Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 1
  • Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Amma şəhər heç dəyişmir, nədən…

Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Amma şəhər heç dəyişmir, nədən…

admin 01/09/2025
samux-şəh

 

Samux rayon İcra Hakimiyyətinə 2012-ci ildən başçılıq etmiş Alı Qocayev nəhayət 2023-cü ilin oktyabrında uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavin vəzifəsində çalışmış Firdovsi Əliyevlə əvəzləndi. Artıq iki ilə yaxındır ki, Samuxun İcra Hakimiyyətinə başçılıq edən Firdovsi Əliyev rayonda nə kimi işlər görə bilib, nə kimi yeni layihələr həyata keçirib?

Rəsmi medianın 2024-cü ilin noyabrında, yəni Firdovsi Əliyevin təyinatından bir il sonra yaydığı məlumata görə Samux rayonunda abadlıq-quruculuq işləri, yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yol kənarlarındakı tikililər, hasarlar yendən təmir olunur, estetik cəhətdən daha da gözəlləşdirilir. Səkilər çəkilir, onlara tamet daşlar düzülür, işıqlandırma sistemi yenilənir. Hər gün ən azı 50 nəfər bu işlərin sürətlə, həm də keyfiyyətlə görülməsinə çalışır, Samuxun daha da gözəlləşməsi naminə əllərindən gələni edirlər.

Aktualinfo.org dövlət satınalmalarının internet portalı üzərindən son ilik ildə Samux şəhərində aparılan abadlıq-quruculuq işləri ətrafında araşdırma apardı. Məlum oldu ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2024-cü ildə abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə “UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 153.575,47 manat, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə həmin şirkətlə 69.396,51 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Rəsmi medianın məlumatlarınada rayonda yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi vurğulanır. Amma Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nədənsə 2024-cü ildə satınalma planlarına daxil etdiyi yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkanın nəticələri barədə portala məlumat yerləşdirməyib. Amma 06.11.2024-cü ildə satınalmaların portalında iddiaçılara dəvət elanı verib. Kotirovkanın ehtimal qiyməti isə 87.113,86 manat müəyyən edilib.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 220 min manatdan çox müqavilə bağladığı  “UPSİLON” MMC 13.11.2017-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsidə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı  ŞİRVAN ŞƏHƏRİ, F.EYNULLAYEV, ev.3, m.12-də yerləşir. Nizamnamə kapitalı 29 640 manatdır. Qanuni təmsilçisi Qafarov Fikrət Eyvaz oğludur. Təsisçisi isə Quliyev Habil Nəcəf oğludur.

MMC Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən başqa heç bir satınalmanın qalibi olmayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hazırki günə 185 504.25 manat vergi borcu var. Vergi öhdəlikləri üzrə 2022 – 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2025-ci ildə isə satınalma planlarına bir açıq tender, 4 katirovka sorğusu daxil edib. Mart-may aylarında keçirilməsi planlaşdırılıan satınalmalardan abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.07.2025-ci ildə “LOKAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 238.764,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. “Bir sıra mallar”ın satın alınması üzrə isə “COLOUR PARK AGRO”  MMC ilə 03.06.2025-ci ildə 59.140 manat məbləğində müqavilə bağlanılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “COLOUR PARK AGRO”  MMC-nin 05.08.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub. Əldə etdiyimiz məlumata görə  MMC  Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar “satmaq” adı ilə formal olaraq yaradılıb.

Amma mat-aprel aylarında keçirilməsi nəzərdə tutulan yaşıllaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması, yaşayış binalarının əsaslı təmiri, işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovkaların nəticəsi barədə satınalmaların portalında heç bir məlumat yoxdu.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində dövlət satınalmaları qanunun tələblərinə uyğun şəkildə təşkil olunmur. Bu qurumun təşkil etdiyi bütün satınalmalarda özünü açıq-aşkar göstərir. Bu isə o deməkdir ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində satınalmalar məqsədli şəkildə düzgün təşkil olunmur və abadlaşdırma və təmizlik işləri, nəqliyyat vasitələrinin cari təmiri, mənzillərin əsaslı və cari təmiri işləri, işıqlandırma və yaşıllaşdırma işləri adı altında ayrılan dövlət vəsaitləri məqsədli şəkildə bəzi şübhəli şirkətlər vasitəsilə təyinatından kənarlaşdırılır.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. O, 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş və 5 may 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılmış, 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Hazırda isə göründüyü kimi Firdovsi Əliyevlə Samuxun “gözəlləşməsi naminə” “çalışır”. Amma nədənsə son 15 ildir Samux şəhəri heç, dəyişmir, gözəlləşmir. 

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Next: Tələbələrə ŞAD XƏBƏR – Bu gündən təqaüdlərin məbləği ARTIRILDI

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.