Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 11
  • GDU rektoru Yusif Yusibov nazir Emin Əmrullayevə qarşı

GDU rektoru Yusif Yusibov nazir Emin Əmrullayevə qarşı

admin 11/07/2025
gdu-etn

 

Redaksiyamızın elektron poçtuna Gəncə Dövlət Universitetinin bir qrup müəllimləri tərəfindən göndərilmiş məktub daxil olub. Həmin məktubda müəllimlər çox ciddi iddialar irəli sürüblər.

Qeyd edək ki, məktubda qeyd olunan iddialarla bağlı tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib. Həmçinin, qarşı tərəfin də söz haqqını tanıyırıq.

Məktubu olduğu kimi təqdim edirik:

“Məlum olduğu kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rüşvətxor əməllərinə görə Təhsil Naziri Emin Əmrullayev tərəfindən arzu olunmaz şəxs hesab olunur. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Lakin edilən şikayətlərə baxmayaraq rektor istədiyi özbaşınalıqlara imza atmaqda davam edir.
İlqar Kubışev Gəncə Dövlət Universitetində əvvəllər rektor köməkçisi işləyirdi.   Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə dəfələrlə hallanıb.
İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma ixtisasını bitirmişdir. Lakin rektor köməkçisindən əlavə, həm də Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının dosenti olub. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilməyib, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunub.
Bu adam o qədər savadsızdır ki, tədris etdiyi fənnə aid sillabusunda olan istənilən bir mövzu ətrafında beş dəqiqə belə danışmaq qabiliyyəti yoxdur.
Məlumdur ki, Gəncə Regional Kolleci, eyni zamanda Gəncə Musiqi Kolleci Gəncə Dövlət Universitetinin tərkibinə verilib. Rektor Yusif Yusibov bu şəxsi Gəncə Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma ixtisasını bitirmiş İlqar Kubışev Yusif Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edildi.
Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayırdı. Qısa bir müddət ərzində İlqar Kubışev orada elə bir şərait yaratdı ki, bütün müəllim kollektivi onun əleyhinə üsyana qalxdı. Bundan sonra nazirliyin əmri ilə İlqar Kubışev həmin vəzifədən qovuldu və yenidən Gəncə Dövlət Universitetində rektor köməkçisi işləməyə başladı.
Daha sonra Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovun köməkliyi ilə Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı.
Nəticədə korrupsiya əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu.
Maraqlıdır, Təhsil Naziri Emin Əmrullayev işindəki ciddi korrupsiya faktlarına görə töhmət verib İlqar Kubışevi işindən qovur. İlqar Kubışev isə öz yaxın adamları vasitəsilə Yusif Yusibovun dəstəyi ilə kollecə Emin Əmrullayev tərəfindən direktor təyin edilmiş Xoşqədəm Xudiyevaya qarşı təxribat törədir, kollecdə normal iş prosesinə mane olur.
İlqar Kubışev direktorluqdan azad olunduqdan sonra Gəncə Dövlət Universitetində işləmir. Lakin buna baxmayaraq Yusif Yusibov onu vəzifədən azad olunmuş tədris işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. İlqar Kubışev Gəncə Dövlət Universitetində imtahanların gedişinə nəzarət edir, bütün məsələləri o həll edir.
Bu barədə sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat dərc olunduqdan sonra Yusif Yusibov əsəbi şəkildə əzələ nümayiş etdirərək əmr verib İlqar Kubışevi rektorun müşaviri təyin etdi. Hal-hazırda rektor Yusif Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur.
Rektor isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur. Təhsi Nazirinin işində korrupsiya əməlləri olduğuna görə töhmət verib vəzifədən qovduğu bir şəxsi yenidən yüksək vəzifəyə təyin edir.
Bundan başqa ötən il Yusif Yusibov Türkiyə ali məktəblərinə pul müqabilində tələbə qəbulu ilə məşğul olan Seymur Meşaikdən 30000 manat pul alıb Universitetə Elmi Katib təyin etdi. İndi isə həmin Seymur Meşaiki tədris işləri üzrə prorektor təyin etdirmək istəyir.
İlqar Kubışevin ayıq vaxtı olmur. İçki düşkünü olan bu şəxs bütün gün ərzində saçı jeleli, cibində isə fransız ətiri gəzdirdiyindən universitet kollektivi onu Mamlı-Matan adlandırırlar.
Rektor isə ölkə Prezidentini belə aldadaraq, İlqar Kubışevə Tərəqqi medalı verilməsinə nail olub. Sual yaranır, hansı xidmətlərinə görə???
Gəncə Dövlət Universitetində olan rektor özbaşınalığının qarşısını almağın zamanı nə vaxt gələcək????? Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???”/DogruXeber.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Çin arasında mülki aviasiyada əməkdaşlığı nəzərdə tutan sənəd imzalandı
Next: Prezident 7 fərman imzaladı

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.