Macarıstan Baş naziri Viktor vOrban Aropa Birliyi liderlərinin Ukrayna ilə bağlı qəbul etdiyi bəyanatı imzalamayıb.
Bu barədə Avropa Birliyi Şurasının saytında dərc olunmuş bəyanatın haşiyəsində məlumat verilir.
Məlumatda bildirilir ki, sənədi AB-yə üzv olan 26 ölkənin lideri imzalayıb.
Avropa liderləri qeyd ediblər ki, Ukraynada sülh yolu Ukraynasız müəyyən edilə bilməz. Onlar həmçinin Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini və yeni məhdudiyyətlərin tətbiq olunacağını vurğulayıblar.
Bəyanatda ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı səyləri alqışlanıb.
