Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 28
  • “Yekaterinburqda baş verənlar təsadüfi deyil” – “Putin bu hadisənin üzərindən sükutla keçərsə…”

“Yekaterinburqda baş verənlar təsadüfi deyil” – “Putin bu hadisənin üzərindən sükutla keçərsə…”

admin 28/06/2025
bc498796-c274-4dc3-9aef-8ed0af4d1c59

 

Politoloq Elxan Şahinoğlu Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə faktlarını şərh edərək bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı araşdırma aparılması üçün konkret təlimat verməzsə, bu, baş verənlərin sadəcə “yerli polisin özfəaliyyəti” olmadığını, əksinə, daha geniş və sistematik anti-Azərbaycan siyasətinin tərkib hissəsi olduğunu göstərir.

“Əgər Putin bu hadisənin üzərindən sükutla keçərsə, bu, Kremlin nə sözlə, nə də əməldə Azərbaycanı tərəfdaş saymadığını sübut edəcək,” – deyə politoloq vurğulayıb.

O, xatırladıb ki, daha əvvəl Rusiyanın hava məkanında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı da ciddi araşdırma aparılmadı və məsələ ört-basdır edildi: “Əgər eyni münasibət Yekaterinburqda baş verənlərlə bağlı da sərgilənərsə, bu, artıq təsadüf yox, məqsədyönlü yanaşmadır”.

Elxan Şahinoğlunun fikrincə, Moskvanın son aylarda Azərbaycana qarşı sərgilədiyi münasibət – o cümlədən “Rus evi”nin bağlanması və “Sputnik” agentliyinin fəaliyyətinə qoyulan məhdudiyyətlərə qarşı təzyiq vasitəsi kimi bu cür təxribatlar həyata keçirilir: “Bu hadisələr Azərbaycanın suveren qərarlarına qarşı təzyiq və qisas kimi ortaya çıxır”.

Politoloq qeyd edib ki, belə bir kontekstdə Rusiya hələ də Xankəndidə konsulluq açmağa cəhd göstərir: “Bu isə açıq-aşkar ikili standartdır – bir tərəfdən ölkəmizə təzyiqlər edilir, digər tərəfdən isə əməkdaşlıq görüntüsü yaradılır”.

Şahinoğlu xəbərdarlıq edib ki, Yekaterinburqda baş verən hadisə tək hal deyil və bu cür zorakılıqlar Rusiyanın digər şəhərlərində də təkrarlana bilər: “Azərbaycan hökuməti bu faktlarla bağlı dərhal və ciddi təhqiqat aparılmasını Rusiya dövlətindən tələb etməli, nəticələrin isə ictimaiyyətə açıqlanmasını israrla tələb etməlidir”.

O, baş verən hadisənin daha təhlükəli bir məqamına da diqqət çəkib. Belə ki, Yekaterinburqda azərbaycanlı ailənin evinə hücum edən maskalı şəxslər həmin ailəni Ukrayna ilə müharibədə iştirak etməyə məcbur etmək məqsədilə müəyyən sənədlərə qol çəkdirməyə çalışıblar: “Bu, artıq sadəcə işgəncə yox, zorla müharibəyə göndərilmə cəhdidir”.

Politoloq bildirib ki, bu üsul son illərdə Rusiya hakimiyyətinin qeyri-rus millətlərə qarşı tətbiq etdiyi yeni repressiv praktikanın tərkib hissəsidir: “Ruslar öz vətəndaşlarını müharibəyə getməyə razı salmağa çalışır, digər xalqların nümayəndələrini isə məcbur edirlər. Çünki ölümə birinci onlar göndərilir”.

Sonda Elxan Şahinoğlu vurğulayıb ki, artıq Rusiyada azərbaycanlıların və digər azsaylı xalqların nümayəndələrinin yaşaması və işləməsi təhlükəli həddə çatıb: “Əgər bir ölkənin prezidenti ‘harada Rusiya əsgəri varsa, ora elə Rusiyadır’ deyirsə, həmin ölkənin polisi də işgəncə verəcək, günahsız insanı da öldürəcək”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanladı
Next: Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.