Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 14
  • MDB niyə iflic olub?

MDB niyə iflic olub?

admin 14/08/2025
037b1e38ca29016a48387f8e2771e3f3_1712850388_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg (1)

 

“MDB öz mahiyyətində bərabərhüquqlu əməkdaşlıqdan uzaqlaşaraq hansısa ölkənin, xüsusilə də Rusiyanın təsir vasitəsinə çevrilərsə, bu halda birliyin gələcəkdə aktuallığını itirməsi labüddür”.
Bunu  açıqlamasında konfliktoloq Azər Hüseynov Müstəqil Dövlətləq Birliyinin (MDB) tam tərkibdə toplantılar keçirə bilməməsinin səbəblərini şərh edərkən deyib.
Ekspert bildirib ki, vaxtilə Azərbaycanın MDB-yə üzv olması sıradan bir qərar deyildi, əksinə, çox ciddi strateji əhəmiyyət kəsb edirdi:
“1990-cı illərin əvvəlləri ölkəmiz üçün həm iqtisadi, həm də siyasi baxımdan ən mürəkkəb mərhələlərdən biri idi. İqtisadiyyat demək olar ki, çökmüşdü, keçmiş sovet respublikaları ilə istehsal-təchizat zəncirləri qırılmış, sənaye müəssisələri dayanmış, ticarət əlaqələri pozulmuşdu. Ölkə siyasi blokada təhlükəsi ilə də üz-üzə idi, çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm daxili qarşıdurmalar, həm də Ermənistanla davam edən müharibə səbəbindən beynəlxalq arenada çox məhdud manevr imkanlarına malik idi. MDB-yə daxil olmaq bu mənada həm iqtisadi nəfəs, həm də siyasi manevr imkanı yaratdı. İlk növbədə, mal və xidmətlərin sərbəst mübadiləsinə çıxış təmin olundu, sərhəd qonşuları ilə ticarət əlaqələri bərpa edildi, enerji, nəqliyyat və sənaye sahələrində əməkdaşlıq imkanları yarandı. İkinci mühüm amil isə Rusiyanın potensial təzyiq və ya aqressiv siyasətini müəyyən qədər neytrallaşdırmaq idi”.
Azər Hüseynov bildirib ki, MDB çərçivəsində münasibətlərin formal və institusional müstəviyə keçirilməsi Moskva ilə dialoqu daha idarəolunan hala gətirdi:
“Burada Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. O, MDB-yə üzvlüyü heç vaxt müstəqilliyə alternativ kimi təqdim etmədi, əksinə, onu Azərbaycanın milli maraqlarını qorumaq üçün diplomatik bir alətə çevirdi. Onun siyasəti sayəsində Azərbaycan həm MDB daxilində yer aldı, həm də öz müstəqil xarici siyasət kursunu qorudu. Heydər Əliyevin uzaqgörənliyi bu platformanı ölkənin iqtisadi dirçəlişi və siyasi sabitliyi üçün faydalı mexanizmə çevirdi. Bu strateji xətt sonrakı illərdə İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. İlham Əliyev MDB çərçivəsində əməkdaşlığı qorumaqla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrini çoxvektorlu şəkildə genişləndirdi. Bu yanaşma həm regiondakı balansı qorudu, həm də ölkənin iqtisadi maraqlarının təmininə xidmət etdi. MDB-də qalmaq Azərbaycan üçün heç vaxt məcburi siyasi asılılıq deyil, praktik və rasional maraqların ifadəsi oldu”.
Təhlilçi düşünür ki, Azərbaycan prinsipial olaraq heç bir inteqrasiya və əməkdaşlıq prosesinə qarşı deyil. Əksinə, ölkəmiz iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı ticarətin artması, nəqliyyat və enerji layihələrinin reallaşması kimi sahələrdə hər zaman açıqdır:
“Lakin burada ən mühüm şərt – bu platformanın heç bir üzv dövlət tərəfindən siyasi manipulyasiya alətinə çevrilməməsidir. Əgər MDB öz mahiyyətində bərabərhüquqlu əməkdaşlıqdan uzaqlaşaraq hansısa ölkənin, xüsusilə də Rusiyanın təsir vasitəsinə çevrilərsə, bu halda birliyin gələcəkdə aktuallığını itirməsi labüddür. Bu gün MDB-nin siyasi və iqtisadi olaraq hələ də müəyyən əhəmiyyəti qalır. Xüsusilə logistika, enerji resurslarının daşınması, sənaye məhsullarının bazarlara çıxışı, humanitar və mədəni əlaqələr kimi sahələrdə bu qurum müəyyən funksional imkanlara malikdir. Lakin zaman dəyişir – qlobal iqtisadiyyat daha rəqabətli, regiondakı siyasi vəziyyət isə daha mürəkkəb olub. MDB-nin yaşarlılığı onun üzvlərinin qarşılıqlı hörmət, suverenliyə riayət və real əməkdaşlıq prinsiplərinə nə dərəcədə sadiq qalmasından asılıdır. Azərbaycan üçün MDB yalnız milli maraqlara xidmət etdiyi, ölkənin iqtisadiyyatına fayda verdiyi, beynəlxalq mövqelərini zəiflətmədiyi halda aktual ola bilər. Əks halda, belə birliklərin formal mövcudluğu reallıqda heç bir dəyər daşımayacaq”.
Azər Hüseynovun fikrincə, MDB-nin bu gün öz aktuallığını tam itirməməsinin əsas səbəbi də, məhz, müəyyən iqtisadi məkanlarda alternativsiz platforma kimi qalmasıdır:
“Amma gələcəkdə onun taleyini üzvlərin iradəsi, siyasi iradə və qarşılıqlı hörmət müəyyən edəcək”.
Qeyd edək ki, Ukrayna “Fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşların təxliyəsi üzrə MDB sazişi”ndən çıxıb. Bu barədə Ali Radadakı nümayəndə Taras Melnıçuk “Teleqram”da yazıb. Melnıçuk bildirib ki, qanun layihəsi təsdiqlənib və Ukrayna müstəqil qərarını rəsmiləşdirib.
Xatırladaq ki, may ayında Ukrayna Rusiya ilə gömrük əməkdaşlığı sazişindən çıxıb, MDB ölkələrinin prokurorluq orqanlarında stajların qarşılıqlı hesablanması sazişinə xitam verib. Eyni zamanda 1994-cü il sazişi və Moskva ilə məxfi telefon əlaqəsi də dayandırılıb.
PAYLAŞIN:

Continue Reading

Previous: Kreml indi də “ləzgi kartı”nı ortaya atır – Solovyovdan növbəti çirkin təhdid
Next: Neft azalır, qaz hasilatı sabit qalıb – BP şirkəti yarım ilin rəqəmlərini açıqladı

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.