Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Bakı – Moskva münasibətlərində yeni mərhələ – “Bu, soyuq sülh rejimi kimi dəyərləndirilə bilər”

Bakı – Moskva münasibətlərində yeni mərhələ – “Bu, soyuq sülh rejimi kimi dəyərləndirilə bilər”

admin 07/07/2025
tofiq-zulfuqarov

 

Azərbaycanla Rusiya arasında 2024-cü ilin sonlarından etibarən yaşanan gərginlik artıq emosional ritorikanın pik həddini geridə qoyub.

Bu mərhələ sadəcə iki ölkə arasında siyasi münasibətlərin dəyişməsi deyil, eyni zamanda Azərbaycanın post-sovet strateji xəttindən kənara çıxması, Rusiya isə bu yeni reallığı qəbul etmək istəmədiyi üçün öz reflekslərinə qapanması kimi qiymətləndirilir. Artıq münasibətlərdə əsas xətt “hansı şərtlərlə əməkdaşlıq mümkündür” sualına cavab tapmaqdan keçir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə şərhində bildirir ki, baş verənlər əslində Rusiya xalqı və mədəniyyəti ilə deyil, Kremlin siyasi elitası və imperiya ideologiyasının daşıyıcıları ilə toqquşmadır. Onun fikrincə, bu qarşıdurma artıq emosional və şəxsi deyil, soyuq və rasional siyasi müstəviyə keçib.

Zülfüqarov hesab edir ki, yaxın aylarda barışıq və ya “üzrxahlıq jestləri” gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, bu, iki şəxs arasında münasibət deyil ki, biri üzr istəsin, digəri qəbul etsin. Əksinə, məsələ tədricən gündəmin alt sıralarına keçəcək və digər beynəlxalq proseslər fonunda arxa plana çəkiləcək.

Bununla belə, o vurğulayır ki, hər iki tərəf yaşananlardan dərs çıxarıb və bu təcrübə gələcək münasibətlərə təsirsiz ötüşməyəcək:

Bakı – Moskvanı açıq şəkildə seçim qarşısında qoydu: ya qarşılıqlı hörmət, ya da diplomatik məsafə.

Moskva – imperiyaya xas dominantlıq cəhdlərinə üstünlük verərək strateji tərəfdaşlıqdan belə imtina etməyə hazır olduğunu göstərdi.

T.Zülfüqarov qeyd edir ki, hər iki ölkə eyni zamanda açıq qarşıdurmanın dərinləşməsinin onların maraqlarına zidd olduğunu da anlayır. Bu səbəbdən diplomatik əlaqələr protokollarla məhdudlaşdırılacaq, xüsusi xidmət orqanları isə qarşılıqlı şəkildə “agentura təsir dairələrini” sıfırlamağa çalışacaqlar.

Tofiq Zülfüqarovun proqnozuna görə, Azərbaycan-Rusiya münasibətlərində bizi bir neçə aylıq soyuma dövrü gözləyir. Bu mərhələ soyuq müharibə deyil, amma soyuq sülh rejimi kimi dəyərləndirilə bilər. Əgər qarşılıqlı ritorika neytrallaşdırılsa və ehtiyatlı yanaşma qorunsa, münasibətlərin “yenidən yüklənməsi” mümkündür.

Keçmiş nazir vurğulayıb ki, bu, günlərlə ölçülən bir məsələ deyil – söhbət aylar çəkəcək strateji pauzadan gedir. Bu müddətdə tərəflər bir-birinin yeni geosiyasi prioritetlərini qiymətləndirmək və uyğun mövqe formalaşdırmaq imkanına malik olacaqlar.

PAYLAŞIN:

Continue Reading

Previous: Putin niyə Bakıya məhz Kurenkovu göndərir?
Next: Kremldən Bakıya müraciətdə qıcıqlandırıcı detal: “Ədalətli araşdırma”…

OXŞAR MÖVZULAR

dövlət rəsmiler

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar

admin 10/05/2026
makron-qacir (1)

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb

admin 07/05/2026
medvedyev-yeni1

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

admin 06/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.