Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 11
  • Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə

Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə

admin 11/07/2025
abu-dabi-g

 

Azərbaycan və Ermənistan arasında 5 saata qədər davam edən Əbu-Dabi görüşünü sülh danışıqlarında irəliyə doğru addım kimi qiymətləndirmək olar.

Birincisi, bu, son dövrlər keçirilən əsas görüş idi: iki ölkə lideri son vaxtlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlirdi ki, bu təmasların davam etdirilməsi baxımından vacib olsa da, detallı müzakirələrin aparılması ən azı texniki baxımdan mümkün deyildi;

İkincisi, görüş geniş tərkibdə keçirildi: bu, sülh sazişinin bütün istiqamətlərinin müzakirə edildiyi və razılaşma imkanlarının tükənmədiyi deməkdir.

Görüşdən çıxan nəticə: Bakı və İrəvanda problemlərin ikitərəfli formatda müzakirə edilməsi və həll yollarının tapılması üçün siyasi iradə mövcuddur.

Tərəflərin görüşlə bağlı rəsmi açıqlamalarının fərqlənməməsi də diqqətçəkən məqamdır: bu o deməkdir ki, ziddiyyətli məqamlardan daha çox, uzlaşma nöqtələri tapılıb. Və ən önəmli məqam danışıqların vasitəçi olmadan – ikitərəfli formatda davam etdirməsinə dair razılaşmadır.

Razılaşmalara əsasən təmaslar davam etdiriləcək, lakin əsas məqam konket məsələlər üzrə praktiki addımların atılıb-atılmayacağıdır. Bakı-İrəvan xəttində baş verənlər xüsusilə regional proseslər fonunda müəyyən ehtimalları önə çıxır:

– Zəngəzur dəhlizinin açılması – regional kommunikasiyanın bərpası əsas ziddiyyətli məqam olsa da, hazırda tərəflər arasında mövqelərin yaxınlaşdığı müşahidə edilir: Rusiyanın dəhlizdə hərbi mövcudluğu hər iki tərəfdə qəbul edilmir, eləcə də Naxçıvana maneəsiz keçidin təmin edilməsində müəyyən razılaşma ehtimalları var, əks təqdirdə, Bakı nəinki bu görüşü konstruktiv hesab etməzdi, ümumiyyətlə Əbu-Dabiyə getməzdi; əsas həll edilməli detal maneəsiz keçidin təhlükəsizliyinin necə qorunmasıdır; ABŞ qarant ölkə kimi çıxış etmək istəsə də, üçüncü qüvvələrin mövcudluğunun regionu qlobal mübarizə platformasına çevirdiyini nəzərə alsaq, Bakı və İrəvan bu məsələdə də ikitərəfli formatda həll yolunun tapılmasına çalışa bilər;

– Rəsmi məlumatda sərhədin delimitasiyası ilə bağlı dövlət komissiyalarına tapşırıqların verildiyi qeyd olunur: bu, anklavlar məsələsində həll yollarının tapılması istiqamətində işlərin davam etdiriləcəyi gözləntisini yaradır;

– Tərəflər etimad mühitinin yaradılmasına razılaşıb: parlamentlər, eləcə də ictimaiyyət nümayəndələri arasında müxtəlif təmasların daha intensiv şəkildə qurulmasının şahidi ola bilərik;

– Bakının iki əsas tələbi hələ də aktualdır:

1. Ermənistan konstitusiyasının dəyişdirilməsi: İrəvan bunu qəbul edir, lakin bunun 2026-cı ildən tez olacağı ehtimalı azdır, xüsusilə Paşinyanın daxildəki “minaları” tam neytrallaşdıra bilməməsi fonunda;

2. ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması: bu görüşün nəticəsi kimi qarşıdakı dövrdə Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin ediləcəyi istisna edilməyən məqamlardandır.

Paşinyanın Ermənistan daxilində mövqelərini gücləndirmək istiqamətində atacağı addımlar və regionda maraqlı tərəflərin “zəif bənd” kimi gördüyü İrəvan üzərindən prosesə müdaxilə cəhdləri razılaşmaların icrasına, ümumilikdə hadisələrin inkişafına təsir edə biləcək amillərdir.

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: “Terrorsuz Türkiyə” üçün kritik dönüş nöqtəsi: PKK bu gün silahı yerə qoyacaq
Next: Mineral su, limonad, yoxsa çay? – İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.