“Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi İsrailə və onun maraqlarına, ilk növbədə, ictimai rəyə və digər ölkələrlə münasibətlərə ziyan vurur”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlar bu müharibəni bitirməli olacaqlar, bu, İsrailə ziyan vurur, bundan söhbət gedə bilməz. Müharibədə qalib gələ bilərlər, amma ictimai rəy dünyasında qalib gəlmirlər, bu onlara zərər verir”, – Tramp qeyd edib.
