Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 12
  • Mətbuat Şurası: “Sputnik Azərbaycan” Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi

Mətbuat Şurası: “Sputnik Azərbaycan” Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi

admin 12/07/2025
sputnik.az

 

Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir.

Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.

Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır:

“Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.

Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur”.

Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir:

“Vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək istərdik ki, əvvəllər “Sputnik Azərbaycan”a bir neçə il Vitali Denisov – Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.

Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir”.

Bəyanatda bunun Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında da təsdiqləndiyi vurğulanıb:

“Sputnik”in sadəcə xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu qeyd edilir.

Bu baxımdan, beynəlxalq ictimaiyyətin “Sputnik”in fəaliyyətinə reaksiyası tamamilə qanunauyğundur: agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb.

Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbs halları və onlara qarşı sistematik təzyiq ictimai və siyasi diskursun periferiyasında qalır.

Vəziyyətin ciddiliyini beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının məlumatları da təsdiqləyir. Məlumatlarda bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bu zaman əsaslı şübhələr var ki, bu onların peşə fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir”.

O da nəzərə çatdırılıb ki, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın miqyaslı şəkildə azalması müntəzəm olaraq qeyd edilir, ekspertlər 60-70% civarında rəqəmlər göstərirlər. Oxşar nəticələr nüfuzlu mənbələrin materiallarında da göstərilir ki, bu da ölkədə söz azadlığının boğulmasına yönəlmiş sistemli və dərin kök salmış tendensiyanı göstərir:

“Beləliklə, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasının başlamasından sonra media üzərində senzura əhəmiyyətli dərəcədə gücləndi, hər hansı alternativ mövqe aktiv şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər isə təqib və həbslərə məruz qalırlar”.

Bildirilib ki, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir, öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir:

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı iləsə beynəlxalq jurnalist və insan hüquqları təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının timsalında müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrilməsi barədə düşünməlidirlər”.

“Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq”, – bəyanatda vurğulanıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Next: İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.