“Terrorsuz Türkiyə” prosesi çərçivəsində keçmiş PKK-nın bir qrupu bu gündən silahlarını təhvil verməyə başlayıblar.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, silahlar İraqın Süleymaniyyə şəhərinin Raperin bölgəsində təhvil verilir.
Bir az sonra mərasimin videosunun yayılacağı gözlənilir.
