Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 15
  • Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib

admin 15/08/2025
adsea-1

 

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üzrə 17.02.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.037.337,5 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portlında 14.08.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş sel və daşqın sularından mühafizə üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 3.416.845,76 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “BƏYAZ İNŞAAT” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “BƏYAZ İNŞAAT” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bəs Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin qalib seçdiyi “BƏYAZ İNŞAAT” MMC haqqında daha nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT” (VÖEN- 2001329971)  Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 16.10.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 318 708 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisinin isə  Yusif Eldar oğlu Yusifli olduğu göstərilir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 2008-ci ildə İbrahimov Raqif Tapdıq oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Raqif İbrahimov kimdir?

O, 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışıb. 17 dekabr 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.

Medianın 2010-cu ilin sentyabrında yaydığı məlumata görə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının 2010-cu ildə parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını nəzərdən keçirib və siyahını təsdiq edib. Həmin siyahıda İbrahimov Raqif Tapdıq oğlu 41 saylı Sumqayıt birinci seçki dairəindən AMİP-in namizədi olub.

Bəs MMC-nin hazırki qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli kimdir?  Adı bir çox şübhəli satınalmalarda hallanan “Enerji Constraction”MMC-nin təsisçisi. Qeyd edək ki, Yusif Yusifli ötən il “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC  tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İni görəsən, Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş sahibkar Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”n rəhbərliyi ilə hansı şərtlərlə razılığa gələrək 3 milyon yarım manat ehtimal qiyməti olan tenderdə 2 milyon manat təkliflə qalib çıxıb?

Xatırladaq ki,  Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin direktoru Məmmədov Samir Teymur oğludur. O, Zaur Mİkayılov yeni vəzifəyə gəldikdən sonra, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Neft azalır, qaz hasilatı sabit qalıb – BP şirkəti yarım ilin rəqəmlərini açıqladı
Next: Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq She’s Next Hakatonuna qeydiyyat artıq açıqdır

OXŞAR MÖVZULAR

rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.