Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 30
  • Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

admin 30/06/2025
balaken-rn

 

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Məlum olduğu kimi, on gün əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və  birinci müavini də daxil rayonun bir neçə vəzifəli şəxsi DTX-nın keçirdiyi əməliyyatla saxlanıldı. Və bir gün sonra barələrində həbs qətiimkan tədbiri seçildi. İlkin açıqlamaya görə o, qulluq mövqeyindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur…

Bu arada mediada son illərdə Qax rayonunda keçirilən tenderlərə diqqət çəkildi. Məlum oldu ki, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçən bu şirkət indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalmasının qalibi olub. Çox güman ki, istintaq prosesində bu fakt diqqətdən kənarda qalmayacaq…

***

Yazıya bu faktlarla girişimiz təsadüf deyil. Təəssüf ki, bu və bunaqədərki olaylara baxmayaraq hələ də, əksər dövlət qurumlarının satınalmalarından müəyyən suallar boylanır. Qax rayonuna qonşu sayıla biləcək Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində olduğu kimi…

Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 20.06.2025-ci il tarixdə Nümayəndəlik “KM SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə  müqavilə bağlayıb. Bu müqavilə ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Balakən şəhərində aparılacaq abadlıq və təmir işləri üçün mal-materialların alınması qarışılığında “KM SERVİCES” MMC-nə 85.059 manat ödəməli olacaq.

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, balakənli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir…

Əvvəla, nə karədisrə Balakən rayon mərkəzinin abadlaşması adı ilə keçirilən tenderlər az qala ədədi silsilə şəkilini alsın. Ötən illərdə şəhər yollarının, binaların təmiri adı ilə müxtəlif, həm də az sayılmayacaq məbləğlə tenderlər keçirilib, dövlətin puluna xəsislik edilməyib(?)

Bu əməkdaşlıqda diqqət çəkən vacib faktor Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin dövlət vəsaitini etbar etdiyi “KM SERVİCES” MMC ilə bağlıdır. Heç də az məbləğ olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması və s. kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “KM SERVİCES”MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Telman Bayramov dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Telman Bayramovun bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.

Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”…  

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

***

İnternet üzərindən apardığımız araşdırmalarla “KM SERVİCES” MMC ilə bağlı maraqlı məlumatlar əldə edə bildik. Bu istiqamətdə xüsusi ilə diqqət çəkən faktor isə şirkətin “hərşeyşünas” adlandırılması ilə bağlıdır…Şirkətin adı tikinti materiallarının alınması, yol çəkilişi və elektrik malları ilə təminat kimi ən müxtəlif işlərdən keçir.

Bu şirkətin nə zaman, hansı ünvanda təsis edilməyi ilə bağlı məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir. Amma onun da haqqında geniş məlumat yoxdur.

Sözügedən şirkət vaxtı ilə 3 gündə iki tender udub. Onlardan biri Mingəçevir Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə bağlanmış satınalma müqaviləsidir. Həmin müqaviləyə əsasən MMC MKTB üçün 2024-cü ildə mal-materialların satınalınmasını qarışılığında şirkətə 215.266,37 manat ödənilib.
Amma şirkət ölkənin bu başında satınalma işlərini həyata keçirdiyi bir vaxtda, ölkənin o biri başında, yəni Naxçıvanda yol çəkməyi üzərinə götürüb. “Culfa” Yol-Təmir İstismar MMC ilə bağlanılmış satınalma müqaviləsinə də tikinti mal-materialları… Tərəflər arasında 254.181,01 manatlıq müqavilə bağlanıb.
Lakin “KM SERVİCES” təkcə yol çəkib, tikinti materialları almaqla kifayətlənmir. O, həmçinin elektrik malları bazarında da “gücünü” sınayıb. Şirkətin “Bakı Metropoliteni” ilə bağladığı müqavilədən də bu aydın görünür. Məsələ belədir ki, “KM SERVİCES” MMC metropoliten üçün elektrik mühərrikləri üçün sarğı materialların satın alınmasını reallaşdırıb. Bu zaman şirkətə 133 008.96 manat ödənilib.

***

Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də “KM SERVİCES” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.

Qeyd etdiyimiz kimi, “KM SERVİCES” MMC-nin heç bir əlaqə vasitəsinə rast gəlmədiyimizdən bu istəyimiz alınmadı…

Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab Telman Bayramova isə 7 sualdan ibarət online sorğu ünvanladıq…Telman müəllimin müavini, həm də tender komissiyasının sədri İlham Kaltayevlə də telefonla danışdıq. Nəhayət sörğumuza “cavab” aldıq.

“Cavab” sözünü səbəbsiz dırnaqda yazmadıq. Günlər sonra Telman Bayramovun imzası ilə redaksiyamıza daxil olan məktubda 7 sualımızdan heç birinə cavab yer almır. Sadəcə “Dövlər satınalmaları haqqında” qanunun müəyyən maddələri xatırlanır…

***

Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.

Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması…

Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması…

***

Cənab Telman Bayramova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi kiminsə şəxsi fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…

Sonda onu da xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir. /yenixeber.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Next: Rusiya və Çin İranı ortalıqda tək qoyur – “Hər ikisi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir”

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.