Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 11
  • İlham Əliyevin sülh gündəliyi: Dünən təzyiq göstərənlər bu gün təbrik edirlər

İlham Əliyevin sülh gündəliyi: Dünən təzyiq göstərənlər bu gün təbrik edirlər

admin 11/08/2025
agreement

 

ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.

Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.

Artıq neçə gündür ki, danışıqların nəticələri mediada və analitik çevrələrdə təhlil edilir və demək olar ki, bütün rəylərdə əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur.

Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə təşəbbüsə görə təşəkkür mesajları göndərilir. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri bir ağızdan alqışlayırlar, kimisi vaxtilə sülh prosesinə özünün verdiyi töhfəni xatırladır, kimisi gələcək üçün dəstəyini təklif edir.

ATƏT, Makron və digər qatara gecikənlər

Razılaşmaları alqışlayanlar arasında vaxtilə sülhə mane olmaq istəyənləri, Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışanları da görmək mümkündür. Onlar qatara gecikdiklərini başa düşsələr də, artıq ona çatmaqları çox çətin, bəziləri üçün isə ümumiyyətlə mümkün olmayacaq.

Məsələn, ATƏT deyir ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqust Bəyannaməsinin reallaşdırılmasında öz üzərinə düşəni etməyə hazırdır. Bəyannaməyə görə isə bu təşkilatın bundan sonra edə biləcəyi ən yaxşı iş ancaq ATƏT-in bədnam Minsk qrupunun ləğv edilməsi ola bilər. Münaqişənin həlli üçün vasitəçilik mandatı almış bu qurum 30 ilə yaxın müddətdə yalnız Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışıb.

Fransa senatının üzvü Natali Qule isə rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundankənar vəziyyətdə qaldığı üçün təəssüflənib. “İndi Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracaq”, – deyə senator bildirib.

Azərbaycan-Ermənistan razılaşmalarını alqışlayanlar arasında BMT-nin Baş katibi Antonio Quterriş də var. Həmin BMT-nin ki, böyük güclərin lazım bildiyi ölkələrə hərbi müdaxiləyə bir gecədə fərman verə bilir, amma 30 il ərzində öz Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması haqqında qətnamələrinin icrasını təmin edə bilmədi.

907 saylı maneə

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ABŞ-nin özü də Donald Tramp hakimiyyətə gələnədək Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli yanaşması ilə seçilmirdi. Elə Vaşinqton danışıqlarının nəticəsi olaraq Prezident Trampın icrasını dayandırdığı “Azadlığa dəstək aktı”nın 907-ci düzəlişi bunun ən bariz nümunəsidir. 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində təsdiqini tapdığı bir vaxtda, ABŞ işğalçı tərəfi deyil, işğaldan zərər çəkən tərəfi sanksiyalara məruz qoymuşdu. Yalnız ABŞ hərbi yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması zərurəti yarandıqdan sonra Ağ Ev sahibləri bu ədalətsiz düzəlişin icrasını müvəqqəti dayandırmağa başladılar. ABŞ Əfqanıstandan çıxdıqdan sonra isə qatı ermənipərəst Co Bayden administrasiyası yenidən 907-ci düzəlişi işə saldı. Bu mənada Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv münasibətləri sayəsində 907-ci düzəlişin iclasının dayandırılması Vaşinqton sammitinin ən vacib nəticələrindən hesab olunur.

Qonşun qonşu olsa

Analitikləri ən çox maraqlandıran məsələlərdən biri də Vaşinqtonda baş verənlərə Moskvanın münasibəti idi ki, onun da reaksiyası özünü çox gözlətmədi. Bu ölkənin xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova da Vaşinqton görüşünü müsbət qiymətləndirdiklərini deyib. Lakin o, qeyd edib ki, əldə olunan razılaşmaların əsası Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatda qoyulub. Zaxarova hesab edir ki, Cənubi Qafqazdakı problemləri bölgə ölkələri öz qonşuları – Rusiya, İran və Türkiyənin iştirakı ilə həll etsə, daha optimal olar. Türkiyənin bölgədə sülhə və əməkdaşlığa verdiyi töhfələr, oynadığı müsbət rol hər kəsə məlumdur. Bəs Rusiya və İran?

Azərbaycanın Qarabağ bölgəsindəki silahlı separatçıları zərərsizləşdirməsindən sonra Rusiya “sülhməramlı” kontingentinin də burada mövcudluğuna zərurət qalmadı. Lakin onlara dəstəyini Ermənistan ərazisində davam etdirən Moskva bilməli idi ki, revanşist qüvvələri himayə etməklə bölgənin lider dövləti olan Azərbaycanın olan-qalan etimadını da itirəcək. O ki qaldı Zaxarovanın adını çəkdiyi digər qonşu – İrana, bu ölkənin Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti indidən deyir ki, onlar Vaşinqton anlaşmalarının həyata keçirilməsinə mane olacaqlar – Rusiya onlara kömək etsə də, etməsə də.

Vaxtilə Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə qarşı çıxan və Ermənistan sərhədlərinin toxunulmazlığını özünün “qırmızı xətti” adlandıran Tehran, məntiqlə, gərək indi Ermənistanın özünü cəzalandırsın. Çünki İranın “qırmızı xətti”ni İrəvan qonşu Azərbaycanın, Rusiyanın və ya Türkiyənin nəzarətinə yox, birbaşa ABŞ-nin icarəsinə verməyə hazırlaşır. Zəngəzur dəhlizindən söz düşmüşkən, Mariya Zaxarova Rusiyanın da bu məsələyə isti yanaşmadığına eyham vurub və Ermənistanın İranla sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunduğunu nəzərə almağa çağırıb.

Yeri gəlmişkən, elə Vaşinqton sammitinin keçirildiyi günlərdə Rusiya ordusu SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına raket zərbəsi endirdi. Bundan əvvəl isə Ukrayna ərazisində Azərbaycan qazını nəql edən boru kəməri Rusiyanın hücumuna məruz qalmışdı. Avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski telefon danışığı apararaq, Rusiyanın bu hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Caliber.az isə etibarlı mənbələrə istinadən xəbər verir ki, Rusiya Azərbaycanın maraqlarına qarşı yönəlmiş aqressiv siyasətini davam etdirsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya təchizatına qoyduğu embarqonu aradan qaldıra bilər.

“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Lider

Hər bir halda Prezident İlham Əliyevin özünün də dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazım olduğunu o, hər kəsdən yaxşı bilir. Uzun illər göstərilən ədalətsiz münasibətə, edilən beynəlxalq təzyiqlərə rəğmən, torpaqları işğaldan tam azad edən, ölkənin sərhədlərini və suverenliyini bərpa edən və Qələbənin nəticələrini bütün dünyaya qəbul etdirən Azərbaycan lideri irəli sürdüyü sülh gündəliyini də Vaşinqton sammitində tam reallaşdırdı. Bununla da erməni lobbisinin xidmətçiləri olan Bayden-Blinken cütlüyünün, Ermənistanı yeni müharibəyə sövq etməyə çalışan Emmanuel Makronun, barışıq əvəzinə bölgəyə hərbi kəşfiyyat yeridən Avropa İttifaqının, siyasi cəza maşınına çevrilən Avropa Parlamenti və Avropa Şurası kimi qurumların Azərbaycanı güzəştlərə məcbur etmək planları iflasa uğramış oldu.

Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində hər kəs gördü ki, bölgə xalqları çoxdan arzuladıqları sülhə özləri, birbaşa dialoq vasitəsilə nail ola bilərlər. Bunun üçün münaqişənin kökündə duran, onu qızışdıran dövlətlərin “vasitəçiliyi”nə ehtiyac yoxdur. Sülhə mane olmasınlar, yetər.

PAYLAŞIN:

Continue Reading

Previous: Sülh razılaşması heç kimi sevindirməyəcək – ABŞ
Next: Prezidentdən Ukrayna ilə bağlı sərəncam

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.