Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 27
  • İranın İrəvan səfirindən düşmən kimi açıqlamalar, böhtanlar – Sübhani niyə erməniçilik edir?

İranın İrəvan səfirindən düşmən kimi açıqlamalar, böhtanlar – Sübhani niyə erməniçilik edir?

admin 27/06/2025
834d740f-68c7-4019-b5ab-6bbc7650fe1b (1)

 

 

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iyunun 27-də verdiyi açıqlamalar İran-Azərbaycan münasibətlərinə yeni kölgə salıb. Ermənistanın ərazi bütövlüyünü qorumaq adı altında səsləndirilən bəyanatlar, əslində bir çox hallarda Azərbaycana yönəlmiş siyasi mesajlar və ittihamlarla doludur.

Sübhaninin bu dəfəki mətbuat konfransı da əvvəlkilərdən fərqli olmayaraq, açıq-aşkar erməni tərəfinin mövqeyini müdafiə edən və Azərbaycanı ittiham edən ritorika ilə yadda qalıb.

Səfir bəyan edib ki, dünya artıq başa düşüb: İranla təhdid dili ilə danışmaq olmaz.

“Biz ölməyə hazırıq, lakin bizimlə təhdid və güc dili ilə danışanlara dözməyəcəyik. Biz təcavüzkarı hücumları dayandırmağa məcbur etdik və İran xalqının iradəsini diktə etməyə davam etməyə hazırıq”, – deyə o bildirib.

Bu çıxışın fonunda Sübhaninin İran ərazisinə guya Azərbaycanın ərazisindən pilotsuz uçan aparatların daxil olması barədə kəşfiyyat məlumatlarına istinadla irəli sürdüyü iddialar ciddi narahatlıq doğurur.

“Qonşu ölkələrdən İran ərazisinə az sayda PUA-ların daxil olması barədə məlumat aldıq. Buna görə də İran və Azərbaycan prezidentləri arasında keçirilən telefon danışığında prezidentimiz cənab Əliyevdən bu məsələ ilə bağlı ciddi araşdırma aparmağı xahiş etdi. Biz həmin araşdırmanın nəticəsini gözləyəcəyik,” – deyə o bildirib.

Azərbaycan tərəfinin bu iddiaları araşdıracağına dair rəsmi mövqeyi olsa da, Sübhaninin davam edən təkidli şübhələri və “sionist rejimin Azərbaycanın ərazisindən istifadə etmiş ola biləcəyi” ilə bağlı sözləri birbaşa diplomatik etiketə ziddir.

Səfir deyir ki: “Azərbaycan bizi əmin edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Lakin biz sionist rejimi yaxşı tanıyırıq – onlar heç bir qanuna əməl etmirlər, fürsətdən istifadə ediblər”.

Bu açıqlamalar, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı etimadsızlıq ifadəsidir. Halbuki Azərbaycan, həm regionda sülhə, həm də İranla mehriban qonşuluğa sadiqliyini bütün rəsmi mövqelərində və əməli fəaliyyətində nümayiş etdirir.

Ən narahatedici məqamlardan biri isə budur ki, Mehdi Sübhaninin çıxışları getdikcə daha çox bir İran diplomatının deyil, Ermənistan tərəfdarı olan bir millətçi təbliğatçının ritorikasına çevrilir. Onun illərdir davam edən açıqlamaları və davranışları Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanır və sual doğurur: Sübhaninin məqsədi regionda barışa xidmət etməkdirmi, yoxsa Azərbaycan-İran münasibətlərini qəsdən zədələmək?

Unudulmamalıdır ki, Azərbaycan dövləti İranla dostluq və mehriban qonşuluq münasibətlərinə daim hörmətlə yanaşıb. İranın ərazisinə yönəlmiş heç bir təhdidin və ya platformanın Azərbaycan torpağından qaynaqlanmasına yol verilməyib və verilməyəcək – bu rəsmi mövqedir.

İRAN MUNAS.jpg (61 KB)

Lakin belə bir geosiyasi gərginlik fonunda İranın Ermənistandakı səfirinin ardıcıl olaraq Azərbaycana qarşı düşmən ritorikası nümayiş etdirməsi, İran diplomatiyasının neytrallıq prinsiplərinə ziddir və ikitərəfli münasibətlərə zərər vurur.

Müşahidəçilərin fikrincə, bu çıxışlar Ermənistan daxilindəki daxili siyasi oyunlara İranın dolayı müdaxiləsini xatırladır, çünki hazırda Paşinyan hökuməti ilə erməni kilsəsi və Rusiyapərəst dairələr arasında gərginlik yaşanır. İran səfirinin tam da bu gərginlik fonunda Ermənistana siyasi dayaq olması, geosiyasi tərəfkeşlik siqnallarını gücləndirir.

Nəticə olaraq, Azərbaycanın səbrini yoxlamaq, onun prinsipial və konstruktiv mövqeyinə qarşı ittihamlar irəli sürmək, nə regiona sülh gətirər, nə də İranın diplomatik reputasiyasına fayda verər.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ-dən İrana 300 milyardlığ yardım təklifi…- Yalnız bir şərt var
Next: İstifadə olunmayan anbar niyə Ordu Günündə partladı?

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.