Skip to content
19/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 21
  • Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə

admin 21/08/2025
ferid-gin

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 06.03.2025-ci il tarixli “Güllərin və əklillər”in satın alınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş açıq tenderə yekun vurulub və Flora Holland” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Nazirlik həmin şirkət ilə 88 888.88 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutur. Məlumat satınalmalır portalında 20.08.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən nəzərdə tutulmuş güllərin alınması üzrə keçirilmiş açıq tender müsabiqəsində ehtimal olunan qiyməti 154.964,39 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “FLORA HOLLAND” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Gənclər və İdman Nazirliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “FLORA HOLLAND” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun  keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir:

“FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir.

Satınalmaların portalı üzərindən apardığımız araqşdırmada məlum oldu ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21.04.2025-ci ildə “FLORA HOLLAND”  MMC ilə müxtəlif növ gül məhsullarının alınması üzrə 7.002,12 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Amma göründüyü kimi müqavilənin şərtlərinə əməl edə bilməyib.

Bu məlumatlar isə “FLORA HOLLAND”  MMC-nin etibarlılığının şübhə altında olduğunu bir daha təsdiq edir. Keçək MMC haqqında rəsmi məlumatlara.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931)  Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.

Dövlət Vergi Xidmətinin məlumatlarına görə MMC operativ vergi nəzarəti üzrə – Vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məsələsi üzrə OVN həyata keçirilməsi haqqında AKT-a əsasən 1700.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.  Vergi öhdəlikləri üzrə – 2022- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir

Göründüyü kimi Gənclər və İdman Nazirliyinnin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “FLORA HOLLAND”  MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bəs bu saxtakarlıqlara Gənclər və İdman Nazirliyində kimlər rəvac verə bilər? Təbii ki, nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslər. Maraqlıdır, yeddi min manatlıq müqavilənin şərlərinə əməl edə bilməyən şirkət yüz min manat civarında olan müqavilənin tələblərini necə icra edəcək. Maraqlı olan bir də budur. Nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslərin bu əməllərindən nazir Fərid Qayıbov nə qədər məlumatlıdır.

 

Aktualinfo.org

 

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzur dəhlizi ilə bağlı tarixi addım: Dəmir yolunun təməli atılır
Next: Putin bunu etsə, Tramp hərəkətə keçəcək – Politiko

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.