İsrail hərbçiləri Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında silahlı radikal dəstəni məhv edib və təxminən 1 kilometr uzunluğunda tuneli partladıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Ordusunun Hərbi Hava Qüvvələri ilə birlikdə həyata keçirilən əməliyyat zamanı silahlı terrorçu dəstə zərərsizləşdirilib.
