Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 27
  • Dünyanı yaxın 5 ildə gözləyən 5 böyük münaqişə – Siyahıda Cənubi Qafqazın adı keçmir, amma…

Dünyanı yaxın 5 ildə gözləyən 5 böyük münaqişə – Siyahıda Cənubi Qafqazın adı keçmir, amma…

admin 27/08/2025
e03d165c-80ae-4456-9765-2ec6920223a4

 

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi davam edərkən və onun tezliklə bitmə perspektivi qaranlıq görünərkən, artıq dünyanı yeni böyük münaqişələrin gözlədiyinə dair həyəcan siqnalları eşidilir. Təəssüf ki, dünyadakı köhnə və yeni iri münaqişə ocaqlarının çoxu istənilən an yenidən alovlanma nöqtəsinə kifayət qədər yaxın görünür və bu prosesdə Rusiyanın başlatdığı ədalətsiz, beynəlxalq hüquqa tamamilə zidd işğalçılıq savaşı triger rolunu oynamaqdadır…

Amerika kəşfiyyatı və Qərb ekspertlərinin bu mövzuyla bağlı proqnozları heç də ümidverici deyil. Onlar yerli böhranların növbəti beş ildə qlobal nəticələrə gətirib çıxaracaq böyük hərbi münaqişələrə çevriləcəyinə dair həyəcan təbili çalırlar.

Nüfuzlu “Politico” nəşri ABŞ kəşfiyyatının hesabatları və Qərb ekspertlərinin rəylərinə əsaslanaraq, yaxın illərdə 5 irimiqyaslı münaqişənin olacağını proqnozlaşdırıb.

Hesabatda deyilir ki, dünya Yaxın Şərqlə yanaşı, növbəti illərdə Asiyadan Avropaya qədər ən azı daha beş qaynar nöqtənin alovlanması təhlükəsi altındadır.

Nəşr gələcək münaqişələrin potensial ocaqlarının siyahısını təqdim edib:

1.Hindistan və Pakistan. Təxminən bərabər nüvə arsenalına malik olan Hindistan və Pakistan (müvafiq olaraq 170 və 180 döyüş başlığı) bu gün nüvə müharibəsi riskinə bəlkə də ən yaxın olan ölkələrdir.

Burada daxili siyasət kritik rol oynayır: millətçi hisslər və “güc nümayiş etdirmək” istəyi hər iki tərəfi getdikcə gərginləşməyə sövq edir. Qeyd edək ki, xüsusilə də Pakistanın son qısamüddətli savaş zamanı Hindistandan bir baş üstün nəticə göstərməsi qarşı tərəfi daha ciddi hərbi hazırlıqlara sövq edir.

2. Çin-Tayvan. Bu münaqişə 21-ci əsrin dünya nizamı üçün əsas sınaq ola və bunda kimin aparıcı rol oynayacağını müəyyən edə bilər – ABŞ, yoxsa Çin? Vaşinqton çoxdan Tayvanı müdafiə etməyə hazır olduğunu bəyan edir, lakin çoxları ABŞ-nin indiki Prezidenti Donald Trampın da eyni qətiyyət nümayiş etdirəcəyinə şübhə edir.

3.Rusiya və Baltikyanı ölkələr. Potensial münaqişəyə Moskvanın tarixən özününkü hesab etdiyi əraziləri geri qaytarmaq, həmçinin NATO və Aİ-nin şərq üzvlərini müdafiə etməyə hazırlığını yoxlamaq istəyi səbəb ola bilər.

Əlavə edək ki, bu məsələ Ukraynadakı müharibənin necə, hansı şərtlərlə və nə vaxt bitəcəyindən də xeyli dərəcədə asılıdır.

4.Hindistan-Çin. Bu münaqişədə Çin daha əlverişli vəziyyətdədir. Belə ki, sərhəddə Çin silahlarının əhatə dairəsində Hindistana aid daha çox kütləvi yaşayış əraziləri var, nəinki Hindistan silahlarının əhatə etdiyi Çin ərazilərində. Yəni, münaqişə olsa, Çinin zərbələri daha effektiv və dağıdıcı ola bilər.

Bölgədə gərginlik çox yüksəkdir ki, bu da ciddi anlaşılmazlıq və eskalasiya risklərinə səbəb olur. Bu baxımdan hər iki tərəfə sərhəddə silah gəzdirmək qadağan olunub. Eyni zamanda, iki ölkə arasında effektiv çəkindirmə mexanizmləri, müqavilələr və ya birbaşa əlaqə kanalları yoxdur.

5.Koreya yarımadası. Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik istənilən an böyük müharibəyə çevrilə bilər. Şimali Koreya ərzaq çatışmazlığı və sərt hökumət nəzarəti də daxil olmaqla ciddi daxili çətinliklərlə üzləşən ölkədir. Nüvə silahına malik olan Kim Çen Inın Səddam Hüseyn və ya Qəddafinin yolu ilə getməsi ehtimalı azdır. Ancaq təhdid edildiyini və ya zəiflədildiyini hiss edərsə, hadisələr gözlənilməz və təhlükəli məcraya yönələ bilər.

Yuxarıda sadalanan proqnozlar arasında Cənubi Qafqazın adı keçmir. Əlbəttə ki, bu da sevindiricidir və Azərbaycanın möhtəşəm hərbi-siyasi qələbəsi sayəsində mümkün olub. Ümid edək ki, nə yaxın, nə də uzaq perspektivdə kənardan kimsənin bizim regionu qarışdırmaq imkanı olmayacaq və xüsusilə də Ermənistan tərəfindən buna şərait yaradılmayacaq. Ancaq onu da unutmayaq ki, regionumuzdakı mövcud status-kvo, real sülh və çiçəklənmə perspektivi şimal, və cənub qonşularımız olan Rusiya ilə İranı qətiyyən qane tmir…

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyevin Pezeşkianla bağlı dediyi gözəl kəlmələri alqışlamaq lazımdır
Next: Ermənistanda cəmi iki nəfər sülh istəyir: Referendumun nəticələrini gözləməliyik

OXŞAR MÖVZULAR

cadabc1043033cb452962e60a6b82915_1

İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi?

admin 15/03/2026
c77c136d6a9e5ac5a2b09817732f4a6e_3 (1)

ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir?

admin 15/03/2026
tramp-situasiya

İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir?

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.