Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Kreml regionlara qarşı yeni “müharibəyə” başlayır – Əmlak yenidən bölüşdürülür

Kreml regionlara qarşı yeni “müharibəyə” başlayır – Əmlak yenidən bölüşdürülür

admin 07/07/2025
yakutiya

 

Rusiyada regional elitalar üçün yeni dövr başlayır – sərt mərkəzləşmə və cəzasızlıq dövrü artıq geridə qalır. Kreml indi təkcə siyasi deyil, həm də iqtisadi muxtariyyəti ləğv etməyə qərarlıdır.

Politoloq Yuliya Medvedeva “Haqqin.az” saytında dərc olunan təhlilində yazır ki, Moskva regionlarda strateji biznes sahələrini açıq şəkildə nəzarətinə keçirir və bu addımın arxasında aydın siyasi mesaj dayanır: “Ya tabe olun, ya da hər şeyi itirin!”

Medvedevanın fikrincə, Çelyabinskdə yerləşən “Makfa” makaron zavodu, “Ariant” aqroholdinqi və Elektrometallurgiya Kombinatı artıq “Rostex” və “Rosselxozbank” kimi dövlət korporasiyalarına verilib. Bu qurumlara rəhbərlik isə birbaşa Vladimir Putinə yaxın şəxslərin əlinə keçib. Burada söhbət sadəcə dövlətləşdirmədən deyil, regionlardakı iqtisadi hakimiyyətin mərkəzə ötürülməsindən gedir.

Bu, Moskva ilə regionlar arasında illərlə mövcud olmuş “qeyri-rəsmi razılaşmaların” ləğvi deməkdir. Artıq heç bir “sözəbaxan qubernator” Kremlin qəfil qərarlarından sığortalanmayıb.

Sverdlovsk vilayətində baş verənlər xüsusi diqqətə layiqdir. Keçmiş qubernator Yevgeni Kuyvaşevin vəzifədən uzaqlaşdırılmasından sonra bölgədəki ən gəlirli biznes sahələri Moskva mənşəli strukturlar arasında bölüşdürülməyə başlanıb. Yerli iqtisadi təsir imkanları bir-bir mərkəzə yönləndirilir.

“Kreml regionların azacıq belə müstəqil görünməsinə dözmək istəmir. Ən kiçik müstəqil qərar cəhdinə belə sərt cavab verilir – iqtisadi resursların əldən alınması ilə”, – deyə Medvedeva vurğulayır.

Qeyd olunur ki, yalnız Tatarıstan və Çeçenistan bu kampaniyadan kənarda saxlanılıb. Bu iki region Kremlin “xüsusi statuslu tərəfdaşları” kimi qeyri-rəsmi muxtariyyətlərini qoruyur. Qalan bütün vilayətlərdə isə “bir komanda, bir mərkəz, bir sahib” prinsipi tətbiq olunur.

Medvedevaya görə, Kreml bölgələrə açıq şəkildə mesaj verir: “Əgər göstərişlərimizə əməl etmirsinizsə – gedin. Aktivlərinizi dövlətə verin və çıxın. Biz sizi dəyişməyə hazırıq, əvəzolunmaz deyilsiniz.”

Bu yanaşma sosial-iqtisadi baxımdan regionlara ciddi zərbə vurur. Amma Rusiya rəhbərliyi üçün siyasi loyallıq hər şeydən üstündür. Sosial narazılıq, iqtisadi geriləmə, yerli işsizliyin artması artıq diqqət mərkəzində deyil.

Məqalənin ümumi ruhu belədir: “Rusiyada yeni oyun qaydaları tətbiq olunur. Regionlar artıq siyasi və iqtisadi subyekt deyil, mərkəzin idarə etdiyi obyektlərə çevrilib.”

Artıq hər bir regional rəhbər və iş adamı anlayır ki, Kremllə qarşıdurma deyil, hətta düşüncə fərqi belə, iqtisadi nəticələr doğura bilər. Müəssisənin itirilməsi, biznesin əlindən alınması və siyasi kənarlaşdırma – bunlar istisna yox, norma halını alıb.

Medvedevanın təhlili göstərir ki, müharibə və sanksiyalarla mübarizə aparan Rusiya eyni zamanda öz daxilində də “resurs müharibəsi” aparır. Moskvanın strategiyası sadədir: qorxu, itaət və tam mərkəzləşmə. Bu siyasətin sonunun necə olacağını zaman göstərəcək. Amma bir şey aydındır: indiki Rusiya artıq klassik federasiya deyil. Bu, avtoritar mərkəzçiliyin yeni mərhələsidir./azpolitika.info

 

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzurla bağlı son həmlə: Türkiyənin mövqeyi belədir
Next: “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi? – ŞİKAYƏT

OXŞAR MÖVZULAR

tramp-mys

Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır

admin 05/05/2026
hrmz

SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır

admin 05/05/2026
starmer-pashinyan

İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını artırıb 06/05/2026
  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026
  • SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır 05/05/2026
  • Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq 05/05/2026
  • İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər 05/05/2026
  • Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.