Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 21
  • III Şuşa Qlobal Media Forumu – Qətiyyətin daha bir adı

III Şuşa Qlobal Media Forumu – Qətiyyətin daha bir adı

admin 21/07/2025
elnara-akimova

 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.

Bütün hallarda verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və hökmlü siyasətindən zəmin alırdı. Eyni zamanda təcrübədən keçən nəzəri baxış və dünyagörüş amilini də unutmamalıyıq. Belə mövqe ölkə başçısının Ukraynadan olan jurnalistin sualını cavablandıran zaman bir daha sərgiləndi. Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz… Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”.

Düşünürəm ki, ölkə başçısı, cənab İlham Əliyev bununla əslində Azərbaycanın ölkə olaraq duruşuna diqqət çəkdi, özünün lider kimi qətiyyətini bir daha meydana qoydu. Bu, sadəcə Azərbaycan Prezidentinin işğal faktoruna münasibətidir. Ona qalsa, Azərbaycan bütün hallarda başqa xalqlarla dostluq və əməkdaşlıq prinsipi əsasında körpülər qurur. Məsələn, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir. Yaxud Rusiya-Ukrayna arasında müharibə başlamazdan bir neçə gün əvvəl, 2022-ci il, fevralın 22-də Moskvada Azərbaycan  Prezidenti İlham Əliyev və Rusiya  Prezidenti Vladimir Putin iki ölkə arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də imzalayıb. Həmin sənəddə siyasi, iqtisadi və daha bir çox sahədə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Buna baxmayaraq, meydanda işğal faktoru varsa, otuz ilə yaxın müddətdə bunun əziyyətini çəkən lider olaraq, həssaslıq və qətiyyət nümayiş etdirməsi təbiidir. Bu cavabdan kimlərinsə rəncidə olması isə artıq onların öz işləridir.

Azərbaycan Prezidenti bütün sözlərini nəzərə alaraq səsləndirir. Yəni o mövqedən çıxış edərək səsləndirir ki, arxa fonda bunun əyani nümunəsi görünsün. Elə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də Azərbaycanın ötən əsrin 90-cı illərində üzləşdiyi çətin və kataklik dönəmlərə vurğu salmağı nahaq deyildi. Prezident bununla demək istəyirdi ki, biz bütün gərginlikləri aşaraq məqsədimizə doğru irəlilədik. Əgər işğalla barışsaydıq, baş verənlərə, itki və faciələrə inadlı şəkildə dözüb davam gətirərdikmi? Prezidentin tövsiyəsi bu mənada, keçilmiş tale yoluna, aşılan çətinliklərin miqyasına güvənilərək söylənən, uğurlu taktiki gedişə əsaslanan və ən əsası, Azərbaycan xalqının və onun liderinin obrazını simvolizə edərək meydana qoyulan yaxşı düşünülmüş cavab idi.

 

ELNARƏ AKİMOVA

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər
Next: “Euronews”un rəhbəri: Medianın sükanı arxasında süni intellekt yox, insan dayanmalıdır

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.