Skip to content
19/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 2
  • Mal ətinin kilosu 20 manata qədər qalxacaq?

Mal ətinin kilosu 20 manata qədər qalxacaq?

admin 02/09/2025
et-mal
Bakıda və bölgələrdə mal ətinin qiymətində müşahidə olunan artım son günlər alıcıların da, satıcıların da əsas müzakirə mövzusuna çevrilib. Paytaxtda kiloqramı 2 manat, bölgələrdə isə orta hesabla 1 manatlıq bahalaşma qeydə alınıb. Əvvəllər rayonlarda 15 manata, Bakıda isə 16 manata satılan mal əti indi müvafiq olaraq 16 və 17 manata təklif olunur.
Vəziyyəti yerindəcə öyrənmək üçün “Neftçilər”də yerləşən məşhur ət bazarına üz tutduq. Buradakı qəssab piştaxtalarında söhbətə qoşulan satıcılar qiymət artımını gizlətmirlər. Onlardan biri deyir: “Bizim günahımız yoxdur, qiyməti biz qaldırmırıq. Malı kənddən baha alırıq, məcbur da baha satırıq. Yemin qiyməti od tutub yanır, su, baxım, dərman hamısı baha başa gəlir. Biz də dolanışığımızı buradan çıxarırıq”.
Satıcılar bildirirlər ki, bahalaşma əsasən mal ətində özünü göstərir. Quzu və qoyun ətinin qiyməti hələlik sabit qalıb. Amma bir qəssab narahatlığını gizlətmir: “Əgər vəziyyət belə davam etsə, yaxın aylarda mal ətinin kilosu 20 manata qədər qalxa bilər. Mal qıtlığı başlayıb, otun qiyməti də hər gün artır”.
Bazarda gəzişərkən 17 manatdan aşağı qiymətə ət təklif edən piştaxtalara da rast gəlirik. Burada mal ətinin kiloqramı 13-14 manata satılır. Ancaq satıcı özü etiraf edir ki, ucuz ət keyfiyyət baxımından fərqlənir: “Bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, ona görə də baha satılır. Alıcı isə həm dadlı, həm də təzə ət istəyir”. Həqiqətən də, piştaxtadakı ucuz ətin rəngi saralmış, köhnəliyi isə gözə çarpacaq dərəcədədir.
Alıcıların əksəriyyəti qiymətlərin sürətlə qalxmasından narazıdır. Qadın alıcı gileylənir: “Əvvəllər həftədə bir dəfə ailəlikcə ət alıb bişirirdiksə, indi ayda bir dəfə gücümüz çatır. Hər şey bahalaşıb, indi ətin üzünə həsrət qalmışıq”.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda ətin qiymətində artım artıq uzun illərdir davam edir və bunun səbəbləri çoxşaxəlidir:
“Örüş yerləri getdikcə azalır, yemin qiyməti qalxır. Ən ciddi problem isə iri və xırdabuynuzlu heyvanların sayının sürətlə azalmasıdır. Son iki ildə iri buynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb. Bu, ciddi rəqəmdir və hökumət buna qarşı mütləq tədbir görməlidir”.
Ekspertin sözlərinə görə, fermerlərin vəziyyəti ağırdır və onları stimullaşdırmaq, subsidiya və güzəştlərlə dəstəkləmək vacibdir. Əks halda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq: “Fermer də başqa malların, xidmətlərin alıcısıdır. Görür ki, hər şeyin qiyməti qalxıb, o da qiyməti artırmaq məcburiyyətində qalır. Belə getsə, Azərbaycanda ətin qiyməti Türkiyədəki kimi baha olacaq”.
Cəfərli çıxış yolu kimi işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edir: “Şərqi Zəngəzur və Qarabağ kimi torpaqlarımız var. Bu ərazilər geniş otlaq və örüş sahələridir. Onlar fermerlərin istifadəsinə açılmalı, heyvandarlıq üçün ciddi proqram hazırlanmalıdır. Yalnız bu yolla ətin qiymətində sabitlik yaratmaq mümkündür”.
Hazırda isə bazarlarda vəziyyət dəyişməz qalır: qəssabların piştaxtasında mal ətinin kiloqramı 17 manatdan təklif olunur, ucuz ət isə keyfiyyətinə görə çoxlarını qane etmir. Alıcılar qiymətlərin hər gün artmasından narahatdır, satıcılar isə məsuliyyəti kəndlilərin, kəndlilər isə yemin və yemləmə xərclərinin üzərinə atır. Nəticədə isə ən çox ziyanı yenə də adi vətəndaş çəkir./musavat.com
PAYLAŞIN:

Continue Reading

Previous: Putin Pekindən əliboş qayıdır – Kremlin ümidləri puç oldu
Next: İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları…

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.