Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 10
  • Rusiya ağır müharibə cinayətlərində ittiham olundu – Avropa Parlamenti kəskin qətnamə qəbul etdi

Rusiya ağır müharibə cinayətlərində ittiham olundu – Avropa Parlamenti kəskin qətnamə qəbul etdi

admin 10/07/2025
zz-rus

 

Avropa Parlamenti Rusiyanın Ukraynada davam edən müharibə cinayətlərini pisləyən qətnamə qəbul edib.

Sənəd iyulun 10-da keçirilən iclasda 507 deputatın lehinə, 77-nin əleyhinə, 45 nəfərin isə bitərəf səs verməsi ilə qəbul olunub.

Qətnamədə qeyd olunur ki, Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğal Avropada sülh və sabitliyi pozub, həmçinin qlobal təhlükəsizliyə ciddi zərbə vurub. Rusiya sənəddə “Avropa təhlükəsizliyinə ən ciddi və birbaşa təhdid” kimi təqdim olunur. Avropa parlamentariləri bildirirlər ki, Ukraynaya qarşı aparılan təcavüzkar müharibəyə görə bütün məsuliyyət Rusiyanın üzərindədir. Qətnamədə Rusiya Silahlı Qüvvələri və məmurlarının törətdiyi insan haqlarının pozulması halları, müharibə cinayətləri və beynəlxalq hüququn digər pozuntuları qəti şəkildə pislənilir.

Xüsusi narahatlıq doğuran məqamlar sırasında mülki əhalinin qəsdən hədəfə alınması və Ukraynanın mülki infrastrukturunun sistemli şəkildə məhv edilməsi qeyd olunur. Həmçinin, ukraynalı uşaqların Rusiyaya deportasiyası Kremlin Ukrayna xalqının milli kimliyini məhv etməyə yönəlmiş siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Ukrayna rəsmilərinin məlumatına görə, hazırda təxminən 16 min ukraynalı mülki şəxs Rusiya və onun işğal etdiyi ərazilərdə qanunsuz olaraq saxlanılır. Ümumilikdə isə 70 minə yaxın ukraynalı – uşaq, mülki və hərbçi rəsmi olaraq itkin düşmüş elan edilib.

Qətnamədə Rusiya qüvvələrinin Ukrayna əsirlərini edam etməsi kəskin qınanır və bu cinayətlər Cenevrə Konvensiyasının pozuntusu hesab olunur. Avropa Parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya rəsmilərinə qarşı apardığı istintaqları tam dəstəkləyib, habelə Avropa Şurası ilə Ukrayna arasında Rusiyanın təcavüz cinayətinə görə xüsusi tribunalın yaradılması barədə razılaşmanı alqışlayıb.

Deputatlar Ukraynada hərbi cinayətlərə görə bütün məsul şəxslərin cəzalandırılmasını tələb edir, Rusiya tərəfini isə “hamı hamıya” prinsipi ilə əsir mübadiləsinə dərhal razılıq verməyə çağırırlar.

Qətnamədə Avropa İttifaqı və onun müttəfiqlərinin Rusiyanın aqressiyasının dayandırılması və davamlı atəşkəsin təmin olunması üçün daha effektiv hərbi, iqtisadi, siyasi və diplomatik addımlar atmasının vacibliyi vurğulanır.

Avropa deputatları, həmçinin, dondurulmuş Rusiya dövlət aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi prosesinin sürətləndirilməsinə çağırıb. Onlar bildiriblər ki, bu istiqamətdə hüquqi mexanizmlər artıq mövcuddur və prosesin yubadılması Avropa hökumətləri üçün “bağışlanmaz siyasi uğursuzluq” olacaq./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM – Mustafayev və Qriqoryan da iştirak edirlər
Next: Beynəlxalq Universitet “sindromu”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.