Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 10
  • Əbu-Dabi görüşünün ilkin nəticələri: Niyyət protokolu və bəyanat qəbul edilə bilər

Əbu-Dabi görüşünün ilkin nəticələri: Niyyət protokolu və bəyanat qəbul edilə bilər

admin 10/07/2025
abu-dabi2

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elxan bəy, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün əhəmiyyətini, gözləntiləri necə dəyərləndirirsiniz?

– Bu görüşün vasitəçi olmadan keçirilməsi olduqca əhəmiyyətlidir. Birləşmiş Ərəb Əmirlikləri burada sadəcə olaraq məkan təqdim edib. BƏƏ Azərbaycanla və Ermənistanla sıx iqtisadi münasibətlərə malikdir. Hər iki dövlətə BƏƏ tərəfindən böyük sərmayələr qoyulub. Bu yatırımlara görə, BƏƏ Ermənistanda Rusiyanı da üstələyib. Praktiki baxımdan da Azərbaycanla Ermənistan arasında sülh bu ölkə üçün əhəmiyyətlidir. Bütün bunların fonunda BƏƏ öz neytarallığını qoruyur. Rusiya kimi proseslərə hər hansı bir diktə etmir.

– İkitərəfli formatda görüşün təşəbbüskarı və məkanı seçən tərəf Azərbaycan olub. Bu o deməkdir ki, Azərbaycan-Ermənistan danışıqlar prosesində hər hansı 3-cü tərəfə ehtiyac yoxdur. Üçüncü tərəf kimi bu prosesdə iştirakda maraqlı olanlar kimlər idi?

– Hiss olunur ki, tərəflər bu görüşə hazırlıqlı gəliblər, bunun fonunda irəliləyiş əldə etməyi planlaşdırıblar. Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı müxtəlif qüvvələrin birləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Paşinyan II Qarabağ müharibəsindən sonra reallıqları anlayıb. Sadəcə olaraq Azərbaycan bu reallıqlar fonunda Ermənistan tərəfinin real addımlar atmasını da gözləyir. Bu konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Bunlar olarsa, Paşinyanla sülh sazişinin imzalanması çətin olmayacaq. Paşinyanı devirsələr, öldürsələr və onun əvəzinə radikallar hakimiyyətə gəlsələr, bu yenidən Azərbaycana qarşı müharibə deməkdir. Çünki o qüvvələr Azərbaycanla və Türkiyə ilə sülhün əleyhinədirlər.

– Sözsüz ki, Əbu-Dabi görüşündə sülh müqaviləsi imzalanmasa da, amma razılaşmanın əldə olunmasına doğru təşkil edilən bir irəliləyişdir. Zəngəzur dəhlizinin açılmasının da görüşün əsas müzakirə mövzusu olacağı deyilir. Bu istiqamətdəki irəliləyişlərin olması gözlənilirmi?

– Görüşün nəticəsi olaraq tərəflər arasında niyyət protokolu və ümumi bəyanat qəbul edilə bilər. Çərçivə sazişinin imzalanması barədə də fikirlər var. Təbii ki, bunlar irəliyə doğru atılmış çox ciddi addım olacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni tam razılaşdırılıb. Ona görə də tərəflər arasında ən azı çərçivə sazişinin imzalanması üçün heç bir maneə yoxdur. Azərbaycanın sülh sazişi ilə bağlı ilkin tələbləri var. Bu Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması və Minsk Qrupundan imtina ilə bağlıdır. Minsk Qrupundan imtina məsələsini rəsmi İrəvan qəbul edib. Sülh sazişi imzalanan günü bundan imtina edəcəkləri ilə bağlı açıqlama veriblər. Ona görə də bu günki görüşdən gözləntilər daha çox iki variant üzərində fokslanıb. Tərəflər arasında niyyətləri əks etdirən çərçivə sazişi imzalana bilər. Bu sülh sazişi olmasa da yekun razılaşmaya doğru ilk addım deməkdir. Həmçinin tərəflər arasında ümumi bir bəyanatın qəbul edilməsi də gözlənilir. Əslində Azərbaycan tərəfinin sülhlə bağlı görüş təklifi Ermənistanda baş verən hadisələri düzgün analiz edərək bu məsələnin sürətləndirlməsi ilə bağlı niyyəti kimi ifadə olunur.

– Çərçivə sazişi hansı şərtlər əsasında imzalana bilər?

– Bu niyyət protokoludur. Paşinyan konstitusiya dəyişikliklərinə gedib Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları aradan qaldırsa, bu niyyət protokoluna salına bilər. Əslində çərçivə sazişinin imzalanması sülh razılaşmasının imzalanmasını daha da sürətləndirər. Bu gün Paşinyan çox ağır vəziyyətdədir. Onu xilas edəcək yeganə alternativ Azərbaycanla sülh sazişinin imzalanması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Bununla Paşinyanın da daxildə əli bir qədər güclənə bilər.

– Ermənistan Azərbaycanın sülh konsepsiyasını qəbul edir. Regionda sülhü pozmaq istəyən qüvvələr var. Ermənistan özü də bunu başa düşür ki, sülhü korlamaq istəyən kimlərdir?

– Regionda sülhü pozan qüvvələr Paşinyanla imzalanacaq niyyət protokolunu belə kənar atmaqla atmaq avtomatik olaraq yeni müharibəyə başlamış olacaqlar. Belə olan halda Azərbaycan tarixi ərazilərinin geri qaytarılması ilə bağlı ciddi addımlar ata bilər. Ermənistandakı radikal qüvvələr sülhün əleyhinə olmaqla yanaşı Paşinyanı devirməyə çalışırılar. Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sazişi Paşinyanı devirmək istəyən qüvvələrə, Rusiyadakı müəyyən şovinist dairələrə bir mesaj olar./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyev-Paşinyan görüşünə Ermənistan vətəndaşlarından REAKSİYA
Next: Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.