Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 2
  • “Putin Trampı aldadıb…” – Ağ Ev etiraf etdi

“Putin Trampı aldadıb…” – Ağ Ev etiraf etdi

admin 02/09/2025
tramp_put

 

“O, bombalama kampaniyasını iyrənc şəkildə gücləndirdi”

Rusiya ilə əldə olunan razılaşmalara və Rusiya başçısının verdiyi sözlərə etibar etməyin yersiz olduğunu deyəsən, ABŞ-nin indiki administrasiyasında daha yaxşı anlamağa başlayırlar. Bunu ABŞ-nin Maliyyə naziri Skott Bessentin son açıqalmalarından da görmək olar.

Bessent “Fox News”-a müsahibəsində Vladimir Putini vədinə əməl etməməkdə günahlandırıb. Nazirin dediyinə görə, Putin Alyaskadakı görüşdən sonra Ukraynanı atəşə tutmağı gücləndirməklə ABŞ Prezidenti Donald Trampı aldadıb.

Onun sözlərinə görə, Putinin hərəkətləri Trampla Alyaskadakı “tarixi görüşdə” dediyi niyyətlərə uyğun gəlmir: “Putin, Ankoricdəki görüşdə, eləcə də Avropa liderləri və Zelenski Ağ Evdə olarkən aparılan telefon danışığında açıq ifadə etdiyinin sonradan tam əksini etdi. Faktiki olaraq, o, (Ukraynanı)bombalama kampaniyasını iyrənc bir şəkildə gücləndirdi”.

Nazirin açıqlamasından belə aydın olur ki, nəjayət, Putinin bu davranışına və faktiki olaraq Trampı aldatdığına görə, ABŞ Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etməyə hazırlaşır. Bununla bağlı Vaşinqton bu həftə Rusiyaya qarşı sanksiyaların bütün mümkün variantlarını nəzərdən keçirir.

Nazir qeyd edib ki, Tramp Moskvaya sanksiya təzyiqi üçün “bütün variantlar”a hazırdır: “Düşünürəm ki, bu həftə onları çox diqqətlə öyrənəcəyik”.

Xatırladaq ki, avqustun 15-də Tramp Alyaskanın Ankoric şəhərində Putinlə zirvə görüşü keçirib və üç saatlıq danışıqlardan “əhəmiyyətli irəliləyiş” əldə edildiyini açıqlayıb. Heç bir konkret rəsmi razılıq əldə olunmasa da, o bildirib ki, indi “hər şey Zelenskidən asılıdır”.

Avqustun 18-də Zelenski müharibənin dayandırılmasını müzakirə etmək üçün Trampla görüşə – Vaşinqtona gəlib. Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev və onun tərəfdaşları eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirlər.

Ağ Evdə Avropa liderləri ilə danışıqlardan dərhal sonra Tramp Kremlə zəng edib. Putinlə söhbətdən sonra Tramp bildirib ki, Rusiya və Ukrayna arasında ikitərəfli format, daha sonra isə ABŞ-nin iştirakı ilə üçtərəfli formata keçid təklif olunub.

Lakin Rusiya tərəfi bunu təsdiqləməyib. Əvəzində, avqustun 28-də Kiyevə ağır raket zərbələri endirib. İyirmidən çox insan, o cümlədən uşaqlar, tələbələr, həkimlər və mədəniyyət xadimləri bu terror hücumunun qurbanı olublar. Təkcə Darnitski rayonunda bir beşmərtəbəli binada 23 nəfər həlak olub. Avqustun 31-də isə Tramp artıq Rusiya və Ukrayna liderləri arasında ikitərəfli danışıqların perspektivlərinə şübhə ilə yanaşdığını deyib.

Hələlik görünən odur ki, Putin doğrudan da işğalı, qanlı hərbi cinayətləri davam etdirməklə vaxt uzatmaq və eyni zamanda da Trampın “başını qatmaq” üçün hər dəfə müxtəlif bəhanə və təkliflərlə çıxış edərək, istədiyinə nail olur. Tramp isə bütün bu oyunlarda alət olmağa könüllü şəkildə razılıq verir…

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Rusiyanın dezinformasiya azğınlığının hədəfindədir
Next: Azərbaycan və Türkiyə məhkəmə sistemləri arasında əlaqələrin daha da gücləndirilməsi müzakirə edilib

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.