Skip to content
06/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 10
  • Bakının ən bahalı və ucuz mənzilləri – Sotu 350 min AZN olan torpaq sahəsi

Bakının ən bahalı və ucuz mənzilləri – Sotu 350 min AZN olan torpaq sahəsi

admin 10/07/2025
menzil-vs
Hazırda əmlak bazarında alıcılara fərqli qiymətlərə mənzillər və fərdi yaşayış evləri təqdim edilir. Ərazidən asılı olaraq bu mülklərin dəyəri də müxtəlifdir. Lakin bazara ümumi nəzər salsaq mənzillərin qiymətinin nə azaldığını, nə də artdığını müşahidə etmiş olarıq. Bəs görəsən hazırda paytaxtın mərkəzi və ətraf yerlərində evlərin qiymətləri neçədir? Ucuz bina və həyət evlərini hansı ünvanda tapmaq olar?
Əmlak eksperti Ramil Qasımzadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, Bakının Səbail, Nəsimi,  Yasamal, Nərimanov kimi rayonlarında təmirsiz evlərin kvadratmetri ən azı 1800 AZN-dən başlayır.
“Nəsimi, Səbail, Nərimanov daha bahalı rayonlardır. Burada elit layihəli binalar da var, orada bir kvadratmetr 8000 AZN-dən başlayır. Bura “Port Baku”, “Şəhər bağları” kimi layihələr daxildir. Nərimanovda təmirsiz binada mənzilin bir kvadratmetri 2400-dən AZN, Yasamalda 1800 AZN-dən, Nəsimi rayonunda 2600 AZN-dən başlayır. Təmirlilər də isə bu qiymətlərə 400-500 AZN əlavə olunur”.
Ekspert onu da bildirib ki, bəzən bina evlərin sahəsinin böyük olması onların hər kvadratmetrində endirimə səbəb olur;
“Yeni tikililərdə təmirsiz evlərin bir kavdaratmetri 2400 AZN-dən başlayır, sahəsi 200 kvadratmetrdən çox olan mənzillərdə isə qiymət 1900 AZN-ə qədər endirilə bilər. Lakin 100 kvadratmetrə qədər olan mənzillərin bir kvadratmetri 2400-2800 AZN-ə təklif edilir. Təmirli evlərdə isə bu qiymət daha yuxarı olur. Onların kvadratmetri 2800 AZN-dən başlayaraq təklif edilir. Böyük kvadratlı mənzillərdə isə bu qiymət 2300 AZN təşkil edir”.
Ramil Qasımzadə vurğulayıb ki, “Xruşşovka” və “Leninqrad” tipli layihələrdə isə evlər 110-170 000 AZN aralığında dəyişir:
“Köhnə tikililərdə isə otaq sayına və layihəyə əsasən fərqlidir. Nərimanov rayonunda “Xruşşovka” tipli layihədə bir otaqlı təxminən 110 000 AZN, iki otaqlı 130 000 AZN-dən, üç otaqlılar isə 180 000 AZN-dən başlayır. “Leninqrad” layihəli binalarda isə bu qiymətlər daha yuxarıdır, bir otaqlı 130 000 AZN-dən, iki otaqlı 170 000 AZN-dən, üç otaqlı isə 200 000 AZN və daha yuxarı qiymətlərə ola bilir. Metrolara yaxın binalarda evlər digərlərinə nisbətən 15 faiz daha baha olur”.
Ekspert Bakının mərkəzi və ətraf ərazilərdə olan fərdi yaşayış evlərindən də danışıb. O qeyd edib ki, bu evlərin qiyməti torpaq sahələrinin qiymətindən asılı olaraq dəyişir.
“Məsələn mərkəzdə yerləşən fərdi yaşayış evinin qiyməti bəzən milyonlarla ölçülür. Nərimanov rayonunun Həsən Əliyev küçəsində 1 sot torpağın qiyməti təxminən 350 000 AZN-dən başlayır. Ətraf ərazilərdə isə elə rayonlar var ki 1 sot orada 5000 AZN-dir. Buna şəhərdənkənar bağ evləri və başqaları buna aiddir. Bunlar əsasən Sabunçu, Suraxanı rayonlarında fərdi evlər yerləşmə yerindən asılı olaraq dəyişir. Fərdi yaşayış evləri 50 000 AZN-dən başlayaraq 40 milyon AZN-ə qədər fərdi yaşayış evləri mövcuddur” – deyə, Ramil Qasımzadə bildirib.
Ekspert qeyd edib ki, Bakı ətrafında yeni tikililərdə ucuz evlər daha çox Lökbatan, Sahil kimi qəsəbələr,  Xəzər, Pirallahı kimi rayonlardadır:
“Bu ərazilərdə yeni tikililərdə təmirsiz evlərin kvadratmetri təxminən 1400 AZN-dən, təmirli evlərin kvadratmetri isə təxminən 1600-1700 AZN-dən başlayır. Xətai və Nizami rayonlarının mənzil qiymətləri isə orta seqmentə daxildir. Burada da 2000-2400 AZN aralığında qiymətlər dəyişir”.
Ramil Qasımzadə onu da bildirib ki, Abşeron rayonu Masazır qəsəbəsində evlərin bir kvadratmetri 1300 AZN-dən başlayır. Ekspert Masazırda sotu 20 000 AZN olan torpaq sahəsi də olduğunu vurğulayıb:
“Qobu qəsəbəsində torpağın 1 sotu 2000 AZN-dir. Xırdalanda torpağın sotu isə 7000-8000 AZN aralığındadır. Masazırda isə elə yer var ki, orada torpağın sotu 5000 AZN və 20 000 AZN-dir. Məsələn: Əliağa Vahid küçəsində 1 sot torpaq 20 000 AZN təşkil edir”./baku.ws
PAYLAŞIN:

Continue Reading

Previous: Elmar Məmmədyarov: Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib
Next: Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir

OXŞAR MÖVZULAR

ipoteka-kr

İpoteka limitləri saniyələr sonra bitdi?

admin 05/03/2026
evler-sn

Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…”

admin 05/03/2026
natiq-ceferli-yeni

“Bu, doğru yanaşma deyil, cənab nazir!” – İqtisadçı İqtisadiyyat nazirinə səsləndi

admin 05/03/2026

XƏBƏR LENTİ

  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026
  • Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…” 05/03/2026
  • “Bu, doğru yanaşma deyil, cənab nazir!” – İqtisadçı İqtisadiyyat nazirinə səsləndi 05/03/2026
  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 05/03/2026
  • Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər? 05/03/2026
  • İran qəsdən hücum edib, yoxsa səhvdir? – Fotofakt 05/03/2026
  • Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb 05/03/2026
  • İran dronu Naxçıvan aeroportuna düşdü 05/03/2026
  • “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb? 05/03/2026
  • İrana qarşı yerüstü əməliyyat? – İsrail ““kürd kartı”nı işə salmağa cəhd edir, kürdlər isə… 05/03/2026
  • Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.