecin direktoru Şəhriyar Laçınov bu vəzifəyə ötən ilin iyulunda təyin olunub. Yəni, təyinatının heç bir ili tamam olmayıb. “Yüksəliş” müsabiqəsinin finalçısı olub və oradan da Sosial İqtisadi Kollecin direktoru təyin edilib.  Qeyd edək ki, “Yüksəliş” çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən müsabiqədir.

Qeyd edək ki, döyülməsindən, kollecdə yaratdığı qeyri-sağlam mühitdən fərqli olaraq Aktualinfo.org-a Şəhriyar Laçınovun dövlət vəsaitini mənimsəməsi ilə bağlı yeni məlumatlar daxil olub.

Məlumatda qeyd edilir ki, UNEC nəzdində Sosial-İqtisadi Kollecinə direktor təyin olunan, hələ direktor kimi fəaliyyətinin bir ili tamam olmayan Şəhriyar Laçınov ilk aylardan büdcə vəsaitlərini müxtəlif yollarla talamağa başlayıb.

Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin “aparıcı ali təhsil müəsissələrinin ikili diplom proqramlarının məzunu kimi xaricdə təhsil almış”, “uğurlu əmək fəaliyyəti ilə diqqəti cəlb edən”, cavan 33 yaşlı direktoru Şəhriyar Laçınov vəzifəyə 2024-cü ildə iyul ayında başlayıb. Artıq avqust ayı üçün özünə maaşdan əlavə mükafat olaraq 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat, digər əməkdaşların adına avqust ayı üçün mükafat kimi yazıb mənimsədiyi pulun ümumi məbləği 4986 manat edib. Sentyabr ayında isə mükafatlandırma adı ilə 1264 manat özünə, 812 sürücüsünə, ümumilikdə 4326 manat yazaraq mənimsəyib. Oktyabr- noyabr aylarında isə bu mükafatlandırmanın məbləği 4326.00, manat təşkil edib. Dekabrdə isə gənc kadr dövlətin 3926.00 manat vəsaitini mükafat adı altında mənimsəyib. Direktor işə başlayandan dekabra qədər mənimsədiyi pulun məbləği olub 21 890 manatdır. Məlumatda həmçinin qeyd edilir ki, əməkdaşların adlarına yazılan pullar qəpiyinə qədər direktorun kartına ödənilib.

İndi gəlin görək qanunla işçilər hansı hallarda mükafatlandırıla bilər. AR Əmək Məcəlləsinin 157.6 maddəsinə əsasən: Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. İşçilərə müəssisə tərəfindən verilən mükafatlar 2 cür ola bilər:

  • Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar (stimullaşdırıcı xarakter daşıyan)
  • Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar. Müəssisənin rəhbərliyinin qərarı əsasında birdəfəlik mükafatlar-hədiyyələr (sosial xarakter daşıyan).

Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar.

AR Əmək Məcəlləsinin 157.2-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər.

Belə olduqda, müəssisədə təyin edilən mükafatlandırma sistemi əvvəlcədən müəyyən edilmiş göstəricilər və şərtlər əsasında müəyyən şəxslərə mükafatların verilməsini nəzərdə tutmalıdır.

Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar.

AR Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilə bilər.

Bundan başqa, işəgötürən bayramlarda, işçilərin ad günlərində və s. hallarda işçilərə pul şəklində mükafatlar, və ya qiymətli əşyalar hədiyyə edə bilər. Birdəfəlik mükafatların kimə, hansı məbləğdə və hansı formada verilməsi müəssisə rəhbərinin əmri ilə təsdiq edilir. Əmrdə işçinin müəssisənin işində tövhəsi barədə, işçinin işlədiyi bölmənin nəticələri, müəssisənin nəticələri barədə qeyd edilir. İşçilər əmək müqaviləsində qeyd edilən müəyyən göstəricilər və şərtlər əsasında təyin edilmiş mükafatları işəgötürəndən tələb edə bilərlər. İşəgötürən isə bu mükafatları ödəməyə borludur Əmək müqaviləsində qeyd edilməyən birdəfəlik mükafatlar isə işəgötürənin qərarı əsasında təyin edilir və verilir. Və işçi bu cür mükafatları işəgğtürəndən tələb edə bilməz.

Bundan əlavə Nazirlər Kabinetinin 22 dekabr 2020-ci il tarixli 505 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. Həmin qaydaya əsasən işçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:  işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi; qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
Buradan Elm və təhsil naziri Emin Əmrullayevə sual ünvanlayırıq. 2024-cü ilin iyul ayının 5 də Sosial-İqtisadi Kollecinə direktor təyin olunan Şəhriyar Laçınov Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydada tələb edildiyi kimi hansı səmərələşdirici təkliflər verib ki, nə kimi təşəbbüskarlıq göstərib ki, işdə nə kimi yeni forma və metodlar tətbiq edib ki, avqust ayında özünə 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat mükafat yazıb?
Hesab edirik ki, aidiyyatı qurumların, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Hesablama Palatasının  UNEC nəzdində Sosial-İqtisadi Kollecin fəaliyini təcili yoxlamaladırlar. Yoxsa, islahatçı nazir Emin Əmrullayevin gənc, “Yüksəliş” müsabiqəsinin finalçısı olan kadrı Sosial-İqtisadi Kollecində daha böyük qanun pozuntularına yol verəcək.
Qeyd edək ki, Emin Əmrullayevin gənc kadrı Şəhriyar Laçınov Sosial-İqtisadi Kollecində döyüləndə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev mediaya baş vermiş hadisə ilə bağlı mediaya açıqlama vermişdi ki, “18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır.”
Buyursun Pərviz Əliyev bir açıqlama da indi versin görək, Sosial-İqtisadi Kollecində direktorun mükafatlandırma adı altında büdcə vəsaitlərini mənimsəməsi nə dərəcədə etik bir prinsip və nə dərəcədə qanunauyğun bir haldır?
Aktualinfo.org

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir (FOTO)
Next: “Region Mühəndislik” MMC haqqında yayılanlara münasibət bildirdi – Müqaviləsiz işçi çalışdırmır

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026
  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.