Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 11
  • Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

admin 11/09/2025
ahik-sahib

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınn (NHMT) sədri Mirvari Qəhrəmanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni rəhbərliyinin qərarlarını və addımlarını sərt tənqid edən yazı qələmə alıb. Təşkilat sədrinin öz facebook səhifəsində də paylaşdığı həmin yazının geniş oxucu kütləsi üçün də maraq doğuracağını nəzərə alıb təqdim edirik:

Tarixi baxış: İlk həmkarlar təşkilatları İngiltərədə XVIII əsrin ikinci yarısında Trade Union olaraq işəgötürən tərəfindən hüquqları pozulan fəhlələrin birliyi kimi yaranıb. Daha sonra Fransada XIX əsrdə (1836-cı ildə) tipoqrafiya işçilərinin sindikat palatası şəkilində yaranıb və Avropada geniş vüsət alıb. Ruisyada profsoyuz hərəkatı 20-ci əsrin ilk illərindən meydana gəlib və 1905-1907-ci illərdən başlayaraq müəssisələrə yayılmağa başlayıb. Azərbaycanda isə ilk həmkarlar ittifaqı 1905-ci ildə Bakıda konka fəhlələri tərəfindən yaradılıb.

mirvari-m

Avropada həmişə, Rusiyada isə ilk yarandığı vaxtlarda həmkarlar ittifaqlarını işçilər özləri yaradıblar. Bu təşkilatın fəaliyyətinin mahiyyətində işəgötürən qarşısında işçinin hüquqlarını qorumaq, sözün əsil mənasında, bu yolda döyüşmək olub.

Sovetlər dönəmində həmkarlar təşkilatları komunist partiyasının tam təsiri altına düşüb komunist ideologiyasının təbliğatçılarından birinə çevrildi, yəni öz mahiyyətini itirdi.

Komunist rejimi çöküb sovetlər dağılandan sonra Azərbaycanda Azad Həmkarlar hərəkatı əmələ gəldi. Müstəqil Azərbaycanda yaradılmış həmkarlar təşkilatları nə İngiltərədəki Trade Union, nə Fransadakı Syndicats, nə Polşadakı Solidarnost ola bildi, nə də sovet həmkarları kimi davam etdi: bunalrın arasında yarım-müstəqil, yarım müəssisə rəhbərinin himayəsinə sığınan bir quruma çevrildi.

21-ci ilin ilk illərində neft yataqlarının işlənməsi layihələrində çalışan fəhlələr BP-nin subpodratçı müəssisələrində Azərbaycanı Afrika ilə dəyişik salmış əcnəbi rəhbərlərin özbaşınalıqlarına etiraz fonunda öz təşkilatlarını yaratdılar. Təbii ki, siyasi rejimin təsiri ilə bu yeni, AHİK-in dəstəyi ilə qeydiyyatdan keçmiş nisbətən müstəqil həmkarlar təşkilatları da uzun müddət ayaqda qala bilmədi və qaynayıb o birilərinə qarışdı.

Mövcud vəziyyət: Azərbaycanda dövlət müəssisələrində Həmkarlar İttifaqı Təşkilatlarına (HİT) üzvlük idarə-müəssisə rəhbərliyinin iradəsi ilə həll olunur. Yəni işçi işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı HİT üzvlüyünə “könüllü” ərizəyə də imza atır. Neft-qaz-tikinti sahələrindəki layihələri yerinı yetirən podratçı şirkətlərdə isə üzvlük nisbətən sərbəstdir. Bu sonuncularda fəhlələrin HİT-na cəlb olunması üçün HİT rəhbərliyinin əsas silahı sosial problemlərlə üzləşmiş ağır krediti olan, yarıtmaz tibbi sığortadan yararlana bilməyən fəhlələrə verilən yardımlar, onların və ailə üzvlərinin yay istirahətinin təşkili, kurort və sanatoriyaya göndərişlərin verilməsi, işçilərin idman yarışlarda iştirakının təşkili və sairdən ibarətdir. AHİK-in qoyduğu qaydalara görə əvvəllər (əslində bu qurumun özünün özünə verdiyi səlahiyyətlərin Azərbaycan Respublikasının Konstitutsiyasına uyğun olub-olmaması sual altındadır!) işçinin əmək haqqından tutulan 1 faiz üzvlük haqqının 25 faizi ilk təşkilatdan alınıb sahə üzrə Respublika Komitəsinin(RK) və AHİK-in hesabına köçürülürdü . Oxucuda təsəvvür aydın olsun deyə qeyd edək ki, 3 min üzvü olan bir ilk təşkilat tərəfindən bir ildə AHİK-in hesabına köçürülən bu məbləğ 150-170, bəzən də 200 min manat olur. İşçinin əmək haqqının 1 faizindən tutulan məbləğin digər 25 faizi ilk təşkilatın ştatlı işçilərinin əmək haqqına xərclənir. Yerdə qalan 50 faiz isə işçilərə maddi yardıma, işçilərin və ailə üzvlərinin yay istirahətinin təşkilinə, kurort və sanatoriyalarda müalicəyə və eləcə də mədəni-kütləvi tədbirlərin (Yeni İl, Bahar Bayramı, 8 mart Qadınlar Günü, 20 sentyabr Neftçilər Günü, Ramazan Bayramı, Qurban Bayramı və sair kimi bayramların, idman yarışlarının) keçirilməsinə sərf olunur.

AHİK və Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqlarının Respublika Komitəsinin rəhbərliyindəki son dəyişikliklərdən sonra onsuz da boynubükük olan ilk həmkarlar təşkilatları tamamilə oyundankənar vəziyyətə salındı. İndiyə qədər üzvlərin əmək haqqının 1 faizindən tutulan məbləği (25%-i) AHİK və RK 100 faizə qaldırdı. Yəni bu qərardan sonra işçilərə edilən bütün yardımlara, mədəni-kütləvi tədbirlərə, işçilərin kurort-sanatoriyaya göndərişlərinə, yay-istirahətlərinə nə qədər pul xərclənəcəyinə ilk təşkilatlardan xəbəri olmayan sahə üzrə Respublika Komitəsi və AHİK qərar verəcək.

Bu il guya şəffaflığı təmin etmək üçün kurort və sanatoriyalara və eləcə də yay istirahətinə göndərişləri AHİK bir pəncərədən həll etmək istədi. Hər şey bərbad oldu. Minlərlə işçi narazı qaldı. Yeri gəlmişkən, bizdə olan məlumata görə, AHİK-in tabeçiliyindəki kurort və sanatoriyalarda, idman və turizm təşkilatlarında, istirahət yerlərində çoxlu sayda işçi işdən çıxarılıb və yerlərinə yeni sədrin qohum-əqrabaları, dost-tanışları götürülür. Təchizatın təmin olunması üçün bundan sonra bütün “tenderlər” sədrin şəxsi gösətərişi əsasında “keçiriləcək”. Bu müəssisələrin hüquqi şəxs statusu ləğv edilir və onlar bir mərkəzə tabe etdirilir. Təsəvvür edin, insanların istirahət üçün göndərildiyi yerlərdə sahibkarın ərzaq almaq səlahiyyəti olmur və hər şeyi əlində cəmləşdirmiş fövqəl-mərkəzin əlinə baxır! Bu, mümkün olan şey deyil! Orda keyifiyyətdən, müştəri məmnunluğundan söhbət gedə bilməz! Mərkəz bu il işçilərin istirahətini təşkil etməyi öz üzərində götürdü. Əvvəla, işçilərin göndəriş alması həddən artıq çətinləşdi. İkincisi də, qayıdanlar deyir ki, istirahət mərkəzlərində yataq mələfəsi həftədə bir dəfə dəyişdirilirmiş yayın bu istisində! Hələ bu, başlanğıcdır və xırda bir detaldır.

Bu gün ölkədə infilaysiyanın getdikcə artması və bunun fonunda əmək haqlarının artmamasına görə, eləcədə tibbi sığortaların bərbad olması səbəbindən işçinin öz əmək haqqının xeyli hissəsini müalicəyə xərcləməsi, əmək məcəlləsində edilmiş dəyişiklik nəticəsində müvəqqəti (1 aylıq, 3 aylıq, 6 aylıq, ən yaxşı halda 1 illik!) əmək müqavilələrinin bütün müəssisələrdə tətbiq edilməsi kimi ağrılı məsələlərdə işçiyə yardım etməli olan AHİK müftə pul ovuna çıxıb. Hüquqlarını qorumadığı işçilərin əmək haqqının bir faizinin hamısını (AHİK-in Respublika üzrə bu gəliri indiyə qədər milyonlarla hesablanırdı!) alır və işçilərin qarşlaşdığı prinsipal məsələlərin həllində isə durub kənardan baxır. Ən gülməli-ağlamalısı isə odur ki, AHİK sistemində çalışan işçilər də müvəqqəti əmək müqaviləsi ilə işə götürülürlər. AHİK-in və RK-ların çoxdan bu sahədə çalışan işçilərinin əvvəlki əmək müqavilələri dəyişdirilib müvəqəti əmək müqaviləsinə keçirildiynə görə onların əmək müqaviləsi müddət bitdikcə dayandırılır, yeni müdətə uzadılmır və onların yerinə yeni işçilər işə götürülür! Absurd! Yeri gəlmişkən, rəhbərliklər dəyişdikdən sonra istər RK-larda, istərsə də AHİK-də ştatlı işçilərin sayı durmadan artırılır… Ən acınacaqlısı isə odur ki, yeni götürülmüş işçilərin vəzifə öhdəliklərindən anlayışları yoxdur. Tanış-bilişlərinin adamlarını götürürlər. Bu cür bacarıqsız işçilərə, “mötəbər yerlərdən” tapşırıldığı üçün “gözün üstə qaşın var” deyən olmur. İşçinin əmək haqqının 1 faizinə gözünü dikmiş AHİK sistemi bu gün müşavir bolluğu ilə müşahidə olunur. Təkcə AHİK-in özündə 10 müşavir vəzifəsi əmələ gəlib. Elcə də RK-larda, Kururt-Sanatoriyada, İdman-Turizm cəmiyyətlərində… Necə deyərlər, “daş atırsan müşavirə dəyir.” Bu müftəyeyənlərin də hamızı daraşır bütün ağırlığı çiyinlərində daşıyan ilk təşkilatlara! Hər gün 3-4 sorğu məktubu! 2-3 işçisi olan ilk təşkilat bilmir işçinin problemləri ilə məşöul olsun, ya bu işsizlikdən darıxan müftəxorların mənasız sorğularına cavab hazırlamaqla!

Yuraxıdan aşağıya bütün kadrları – sahə üzrə Respublika Komitə sədrlərini və onların işçilərini, kurort və sanatoriyalarda çalışan işçiləri, hamısını AHİK sədri təyin edir. Heç bir seçkidən-filandan söhbət gedə bilməz! Əslində, Həmkarlar İttifaqları aşağıdan yuxarı formalaşmalıdır, bizdə isə indi icra strukturlarında olduğu kimi yuxarıdan aşağı formalaşdırılır. Məntiqlə, eləcə də AHİK-in özünün qəbul etdiyi Nizamnaməyə görə təşkilatları işçilər özləri yaradır və özləri də maliyəşəlirirlər, üstəlik də RK, AHİK deyilən mənasız qurumlarların müftəxorları yedizdirirlər.

AHİK-in bu şəkildə nazirliyə çevrilməyindən, gözünü işçinin əmək haqqının 1 faizinə dikərək bütün üzvlük haqqını bir mərkəzə toplayıb istədiyi şəkildə xərcləməsindən, fəhlənin hesabına “hamam suyundan özünə dostlar tutmasından”  təbii ki, işçilər məmnun olmayacaq və haqlı olaraq Hİ üzvlüyündən çıxacaqlar.

Son: Həmkarlar İttifaqlarının bu şəkilə salınması göstərişinin “yuxarı”dan gəldiyini söyləsələr də, bu heç inandırıcı görünmür./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Trampa yaxın şəxsə sui-qəsd: Cinayətkar qaçdı, FTB “insan ovu” başlatdı
Next: Zakir Quliyev bir həftəyə üç milyon manatlıq tenderi “Prorent” MMC-yə hansı şərtlərlə verdi

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.